Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-173/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)-1230/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.1995-ci il tarixdə 1 il müddətinə, daha sonra isə müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbilə müayinə nəticəsində ikinci qrup əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə qiymətləndirilmiş və keçirilmiş kəllə-beyin travmasının nəticəsi, baş beynin travmatik xəstəliyi qabarıq asteno- nevrotik sindrom; əmək zəmanəti diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli 581 nömrəli məktubla Müdafiə Nazirliyinin xətti ilə pensiya təyin olunması üçün (MN 12021) iddiaçının sənədləri cavabdeh inzibati orqana göndərilmişdir.
4. Cavabdeh inzibati orqanın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********9 nömrəli qərarı ilə, Müdafiə Nazirliyi tərəfindən təqdim edilən məlumat vərəqi əsasında iddiaçıya xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi səbəbilə müddətsiz 80 faiz, İİ qrup əlilliyə görə 3 75,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir.
5. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçı 22 iyul 2019cu il tarixdə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmiş, sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 15 avqust 2019-cu il tarixli **********3 nömrəli məktubunda iddiaçının əmək pensiyasının 31 avqust 2019-cu il tarixədək ödənildiyi qeyd olunmuşdur. Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 27 may 2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azə rbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanma sı nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövrdəki ayların sayına bölünməklə hissə-hissə (hər ay 123,88 manat) iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022ci il tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında - 47,28 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2016cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Silahlı Qüvvələrdə hərbi xidmət dövrü aldığı yaralanma (travma) nəticəsində sağlamlığını itirmiş və ona xx.xx.1994-cü il tarixindən İİ dərəcəli ömürlük əlillik qrupu təyin edilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək DSMF-nın Səbail rayon şöbəsindən əmək pensiyası almışdır. xx.xx.2018-ci il tarixdən isə ona İİ dərəcəli əlilliyə görə Müdafiə Nazirliyinin xətti ilə hərbi qulluqçu kimi pensiya təmin olunmuş, DSMF-nın Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. Bu zaman DSMF-nın Səbail rayon şöbəsindən aldığı pensiya ilə ona hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında üç illik fərqin (xx.xx.2015xx.xx.2018) cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi qərara alınmışdır. Hesab edir ki, ona təkcə axırıncı üç il üçün yox, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqi hesablanaraq ödənilməlidir. xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi xahişi ilə xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, müraciəti nəticəsiz qalmışdır. Hesab edir ki, əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ xx.xx.2006-cı il tarixindən yaranmışdır. “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 37.7-ci maddəsində göstərilmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
8. Cavabdeh iddiaya qarşı yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinada qeyd olunanlar təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 28 sentyabr 2022-ci il tarixli, 2-1(1 12)-8017/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 1995-ci ildən əlil olmaqla pensiya hüququ həmin tarixdən yarandığından, onun hərbi qulluqçu kimi pensiya hüququ ilə bağlı mübahisə Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Hərbi qulluqçu kimi pensiya müvafiq icra hakimiyyəti orqanının sosial müdafiə orqanına təqdim etdiyi məlumat vərəqi əsasında təyin edilir. Məlumat vərəqinin təqdim edilməsi Müdafiə Nazirliyinin səlahiyyətində olmaqla iddiaçının iradəsindən asılı olmayaraq, yalnız 2019-cu ildə tərtib edilərək pensiya təyinatını həyata keçirən orqana göndərilmişdir. İddiaçı barəsində hərbi qulluqçu kimi pensiya alması üçün məlumat vərəqinin göndərilməsi onun iradəsindən asılı olmadığı halda, gec təqdim edilmə iddiaçının əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnə və ya bu hal onun ziyanına təfsir və tətbiq edilə bilməz. İddiaçı 2.07.2019-cu il tarixli ərizəsində ona hərbi qulluqçu kimi pensiya təyin edilərkən yaranmış fərqin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız 3 il üçün pensiya fərqini (xx.xx.2016 - xx.xx.2019-cu il) hesablayaraq ö dəmiş, daha sonra iddiaçı yenidən 2022-ci ildə müraciət edərək pensiya fərqinin xx.xx.2006-cı ildən etibarən hesablanıb ödənilməsini xahiş etmişdir. Dolayısı ilə Konstitusiya Məhkəməsinin mövqeyinə də uyğun olaraq hazırkı iş üzrə müəyyən edilir ki, pensiyanın yenidən hesablanması, yaranmış fərqin ödənilməsi üçün müraciətin gec edilməsi iddiaçının iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. İddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə xx.xx.2019-cu il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi pensiya məbləği arasındakı fərqin ödənilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
11. Cav abdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 20 iyul 2023-cü il tarixli, 21(103)-1230/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8017/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Məhkəmələr işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmaqla pozuntuya yol vermişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 19. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 19 oktyabr tarixli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
49. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhk əmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir........ 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı “
23. N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Ka ssasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır, təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçıya DSMF-nin Səbail rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsi cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir və keçmiş 3 il müddət üçün hesablanmaqla ödənilir.
28. İddiaçının tələbi ondan ibarətdir ki, cavabdeh inzibati orqan ona hərbi qulluqçu kimi pensiyanı yalnız əvvəlki 3 il üçün deyil, xx.xx.2006-cı il tarixdən etibarən hesablamalı və ödənilmiş pensiya məbləği ilə olan fərqi ona ödəməli idi. Cavabdeh inzibati orqan isə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç i l müddət üçün hesablanmasını əsas gətirərək iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir.
29. Hazırkı iş üzrə iddiaçının nail olmaq istədiyi məqsəd xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsidir. Beləliklə, onun tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz, pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir.
30. Bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sen tyabr 2021-ci il və 14 iyul 2022ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir.
31. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019-cu il tarixindən sonra cavabdehə müraciət etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edil miş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmaqla ödənilməlidir. Ona görə də, məhkəmələr iddianı təmin etməkdə haqlı olmamışlar.
32. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları, habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçının hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövrlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
33. İşin hallarından göründüyü kimi, iddiaçı 2019-cu il yanv arın 1-dən sonra müvafiq inzibati orqana müraciət etdiyindən (məlumat vərəqi xx.xx.2019-cu il tarixlidir), habelə, əvvəllər müraciətinin olması barədə iş materiallarında heç bir sübut olmadığından, iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir.
34. Həmçinin qeyd edilməlidir ki, məhkəmələr iddia tələbini qüvvədən düşmüş “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsaslanmaqla təmin edərkən mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişlər.
35. Belə ki, həmin normanın tələbinə əsasən, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçm iş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
36. Göründüyü kimi, sözügedən norma təyin edilmiş pensiya üzrə ödənilməli olan məbləğlərin pensiya təyin edən orqanın təqsiri üzündən vaxtında pensiyaçıya ödənilmədiyi hallarda, həmin məbləğlərin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməli olduğunu təsbit edir. Hazırki iş üzrə isə tərəflər ödənmənin aparılmalı olduğu dövr və məbləğlərlə bağlı mübahisə edirlər.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişlər. Odur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən kassasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli və iş üzrə yeni qərar q əbul edilərək iddia rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-1230/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia rədd edilsin. Qərar qətidir.