Məhkəmə qərarları › İş №2-1(102)-1730/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1730/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1730/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müharibə veteranlarına ödənilən müavinət giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “müavinətin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-648/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1992-ci ilədək N saylı hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 28 dekabr 2017-ci il tarixdən “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi 28 dekabr 2017-ci il tarixdən əvvə lki üç il üzrə ödənilməmiş müavinətin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 6 aprel 2018-ci il tarixli məktubda imtinasını onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki üç il üçün) vətəndaşın hüququ yaranan gündən ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaradılmış komissiyanın qərarına əsasən müharibə veteranı kimi iddiaçının hüququ 28 dekabr 2017-ci il tarixdən yaranmışdır. Bu səbəbdən həmin tarixdən əvvəlki müddət üçün onun tələb etdiyi sosial müavinətin ödənilməsi mümkün deyildir. İddiaçı cavabdehə qarşı 24 aprel 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” a dı və vəsiqəsinin verildiyi 28 dekabr 2017-ci il tarixdən əvvəlki üç il üzrə ödənilməmiş müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Sosial müavinət vəsiqəni aldığı tarixdən hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. İddianın maddi hüququ əsası kimi “Veteranlar haqqında” Qanunun 12-ci, “Sosial müavinətlər haqqında” Qanunun 4, 6.1, 7.0.6, 9.1, 10-1.5-ci maddələrinə, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli Fərmanının 1.1.7-ci bəndinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-2330/2018 saylı iş) 28 sentyabr 2018-ci il tarixli qərarı ilə id dia təmin edilərək iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi 28 dekabr 2017-ci il tarixdən əvvəlki üç il üzrə ödənilməmiş müavinətin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 28 dekabr 2017-ci il tarixdən verilsə də, bu statusa o, əvvəlki dövrdə olan xidmətlərinə görə malik olduğundan “Sosial müavinətlər haqqında” Qanunun 9.1.5-ci maddəsinə uyğun olaraq müavinət vəsiqənin alındığı vaxtdan üç il əvvəlki dövrdən başlayaraq hesablanmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli q ərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X1 və X2,2-1(103)-648/2019 saylı iş) 20 fevral 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 28 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 28 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının müraciəti cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə qiymətləndirilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Birinci və apellyasiya instansiya məhkəmələrinin iddianın təmi n və apellyasiya şikayətinin rədd olunması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından qanunsuz və əsassızdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayət çinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan 28 dekabr 2017-ci ilə qədər 3 ilə olan dövr üzrə müavinətin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə son 3 ilin müavinətinin ona ödənilməsinə dair öhdəlik qoyulması barədə iddia qaldırmış, iddia məhkəmə tərəfindən təmin edilmişdir. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə id diaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...müharibə veteranları sayılırlar. İşdən görünür ki, iddiaçının Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi mübahisə olunmur və 28 dekabr 2017-ci ildən başlayaraq iddiaçıya müavinət təyin edilərək ödənilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə görə müharibə veteranı...adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 28 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Müdafi ə Nazirliyinin Şəxsi Heyət baş İdarəsi tərəfindən verilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsini 28 dekabr 2017-ci ildə alsa da, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi vaxtdan müharibə veteranı sayılır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlərbu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki ü ç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi 2017-ci ilin dekabr ayına qədər ol an son 3 ilə aid müavinətin iddiaçıya ödənilməli olması barədə gəldiyi nəticə əsaslıdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində həmçinin qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı onun üçün nəzərdə tutulan hər hansı güzəştin tətbiq edilməsini deyil, “Sosial müavinətlər haqqında” Qanunla ona ödənilməli olan aylıq müavinətin ödənilməsini xahiş edir və qanunla ödənilməli olan müavinət hansısa güzəşti ehtiva etmir. Odur ki, şikayətin dəlilləri əsaslı sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərək ətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdı r. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-648/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar