Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1730/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsi ayrılmasına dair bələdiyyə qərarının ləğvi barədə iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, üçüncü şəxs X3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X9) “bələdiyyə qərarının qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-1073/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2x xxxxxxxx 2001-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktında Abşeron rayonu Məmmədi Bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 saylı qərarı ilə Abşeron rayonu Kürdəxanı qəsəbə sakini X2 (üçüncü şəxsin atası) iaşə və digər tikinti məqsədilə 0,24 ha torpaq satıldığı qeyd edilmişdir. 2. 3x xxxx 2012-ci ildə tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsa sən ünvanı ünvan 1 0,24 ha torpaq sahəsi üçüncü şəxsin adına xüsusi mülkiyyət kimi qeyd edilmişdir. 3. 9 aprel 2018-ci ildə tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 214,7 kv.m torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx xxxxx 2019-cu il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 yanında DƏDRX 4 saylı X8, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinə və X4 qarşı «qərarın, dövlət aktının, şəhadətnamənin, reyestrdən çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 saylı qərarının iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı X7 cavabdehlər sırasından çıxarılmasını, Cavabdeh1 üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı X7 inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
7. Cavabdehin üçüncü şəxsə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli arayışında 0,24 ha torpaq sahəsinin Abşeron rayonunun Məmmədi Bələdiyyəsinin ərazisində yerləşdiyi qeyd edilmişdir.
8. ƏMDK yanında DƏKÜRX-nin mütəxəssisi tərəfindən verilmiş rəydə iddiaçı ilə üçüncü şəxsin atasına ayrılmış torpaq sahələrinin üst-üstə düşdüyü qeyd edilmişdir.
9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, reyestr məlumatlarına əsasən iddiaçıya məxsus torpaq sahəsi tamamı ilə üçüncü şəxsin atasına məxsus 0,24 ha torpaq sahəsi üst-üstə düşü r. Mübahisələndirilən torpaq sahəsinə iddiaçının adına çıxarış, eyni zamanda həmin əraziyə üçüncü şəxsin atasının adına çıxarışlar verilmiş, torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində olduğu müəyyən edilir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüstəm Kərimli, 21(82)1820/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilmişdir.
11. Üçüncü şəxs apelyasiya məhkəməsinin qərarından şikayət verərək qərarın ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X11-sədrlik edən, X5 və X6, 2-1(103)-1073/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1820/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
13. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 8.1.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, sözügedən normanın tələbi baxımından, hazırkı iş üzrə cavabdeh qism ində işə cəlb edilmiş inzibati orqan olan Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin qəbul etdiyi inzibati akt (hazırkı halda x xxxxxxxx 2001-ci il tarixli 08 nömrəli qərar) həmin inzibati orqanın yerləşdiyi yerin məhkəməsində, yəni Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilə bilərdi. Bundan başqa, iş materiallarından, o cümlədən 3-cü şəxsin adına 2001-ci il tarixdə verilmiş Dövlət aktından, 2012-ci ildə verilmiş “Çıxarış”dan və “Torpaq sahəsinin planı və ölçüsündən, eləcə də Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin sxemindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu Məmmədi Bələdiyyəsinin ərazisində yerləşir. Göründüyü kimi, tərəflərin arasında yaranmış mübahisənin əsas ını daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti təşkil edir. Belə olan təqdirdə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Kasasiya şikayətinin iştirakçılarının izahatları və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı a) Kasasiya şikayətinin dəlilləri
14. Mülkiyyətində olduğu torpaq sahəsi əvvəllər dövlət mülkiyyətində olmuşdur. Torpaq sahəsini dövlət orqanının qərarı əsasında alqı -satqı yolu ilə əldə etmişdir. Məhkəmə ekspertizasının rəyinə əsasən, mübahisə olunan torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilindədir. Torpaq sahəsi əvvəllər heç vaxt bələdiyyə mülkiyyətində olmamışdır. Torpaq sahəsi Sabunçu rayonunun ərazisində yerləşdiyindən mübahisəyə başqa ərazi üzrə məhkəmədə baxıla bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir.
17. Üçüncü şəxsin vəkili məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
19. İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. İddi açının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
22. Bu qərarın 9-cu bəndində qeyd edildiyi kimi, ekspert reyestr məlumatlarına əsasən rəy vermişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində 0,24 ha torpaq sahəsi üst-üstə düşür. Müba hisələndirilən torpaq sahəsinə iddiaçının adına çıxarış, eyni zamanda həmin əraziyə üçüncü şəxsin atasının adına çıxarışlar verilmiş, torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində olduğu müəyyən edilir.
23. Mübahisə olunan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşir.
24. Cavabdehin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşməsinə baxmayaraq torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşdiyindən, daşınmaz əmlakla bağlı mübahisəyə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxıldığından, Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
25. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıdakı əsaslara görə düzgün olmadığından şikayət qismən təmin edilib qərardad ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməli, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində şikayət təmin edilməməlidir.
26. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 iyun tarixli 21(103)-1073/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.