Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1730/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1177/2021 nömrəli iş üzrə 19.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsas landırılmışdır ki, onun birinci qrup əlil oğlu X2 04.07.1986-cı ildə anadan olub. Doqquz aylıq olanda irinli miningit xəstəliyinə tutulub. Dəfələrlə xəstəxanalarda müalicə almağına baxmayaraq sol tərəfli iflic olub. 1987ci ildən 1999-cu ilə qədər hər il xəstəxanalarda müalicə almağına baxmayaraq heç bir nəticə olmayıb. 03.08.1999-cu ildə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi 26.04.1995-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş, keçirilmiş uşaq serebral iflicin sol tərəfli hemimor xəstəliyi ilə qeydə alınmışdır. Növbəti (BTEK) komissiya zamanı 02.04.2002-ci ildə bilərəkdən və ya bilməyərəkdən ikinci qrup əlillik təyin edirlər. 02.04.2003-cü ilə qədər növbəti komissiyada 16.03.2004-cü il - 16.03.2006-cı ilə qədər (1) birinci qrup 17.07.2007-ci ildən 17.03.2009-cu ildə də birinci qrup və 14.07.2009-cu ildən isə müddətsiz əlillik verilib, hansı ki hər komissiyada qeyd olunur ki, başqasının köməyinə ehtiyacı var (uşaqlıqdan). Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə müraciət etmiş, ona deyirlər ki, sizin yaşa görə əmək pensiyası almaq hüququnuz yoxdur. Necə olur ki, 1986-cı ildən uşaq doğulandan bugünkü günə qədər ona baxır, 33 ildi ki o bu uşağın üstündə əziyyət çəkir, ömrünü çürüdüb, indiyə qədər həftədə, bir-iki dəfə qıcolmaqları (epilepsiya) olur, tez-tez xəstələnir, daimi dərmanlar atır. Tanışlarıda təstiq edə bilərlər ki (Babayeva Mahilə və Quliyeva Aynurə) o oğlunun üstündə nə qədər əziyyət çəkmiş və çəkir. O, 1962-ci ildə anadan olmuş, beş il iş təqaüdü var, üç oğlu, bir qızı var. Xəstə uşağa baxmağa görə beş il vaxtından tez təq aüdə çıxmaq hüququ var, bildiyinə görə hər uşağa görə bir il təqaüd sayılsa da, o bunu bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(82)3487/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1, 1.0.2, 7, 21.1, 22.1, 31.1, 32.1 v ə 31.2-1-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 73.1, 68.1 və 68.2-ci maddələrinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarına istinad etməklə belə hesab etmişdir ki, əmək kitabçası ilə İddiaçı 01.02.1980ci ildən 26.02.1985-ci ilədək işləməsi təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçıya qeyd olunan illər də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05. 11.2019-cu il tarixli, 2-1(82)-3487/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 11.08.2020-ci il tarixli, 2-1(103)-381/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Həmid Həmidov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyi) tərəfindən v erilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(82)-3487/2019 nömrəli qərarının dəyişdirilməsi, İddiaçı 03.07.2017-ci il tarixdən 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1, 1.0.2 və 7, 8.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 82 və 87.6-ci maddələrinə istinadən belə hesab etmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün yaş həddi 5 il azaldılmaqla ona 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir.
8. Cavabdeh həmin qərardan kasasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin 11.08.2020-ci il tarixli, 2-1(103)-381/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kasasiya instansiya məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(102)-172/2021 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 11.08.2020-ci il tarixli, 2-1(103)-381/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qala n hissədə təmin edilməməsi qərara alınmışdır. apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(103)1177/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Aida Hüseyn) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(112)-3487/2019 nömrəli qərarının dəyişdirilməsi, İddiaçı 55,6 yaşından, yəni 03.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh - Dövlət Sosial Müdafiə X3 şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyinə həvalə edilməsi qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1, 1.0.2, 7, 8.2, 21.1, 21.2, 22.1, 31.1, 32.1, 31.2-1 və 37.7-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarına istinadən belə hesab etmişdir ki, iddiaçının 25 ildən artıq müvafiq sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəl illəri
12. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçının övladı 03.08.1999-cu il tarixli TSEK qərarına əsasən 2-ci qrup əlil hesab edilmişdir. Onun əlil övladına qulluq etdiyi müddət sığorta stajına daxil edilsə də, tələb olunan 25 il sosial sığorta stajı mövcud olmamışdır. Ona görə də, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1 (103)1177/2021 nömrəli qərarı əsassızdır.
13. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(103)-1177/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun işt irakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelya siya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
21. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının övladı 03.08.1999-cu il tarixli TSEK qərarına əsasən 2-ci qrup əlil hesab edilmişdir. Onun əlil övladına qulluq etdiyi müddət sığorta stajına daxil edilsə də, tələb olunan 25 il sosial sığorta stajı mövcud olmamışdır. Ona görə də, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1 (103)-1177/2021 nömrəli qərarı əsassızdır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki qeyd edilən dəlilləri əsassızdır.
23. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0. 1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların (bundan sonra – sığorta olunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
24. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
25. Həmin Qanunun 7-ci maddəsinə əsasə n 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
26. Həmin maddənin “Qeyd” hissəsində müəyyən edilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
27. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
28. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.
29. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyi n olunması üçün müraciət edə bilərlər.
30. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
31. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir.
32. Qeyd olunan Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
33. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 1 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiy ası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur.
34. İş materiallarından görünür ki, iddiaçının 04.07.1986-cı il təvəllüdlü olan uşaqlıqdan sağlamlıq imkanları məhdud olan oğluna qulluq etdiyi, 03.08.1999-cu il tarixli müayinə aktına əsasən uşaqlıqdan xəstə olduğu, onun 18 yaşının tamam olduğu 04.07.2004-cü il tarixə isə, artıq o, İ qrup əlil hesab edildiyi (16.03.2004-cü il tarixli müayinə aktı), onun İ qrup əlilliyinin 14.07.2009-cu il tarixədək dəyişmədiyi, həmin tarixdən müd dətsiz İ qrup əlil hesab edildiyi müəyyən edilir.
35. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
36. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 37. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;...
38. Həmin Qanunun 21.2, 21.2.4-cü maddələrind ən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.
39. Həmin Qanunun “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli 284 nömrəli Qanunun (13.06 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (31.05.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağl amlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır.
40. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur.
41. Azərbaycan Respublikasının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qa nununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur.
42. Kasasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(103)172/2021 nömrəli qərarında göstərilmişdir ki, istinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1986-cı ildə doğulmuş və 1999-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X1 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır.
43. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığorta olunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası h üququ vardır.
44. Göründüyü kimi, qanunvericilikdə 01.01.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. Həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası hesab olunur. İşdə olan iddiaçının üzrə təqdim olunmuş əmək kitabçasında iddiaçının 01.02.1980-ci ildən 26.02.1985-ci ilədək işləməsi öz təsdiqini də tapmış, cavabdeh isə həmin sübutların mötəbərliyinin şübhə altına alınması ilə bağlı kasasiya şikayətində heç bir tutarlı dəlilə istinad etməmişdir.
45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiy ası məhkəməsinin 19.05.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-1177/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.