Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1730/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hü quqi şəxsinin 18 saylı Ərazi İdarəsinə (üçüncü şəxs Balakən rayonu Gərəkli Bələdiyyəsi) qarşı “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(107)-103/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayonu, Gərəkli Bələdiyyəsinin 18.8.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, 22.8.2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. İddiaçı Gərəkli Bə lədiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, 0.10 ha torpaq sahəsinə dair müvafiq sənədlərin tərtib edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli Bələdiyyəsinin üzərinə Bələdiyyənin 18 avqust 2005-ci il tarixli 29 saylı qərarının icrası öhdəliyi qoyulmuşdur.
3. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir.
4. Cavabdeh 14 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun o laraq həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təmin edildikdən sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək 0.10 ha torpaq sahəsin ə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu, Gərəkli Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən ona bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, 22 avqust 2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən qeydiyyatdan imtina üçün hər hansı çatışmazlıq olmamışdır və həmin qanunun 14-cü maddəsində göstərilən sənədlərin həqiqiliyinə şübhə hallı cavabdeh orqan tərəfindən müəyyən edilməmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-1(84)- 627/2016 saylı qərarı ilə Balakən rayonu Gərəkli Bələdiyyəsinin üzərinə bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarının icra edilərək 0,10 ha torpaq sahəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Lakin Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir (Balakən rayonu Gərəkli Bələdiyyəsi ilə iddiaçı arasında müvafiq notariat kontorunda təsdiq olunaraq bağlanılmış alğı-satqı müqaviləsi). Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə xx.xx.2020-ci il tarixli, **********37 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin 4 mart 2021-ci il tarixli, 2 2-1(116)-358/2021 nömrəli (hakim İ.H.Cabbarov) qərardadı ilə Balakən rayonu Gərəkli Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 nömrəli (hakim İ.H.Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 139.1, 152.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 4, 9, 10, 18, 48, 86-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 23.1, 23.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 17, 19.1-ci maddələrinə əsasən, iddiaçının tələbi əsassızdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov-sədrlik edən, R. R.Rəfiyev və V.İ.Məlikov) 28 sentyabr 2021-ci il tarixli, 2-1(107)-359/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev-sədrlik edən, R.S.Nəbiyev və S.Ə.Kərimov) 21 dekabr 2021-ci il tarixli, 21(102)-2388/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxı lması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin satılmasının qanuna uyğun olub-olmaması ilə əlaqədar müxtəlif əlaqəli inzibati orqanların fərqli rəyləri mövcuddur. İş üzrə düzgün, obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsi üçün sözügedən məsələ tam və hərtərəfli araşdırılmalıdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.A.Əsədlisədrlik edən, Ə.T.Məcidov və A.Vəkil2) 26 may 2022-ci il tarixli, 2-1(107)-103/2022 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir və bu torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisə edilən torpaq ərazisindən Gərəkli kənd sakinləri X1 0.08 ha, iddiaçı Ş.Əmiqadayevə 0.10 ha, X2 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin ərazidə olan 0.42 ha torpaq sahəsindən 0.32 ha qeyd edilən vətəndaşlara satılmış və həmin ərazidə 0.10 ha torpaq sahəsi qa lmışdır. Həmçinin ƏMDK yanında TDİT üzrə Dövlət Agentliyinin 26.8.2020-ci il tarixli ********** saylı məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi "ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş" torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun deyildir. Qeyd edilən ərazidə kolxoz dövründə belə və hal-hazırda heç bir tikili mövcud olmamışdır. Qeyd olunan 0.42 ha torpaq sahəsi tam olaraq, yoxsa bir hissəsimi ictimai tikililər üçün nəzərdə tutulması ilə tam məlumat verilə bilməmişdir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyildir. Elektron baza məlumatlarında ümumi istifadədə olan torpaqlar (örüş sahələri, yollar, meydançalar, qəbiristanlıqlar, parklar, təsərrüfat daxili y ollar, əhalinin istifadəsi üçün nəzərdə tutulan ərazilər və s.) öz əksini tapır. İnzibati orqanlar tərəfindən elektron baza məlumatlarının surətləri əyani olaraq məhkəmələrə təqdim edilməmişdir.
21. İddiaçı, həmçinin qeyd etmişdir ki, Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Bələdiyyənin ehtiyat fondunun özəlləşdirə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələri özəlləşdirilə bilər. İş materiallarında olan iş üzrə cavabdehin 15.4.2021ci il tarixdə məhkəməyə ünvanladığı **********93 nömrəli məktubuna əlavə etdiyi sənədlərdən, Balakən RİH-nin Memarlıq şöbəsinin xx.xx.2016 il tarixli 119 nömrəli (X2 ayrılmış 0.12 ha torpaqla) iddiaçının 0.10 ha torpağı ilə bağlı verdiyi 2.3.2020-ci il tarixli 11 nömrəli rəyində, digər şəxs olan X1 ayrılmış 0.08 ha torpağa hazırladığı 2.3.2020-ci il tarixli 10 nömrəli rəyində həmin ərazidən həyətyanı torpaq sahəsinin satılmasını məqsədəuyğun olduğunu bildirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Şəki ərazi idarəsi 1.7. 2016-cı il tarixli 589 saylı məktubunda həmin ərazinin yaşayış məntəqəli torpaqları kateqoriyaları, kəndaltı torpaqlar olduğunu qeyd etməklə alğı-satqı predmeti olduğunu qeyd etmişdir. Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı rəy vermək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsidir.
22. Şəki Apellyasiya Məhkəməsinin X3 Məhkəmənin qərarındakı göstərişi tam, hərtərəfli araşdırmamış bunun üçün aidiyyəti in zibati orqanlardan təkrar olaraq heç bir əlavə sənəd tələb etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 -cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üç ün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. İddiaçı kassasiya şikayətində haqlı olaraq qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, qərarında yeni dən araşdırılması zəruri olan hallar qeyd edilmiş, maddi və prosessual hüquq normalarının pozulduğu göstərilmişdir. Ali Məhkəmənin qərarında ifadə etdiyi hüquqi mövqe işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, sübutlar qanunun tələbinə uyğun araşdırılmamış və qiymətləndirilməmişdir.
29. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 12.2, 58.7, 82, 96.11-ci maddələrinin tələbləri təmin olunmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qənaətinin əsası kimi qeyd etmişdir ki, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir və bu tor paq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilir. Ali Məhkəmənin göstərişinə əsasən işə obyektiv baxılması üçün Balakən rayonu Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Sorğuya cavab olaraq Gərəkli Bələdiyyəsi tərəfindən Balakən rayonu, Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli iclasının qərarı, 39 saylı Sərəncam, iddiaçı tərəfindən Gərəkli Bələdiyyəsinə ödəniş edilməsinə dair kassa məxaric orderi məhkəmə kollegiyasına göndərilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərarını əlaqəli inzibati orqanların iş materiallarında olan fərqli rəylərinə əsaslanaraq çıxarmış, Ali Məhkəmənin qərarında qeyd etdiyi halları araşdırmamış, iddiaçıya torpağın verilməsinə dair Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci İl tarixli 29 saylı qərarının, həmin tarixli 39 saylı Sərəncamın və kassa mədaxil orderinin Gərəkli Bələdiyyəsindən məhkəməyə təqdim etməsini tələb etməklə kifayətlənmişdir. Halbuki, həmin sənədlər əvvəldən iş materiallarında mövcud olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 57.8, 82, 96.11-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 21(107)-103/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.