Məhkəmə qərarları › İş №2-1(102)-1730/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1730/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1730/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(103)-403/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.82 ha sahəsi olan 9Z saylı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X4 adına qeydiyyata alınmışdır.

2. X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hak imiyyətinə ərizə ilə müraciət edərək Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı sahədə 5,9 metr hündürlüyündə, 1 mərtəbəli 4543 kv.m olan sahəsi olan fərdi yaşayış evini inşa etdiyini bildirmişdir. 3. xx.xx.2020-ci il tarixdə X4 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən 3431.2 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və bu barədə A.Abbasovaya çıxarış verilmişdir. 4. xx.xx.2020-ci il tarixdə satıcı X7 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 9Z ünvanında yerləşən ümumi sahəsi 3431.2 kv.m olan fərdi yaşayış evininin bölgü sxem əsasında müəyyən edilən 1134.2 kv.metr hissəsini, 0,82 ha torpaq sahəsinin isə 0,13378 ha hissəsini iddiaçı Eyvaz-X1, iddiaçının fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, bu barədə çıxarış verilmiş, daşınmaz əmlakın ünvanı kimi Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D qeyd olunmuşdur. 5. xx.xx.2021-ci il tarixdə iddiaçının adına həmin daşınmaz əmlakla bağlı texniki pasport tərtib edilmiş, pasportda evin 2020-ci il tarixdə tikildiyi, 1 otaqlı olması, hündürlüyünün 5.6 metr olması göstərilmişdir.

6. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli 26 saylı sərəncamı ilə Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı yaşayış evinin mənzil fondundan çıxarılması və qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdı r. 7. xx.xx.2021-ci il tarixdə iddiaçının təqdim etdiyi layihə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır.

8. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2017-ci il tarixli 29 saylı sərəncamı ilə yaradılmış mənzil sahələrinin yenidən qurma və yenidən planlaşdırılması ilə bağlı komissiyanın üzvləri Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı fərdi yaşayış evində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 26 saylı 09 fevral 2021-ci il tarixli sərəncamı ilə aparılan yenidənqurma işlərindən sonra mənzilə baxış keçirərək müəyyən etmişlər ki, evin ümumi sahəsi 1134,20 kv.m-dən ibarət olmuş, təsdiq edilmiş layihəyə uyğun olaraq mənzilin yenidən qurma işləri başa çatdırılmış, mənzil Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğu n tikilmişdir. 9. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası” tərəfindən texniki rəy tərtib edilmiş və rəydə qeyd olunmuşdur ki, komissiya mübahisəli yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021ci il tarixli çıxarışa əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində 47D saylı yaşayış evi vətəndaş İddiaçı məxsusdur və evdə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və evin faktiki ümumi sahəsi 1134,2 kv.m olmuşdur. Komissiya Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq rəy vermişdir ki, 47D saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür.

10. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə yaşayış sahəsinin qeyri-yaşayış sahə sinə keçirilməsi haqqında E-10-091 saylı bildiriş verilmiş və bildirişdə göstərilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı evin Mənzil Məcəlləsinin 20,21 və 27-ci maddələrinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 26 saylı 09 fevral 2021-ci il tarixli sərəncam qəbul etmişdir. Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün əsasdır.

11. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını xahiş etmişdir.

12. Cavabdeh 27 may 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildir mişdir ki, fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

13. İddiaçı 30 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı ün vanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi ev 47D saylı ünvanda yerləşən ümumi sahəsi 1134.20 kv.metr, 0.133780 kv.metr torpaq sahəsi olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə reyestr qeydi aparılmış və texniki pasport tərtib edilmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2021-ci il tarixli, 26 nömrəl i sərəncamına əsasən Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı yaşayış evi mənzil fondundan çıxarılmış və qeyri-yaşayış sahəsinə keçirilmişdir. Sərəncamın icrası ilə əlaqədar Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli texniki rəy və akt tərtib edilmişdir, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı ünvanda yerləşən qeyriyaşayış binasının eksiz-layihəsi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, E-10-091 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən görünür ki, bu bildiriş mənz ilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. İddiaçı cavabdehin imtinasına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-ci bəndinə əsasən keçirilən sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sa hənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

15. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

16. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-2854/2022 nömrəli qərarı (hakim X2) ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ilkin hüquqi qeydiyyat zamanı tələb olunan sənədlər təqdim edlməklə mübahsəli yaşayış evi onun adına qeydə alınmış, daha sonra isə iddiaçı daşınmaz əmlakın təyinatının dəyişdirilməsi ilə bağlı zəruri sənədləri əldə etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıdan qanunla nəzərdə tutulmayan sənədləri tələb etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı ərizəsinə qanunvericiliklə tələb olunan sənədləri əlavə etməklə sahənin keçirilməsini həyata keçirən orqana təqdim etmiş, həmin orqan tərəfindən istinad olunan qaydaya uyğun keçirilmə barədə qərar qəbul edilmiş, keçirilmə nəticəsində aparılmış yenidənqurma işləri qəbul komissi yasının aktı ilə təsdiqlənmiş, bununla da sahənin keçirilməsi başa çatmışdır. Qanunvericiliyin normasına əsasən keçirilmə başa çatdıqdan sonra yerli icra hakimiyyəti orqanının özü həmin aktı kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərməli olduğu halda, bunu etməmişdir. Buna görə də iddiaçı həmin keçirilmənin nəticəsi olaraq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmasa da, iddiaçıdan tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə sənədlərini və həmin sənədlərin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməs ini tələb etmişdir. Halbuki cavabdehin tələb etdiyi bu sənədlər daşınmaz əmlaka hüququn ilkin hüquqi qeydiyyatı zamanı təqdim edilməsi zəruri olan sənədlər olmuş, Mənzil Məcəlləsi yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirildikdə, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) işlərinin başa çatmasını təsdiq edən yerli icra hakimiyəti oranının qəbul komissiyasının aktını keçirilmiş sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas kimi qəbul etmiş, əlavə hər hansı bir müdəa nəzərdə tutmamışdır. Cavabdehin iddiaçını yönəltdiyi qurum müvafiq məsələ ilə bağlı özünü səlahiyyətli bilməmiş və iddiaçıya aidiyyəti üzrə yerli icra hakimiyəti orqanına müraciət etməsini tövsiyə etmişdir, hansı ki, iddiaçı məhz əmlakın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmişdir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-403/2023 nömrəli qərarı (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X3, X5) ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiy a şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Mənzil Məcəlləsi Maddə

20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri Maddə 20.1. yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Maddə 20.2. yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəli şi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Maddə

21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası Maddə 21.1. sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçi rilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Maddə 21.2. yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən s ahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Maddə 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Maddə 21.7. əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdı rma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə

22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina Maddə 22.1. yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti no rma və qaydalarına uyğun olmadıqda. 22.2. sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı: Maddə 1.2. həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mü hafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 30.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 31.Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 33.Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). 34.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 35.Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normala rı baxımından iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 36.Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 37.Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qe yd etməyi zəruri sayır. 38.Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmin sənədlər təqdim edilməmişdir, həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən heç biri təqdim olunmamışdır. 39.Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh apelyasiya şikayətində də eyni dəlillər ir əli sürmüş, həmin dəlillərə apelyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. 40.1134.2 kv.metr yaşayış sahəsi və 0,13378 ha torpaq sahəsi 11 yanvar 2021-ci il tarixli çıxarışa əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi,ev 47D ünvanında iddiaçının mülkiyyətindədir. İddiaçının xahişi nəzərə alınaraq Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 9 fevral 2021-ci il tarixli 26 saylı sərəncamı ilə yaşayış evinin mənzil fondundan çıxarılması və qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası” tərəfindən texniki rəy tərtib edilmiş və rəydə qeyd olunmuşdur ki, komissiya mübahisəli yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021ci il tarixli Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində 47D saylı yaşayış evi vətəndaş İddiaçı məxsusdur və evdə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və evin faktiki ümumi sahəsi 1134,2 kv.m olmuşdur. Komissiya Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq rəy vermişdir ki, 47D saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. 41.Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında E-10-091 saylı bildiriş verilmiş və bildirişdə göstərilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı evin Mənzil Məcəlləsinin 20,21 və 27-ci maddələr inə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 26 saylı 09 fevral 2021-ci il tarixli Sərəncam qəbul etmişdir. Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün əsasdır. 42.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələbləri iş üzrə təmin edilmişdir. 43.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya bildirmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-ci bəndinə əsasən keçiri lən sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.11-ci və 4.9.12-ci yarımbəndlərinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və yaşayış sahəsinin yenidən qurulması barədə yerli icra hakimiyyəti orqanlarına qərar qəbul etmək səlahiyyəti verilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına zəruri sənədləri təqdim etməlidir.” Komitə qeyd olunanl ar nəzərə alınaraq, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyə etmişdir. 44.Cavabdehin iddiaçını yönəltdiyi qurum müvafiq məsələ ilə bağlı özünü səlahiyyətli bilməmiş və iddiaçıya aidiyyəti üzrə yerli icra hakimiyəti orqanına müraciət etməsini tövsiyə etmişdir, hansı ki, iddiaçı məhz əmlakın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmiş və Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələbinə uyğun sənədləri əldə etmişdir. 45.Cavabdehin şikayətinin digər dəlili, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə uyğun sənədlərin tələb edilməsinin hazırkı mübahisəyə aidiyyəti yoxdur. İstinad edilən norma ilk dəfə daşınmaz əmlaka hüququn qeydə alınması ilə bağlıdır, hazırkı iş isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması ilə bağlıdır. 46.Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(103)-403/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar