Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1731/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyası təyinatı, yeni açılmış halla bağlı ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (bu ndan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1727/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi dinləmələr keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət ed ərək, ona 14.04.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1397/2018 saylı 6 mart 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 14.04.2009-cu ildən – 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun şərtləri əsasında 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)1164/2018 saylı 30 may 2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 06 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(102)-1893/ 2018 saylı 14 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1164/2018 saylı, 30 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 5. 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə verərək, 2 saylı Bakı İnzibati-i qtisadi Məhkəməsinin 2-1 (82)1397/2018 saylı 06 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, 2017-ci ilin sentyabr ayınadək ünvan 1 ünvanında qeydiyyatda olmuş, 2017-ci ilin sentyabr ayının 28-dən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 ünvanında qeydiyyata alınmış və 2020-ci ilin sentyabr ayının 2-dən isə əvvəlki - Bak şəhəri, ünvan 3 ünvanında qeydiyyata alınmış xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adından yazıldığı ehtimal olunan imzası olmayan 23.06.2017-ci il tarixli ərizəsi ünvan aidiyyəti üzrə Fondun Bakı şəhəri Xəzər rayon şöbəsinə ünvanlanmış, Fondun Xəzər rayon şöbəsində daxilol ma ştampı vurulmayan ərizədə “yaşa görə əmək pensiyası təyin edəsiniz” xahiş edilmişdir. Lakin vətəndaşın ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməməsinə baxmayaraq şöbənin vətəndaşa ünvanlanmış 29.09.2017-ci il tarixli 11/03-800 nömrəli cavab məktubunda 52 yaşında" güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir. Həmin məktubu əsas göstərməklə vətəndaş iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Vətəndaş İddiaçı adından imzası olmayan və rekvizitləri tam doldurulmayan ərizə ilə şöbəyə müraciəti şöbənin müdiri tərəfindən 23.06.2018-ci il tarixdə dərkənar qoyulmaqla şöbənin Pensiya üzrə komissiyasının 08.01.2019-cu il tarixli 571 nömrəli qərarı ilə hərb i bilet və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 30 il 2 ay sosial sığorta stajı nəzərə alınmaqla şöbəyə daxil olmuş məhkəmə qərarları və 4 nömrəli Texnoloji Nəqliyyat Departamentinin və 4 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialı tərəfindən İddiaçı adına tərtib edilmiş 2004-2005-ci illərin əməkhaqqı cədvəlinə əsasən Qanunun 9.1-ci maddəsinin şərtləri ilə 1 nömrəli Siyahıya istinad etməklə 52 yaşının tamam olduğu 14.04.2009-cu il tarixdən 587,03 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 14.04.2009-cu il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə pensiyaların baza hissəsinin artırılması ilə və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01.01.2019-cu il tarixdən 911,63 m anat məbləğində ödənişinə başlanılmışdır. Bununla belə, əmək kitabçasındakı qeydlərə əsasən pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizədə qeyd edilən hallar işin icraatının təz ələnməsi üçün əsas verə biləcək hallar kimi qəbul edilə bilməz.
9. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilərək təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət So sial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. Kasasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu ilə eyni olmuş, İPM-in 100-cü maddəsinə istinad olunmuşdur. Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən bax ılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Mə hkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud oldu ğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə m übahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində bildirmişdir ki, iddiaçının adından pensiya təyin edilməsi ilə bağlı yazıldığı ehtimal olunan ərizədə imza olmamış, həmçinin həmin ərizədə yaşa görə əmək pensiyası təyin edilməsi xahiş edilmişdir. İddiaçının ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilməmişdir. Buna baxmayaraq ona ünvanlanan 29 sentyabr 2017-ci il tarixli cavab məktubunda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir.
18. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
19. Yeni sübutlar və hallar dedikd ə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.
20. Cavabdehin ərizədə göstərdiyi hallar, yəni iddiaçının məhkəməyə qədər ona müraciət edərkən ərizədə imza olmaması və ərizədə yaşa görə pensiyanın təyin edilməsinin bildirilməsi və sair hallar məhkəmə icraatı zamanı mövcud olmuşdur.
21. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.
22. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.
23. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
24. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.
25. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.
26. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosess ual hüquq normalarının pozuntusuna yol verməmişdir.
27. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1727/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.