Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1731/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün nəzərə alınması və eləcə də ali təhsil aldığı illər nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-399/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 22 aprel 2019-cu il tarixdən ikinci qrup əlil kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddia çıya məxsus əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon Qaragöz kənd orta məktəbində riyaziyyat müəllimi işləmiş, xx.xx.1993-cü ildən məlum hadisələrlə əlaqədar adı iş yerlərini itirmiş vətəndaşlar kimi orta aylıq əmək haqqı alanlar adlı siyahıya daxil edilmiş və 8 iyun 2017-ci il tarixdə işdən azad edildiyi üçün əmək haqqı ödənişi dayandırılmışdır.
3. EB 272323 nömrəli diplomun surətinə əsasən, iddiaçı 1976-1980-ci illərdə əyani təhsil alaraq Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir.
4. İddiaçı 7 sentyabr 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövr nəzə rə alınmaqla, onun pensiya məbləğinin yenidən hesablanmasını və yığılmış pensiya məbləğinin birdəfəyə ödənilməsinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, X1 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən, xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək əmək kitabçasında qeyd olunmuş Zəngilan rayon Qaragöz orta məktəbinin arxiv sənədləri işğal zonasında qalmışdır. Qeyd olunanlara əsasən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 13 oktyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1980 -ci ildən 1993-cü ilin oktyabr ayına qədər olan 13 il və ali məktəbdə təhsil aldığı 4 il (1976-1980) əmək stajının bərpa olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək 1980-ci ildən 1993-cü ilin noyabr ayınadək olan Zəngilan rayon Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün (13 il) nəzərə alınması və eləcə də, ali təhsil aldığı illər (4 il) nəzərə alınmaqla, pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə ödənilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildə Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmiş və həmin il Zəngilan rayonunun Qaragöz məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Rayonun işğal gününədək həmin mə ktəbdə işləmişdir. Ona 2019-cu ilin may ayından 2-ci qrup əlil kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası hesablanarkən əmək kitabçasında qeyd edilən sentyabr 1980-ci ildən noyabr 1993-cü ilədək Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövr və ali məktəbdə təhsil aldığı dövr (19761980) nəzərə alınmamış, nəticədə onun pensiya məbləği az hesablanmış və pensiya hüququ pozulmuşdur.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldı qları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə al ınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. İş materiallarına əsasən, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1958-ci il təvəllüdlü İddiaçının xx.xx.1980-cı ildən xx.xx.1993- cü il tarixədək "Qaragöz kənd orta məktəbi”ndə işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası həmin məktəbin iki nəfər işçisinin şahidliyi əsasında yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyğun aparılır. İddiaçının əmək kitabçasının xx.xx.2010-ci ildə doldurulduğunu nəzərə alaraq, əsas olmuş əmrlərin və əmək haqqı cədvəlinin təsdiq olunmuş surətlərinin bizə təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Zəngilan rayon Təhsil Şöbəsinə sorğu göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərq li olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı e yni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-356/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia təmin edilmiş, iddiaçının 1980-ci ildən 1993-cü ilin noyabrına qədər Zəngilan rayonunun Qaragöz kənd orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövr və 1976-1980-ci illərdə ali təhsil aldığı dövr nəzərə alınmaqla, pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, araşdırma nəticəsində mübahisəli olan 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan dövr iddiaçının əmək kitabçasında öz təsdiqini tapmışdır. İddiaçının əmək kitabçası həmin məktəbdə çalışmış iki nəfər işçinin iştirakı ilə Zəngilan RTŞ tərəfindən 16 aprel 2010-cu il tarixində tərtib olunmuş 625 nömrəli akt əsasında yazılmışdır. Aktın və ona əlavə edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Əmək kitabçası səlahiyyətli qurum tərəfindən təsdiq olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 1976-1980-ci illərdə əyani təhsil alaraq, Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir. İddiaçının 1976-1980-ci illərdə təhsil aldığı dövr də pensiya hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 1976-1980-ci illərdə təhsil aldığı müddət də 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pen siya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)399/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-356/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr öz qərarında iddiaçının əmək kitabçasında qeyd edilən 1980-ci il tarixdən 1993-cü il tarixədək olan dövrlərin Zəngilan Rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixli 625 nömrəli akt əsasında əmək kitabçasında qeyd edilməsini nəzərə alaraq iddianı təmin etmişlər. Həmin akt iki nəfər şahidin ifadəsi əsasında tərtib olunmuşdur. Halbuki, iki n əfər şahidin ifadəsi əsasında Zəngilan Rayon Təhsil şöbəsi tərəfindən sonradan əmək kitabçasına qeyd aparılması əmək kitabçasının mötəbərliyini şübhə altına qoyur. Həmçinin, bu hal qanunvericiliyin tələblərinə ziddir. Kassasiyaçı hər iki instansiya məhkəməsinin düzgün qənaətə gəlmədən qərar qəbul etdiyini qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna ma likdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.... 20. 21. xx.xx.1956-cı ildən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddənin v) bəndi: hərbi (al ternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. 21. xx.xx.1992-ci il tarixdə qəbul olunmuş və 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndi nəzərədə tuturdu ki, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsas ən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunv ericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı (13 il) və eləcə də, ali təhsil aldığı (4 il) müddətlər nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə ona ödənilməsi barədədir. Lakin cavabdeh iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1993-cü il tarixədək işlədiyini iddia etdiyi müddətin araşdırılmasının mümkün olmaması səbəbilə həmin dövrün onun sosial sığorta stajına daxil edilməsindən, beləliklə də əmək pensiyasının yeni dən hesablanmasından imtina etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını ətraflı araşdırmış və düzgün olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqanın arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsinin mümkün hesab edilməməsi əsası ilə iddiaçının həmin tarixlərdə Zəngilan rayon Qaragöz kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmuşdur.
30. Həmçinin iddiaçının təhsil aldığı 1976-1980-ci illərin sığorta stajına daxil edilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad edərək həmin dövrün ümumi əmək stajına daxil ed ilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə ödənilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual q anunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-399/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.