Məhkəmə qərarları › İş №2-1(102)-1731/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1731/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1731/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: vergi orqanının qərarının ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 21(103)-367/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6848 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (**********) məxsus ünvan 1 ünvanında yerləşən “Çayxana” adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı iş lərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. xx.xx.2021-ci il tarixli, KY211701814 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur.

3. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm 47 ünvanında yerləşən "Hollywood” cinema club obyektində İddiaçı iştirakı ilə operativ v ergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2021ci il tarixdə saat 18:40-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən ofisiant, barmen, aşpaz, inzibatçı işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 11 fiziki şəxsdən 2 nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçıya qısa zaman ərzində işçilərlə əmək müqaviləsinin bağlanması tövsiyə edilmiş, aktı vergi orqanının əməkdaşları və İddiaçı imzalamışdır. Akta əlavə edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin ( xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin X1 və X2 adı qeyd edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli Qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

5. İddiaçı həmin qərarın ləğvi üçün yuxarı verg i orqanına müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixli **********887600 nömrəli qərarla iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli qərarı dəyişdirmədən saxlamışdır. Həmin Qərarda göstərilmişdir ki, "Vergi orqanı əməkdaşları təqdim etdikləri izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı "Hollywood cinema club” adlı obyektdə Z.Məmmədovun ofisiant kimi iş geyimində, K.Ələkbərovun isə mətbəxtdə aşbaz geyimində müşahidə olunduğunu, fərdi sahibkar İddiaçı qarşı heç bir qərəz olmadan barəsində qanunverciliyin tələblərinə müvafiq hərəkətlər aparıldığını bildirmişlər.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) bir inci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən özünə məxsus ticarət obyektində xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 004247 nömrəli aktın və həmin akt əsasında onun barəsində 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixdə "Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəyişdirilmə si barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ticarət obyektində xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 004247 nömrəli akt əsasında onun barəsində 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir.

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xx.xx.2021-ci il tarixində fiziki şəxs kimi vergi uçotuna alınmışdır. xx.xx. 2021-ci il tarixindən ünvan 1 ünvanında yerləşən ticarət obyektində sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu dövrdə 11 (on bir) nəfər işçi əmək müqaviləsi bağlanılmaqla, bir nəfər isə sabit vergi ödəyicisi kimi işə götürülmüşdür. Ona məxsus ticarət obyektində əmək müqaviləsi bağlanılmadan və ya əmək qanunvericiliyinə uyğun olmadan fəaliyyət göstərən hər hansı işçi yoxdur. Lakin xx.xx.2021-ci il tarixində ticarət obyektində operativ vergi yoxlaması keçirilmiş və bu zaman Zaur Məmmədov və Kamran Ələkbərov adlı şəxslər onlarla əmək müqaviləsi bağlanılmadan ticarət obyektində xidmətin və ya hər hansı işin görülməsinə cəlb edilmiş işçi kimi Vergi Xidmətinin əməkdaşları tərəfindən qeydə alınmışdır. Nəticədə bununla bağlı xx.xx.2021-ci il tarixli, 004247 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli qərar qəbul edilməklə onun barəsində 8000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X8 və Kamran Ələkbərov adlı şəxslər iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ticarət obyektində hər hansı xidmətin göstərilməsinə cəlb edilməmiş, nə əvvəllər, nə də hazırda işə götürülməmiş, obyektində işçi kimi fəaliyyət göstərməmişdir. Həmin şəxslər tamamən təsadüf nəticəsində operativ vergi yoxlaması zamanı iddiaçıya məxsus obyektdə olmuşlar. Belə ki, Zaur Məmmədov adlı şəxs onun ticarət obyektinə musiqi avadanlığının gətirilməsi, Kamran Ələkbərov isə sifariş əsasında mətbəx üçün ərzaq məhsullarının gətirilməsi məqsədi ilə operativ vergi yoxlaması zamanı onun obyektində olmuşdur. Adıçəkilən şəxslər başqa ticarət obyektlərində rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərir və iddiaçının ticarət obyektində hər hansı bir işin və ya xidmətin göstərilməsinə onun tərəfindən cəlb edilməmişlər. Bu hal vergi xidmətinin əməkdaşlarına bildirilsə də, bununla bağlı hər hansı araşdırma aparmadan, qərəzli olaraq həmin şəxslər barəsində əmək müqaviləsi olmadan işin və ya xidmətin göstərilməsinə cəlb edilmiş şəxslər kimi sənədləşdirmişlər.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildimişdir ki, uçot-baza məlumatına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin "çayxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətin in Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6848 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm 47 ünvanında yerləşən "Hollywood cinema club” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004247 nömrəli aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi qəbul edilmişdir. İddiaçı və 2 nəfər fiziki şəxs operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək qeyd olunan obyektdə işləmədiklərini bi ldirmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə təqvim ili ərzində ikinci dəfə yol verildiyi üçün vergi ödəyicisinə 8.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********958300 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıt mamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə İddiaçı izahatının alınması məqsədilə ona xx.xx.2022-ci il tarixli **********656400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi izahat təqdim etməmiş və bu hal müvafiq aktla rəsmiləşdirilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5966/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim: S.İ.Salahova) iddianın təmin edilməsi, cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8295 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən x x.xx.2021-ci il tarixli qərarla iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti çərçivəsində tərtib edilmiş aktda göstərilənlər iş materialları ilə öz təsdiqini tapmır. İstinad olunanlardan da məlum olduğu kimi cavabdeh iddiaçının 2 nəfər fiziki şəxsi - X5 və X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə ona maliyyə sanksiyası hesablasa da, həm həmin şəxslər, həm də iddiaçı onların mübahisəli obyektdə işləmədiyini, digər işəgötürənlə əmək müqaviləsi bağladıqlarını və yoxlama zamanı mübahisəli obyektdə digər məqsədlər üçün gəldiklərini bildirmişlər.

12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin q ərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat:

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-367/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5966/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdehin qəbul etdiyi qərarın əsaslandığı aktda göstərilən hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutlar təqdim etmədiyindən, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən cavabdehin mövqeyi əsassız olmuşdur.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sistemi nə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”-ın 4.4-cü bəndinə, eləcə də İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.

17. Belə ki, “Hollywood” adlı obyektlər ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsinə baxmayaraq, https://www.hollywood.az/i ndex.php/az/ internet saytından da göründüyü kimi vahid ad altında fəaliyyət göstərirlər. Bununla da məqsədli şəkildə dövriyyənin bölüşdürülməsi, el əcə də “Hollywood” adlı obyektlərdə sahibkarlıq fəaliyyətini həyata keçirən ayrı- ayrı fiziki şəxslərlə işçilər arasında faktiki əmək münasibətləri olduğu halda vergi üstünlüyü əldə etmək üçün əmək müqavilələri bağlanmamışdır.

18. Həmçinin inzibati araşdırma zamanı vergi orqanı əməkdaşları təqdim etdikləri izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı “Hollywood cinema club” adlı obyektdə Z.Məmmədovun ofisiant kimi iş geyimində, K.Ələkbərovun isə mətbəxtdə aşbaz geyimində müşahidə olunduğunu, fərdi sahibkar İddiaçı (VÖEN:**********) qarşı heç bir qərəz olmadan barəsində qanunvericiliyin tələblərinə müvafiq hərəkətlər aparıldığını bildirmişlər. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən normaların tələblərini nəzərə almaması əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

50. Operativ vergi nəzarəti Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə 50.2 Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyi n sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4 Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra b u Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.5 Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 50.6 Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio -video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

21. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydalar ı” Bənd 2.Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bənd 2.2 operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Bənd 2.4 Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, proto kol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Bənd 2.5 Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tə rəfindən imzalanır. Bənd 2.6 Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Bənd

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların ın aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1 -ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirili r. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 22O.l0-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəy yənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (su byektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ ver gi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

8. İş yeri — işçinin h aqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə

7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi v ə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərlidir və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd etmişdir ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqav iləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”-ın (bundan sonra - “Qaydalar”) 4.4-cü bəndinə əsasən əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi v asitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir.

30. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə aktda adları qeyd edilən şəxslərin yoxlama zamanı digər işəgötürənlə əmək müqaviləsi bağlaması öz təsdiqini tapdığından bu halda şikayətin göstərilən dəlili üzrə istinad olunan hüquq normalarının iddiaçı tərəfindən pozulması da əsaslandırılmamışdır.

31. Bundan başqa cavabdeh apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də göstərmişd ir ki, “Hollywood” adlı obyektlər ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsina baxmayaraq, https://www.hollywood.az/index.php/az/ internet saytından da göründüyü kimi vahid ad altında fəaliyyət göstərirlər. Bununla da məqsədli şəkildə dövriyyənin bölüşdürülməsi, eləcə də "Hollywood” adlı obyektlərdə sahibkarlıq fəaliyyətini həyata keçirən ayrı-ayrı fiziki şəxslərlə işçilər arasında faktiki əmək münasibətləri olduğu halda vergi üstünlüyü əldə etmək üçün əmək müqavilələri bağlanmamışdır.

32. Bu dəlili də əsassız hesab məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd etdiyi kimi https://www.hollywood.az/index.php/az/ internet saytındakı məlumatlara əsasən "Hollywood” adlı obyektlərin vahid ad altında fəaliyyət göstərirməsi iş materialları ilə aktda adları qeyd edilən şəxslərin yoxlama zamanı digər işəgötürənlə əmək müqaviləsi bağlaması öz təsdiqini tapdığı halda bu halı təkzib edəcək tutarlı dəlil kimi qəbul edilə bilməz.

33. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı aktda göstərilən hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutlar təqdim etmədiyindən məhkəmə Kollegiyası hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir.

34. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əmə l edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-367/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar