Məhkəmə qərarları › İş №2-1(102)-1732/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1732/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1732/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Nadir Lalayevin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1119/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə Quba rayonun Çiçi kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 56 yaşı tamam olub. xx.xx.1979-cu il tarixdən – xx.xx.1980-cı il tarixədək Xaçmaz şəhəri, 92 saylı Texniki-peşə məktəbində dülgərlik ixtisası üzrə təhsil almışdır. xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt şəhəri, 17 saylı Texniki - Peşə məktəbində oxumuş, suvaqçı-rəngsaz ixtisası üzrə təhsil almışdır. Həmin illərdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən təhsil müddəti sığorta stajı hesab olunurdu, yeni qanunun, yəni «Əmək pensiya haqqında» Qanunla daha sərt şərtlərin müəyyən edilməsi (təhsil müddətinin sığorta stajına daxil edilməməsi) heç nəyi dəyişmir, həmçinin nəzərə alınmalıdır ki, onun təhsil aldığı vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsi ona müvafiq qarantiya vermişdir ki, təhsil aldığı müddət onun sığorta stajına daxil ediləcəkdir, həmin qarantiya yuxarıda qeyd olunan əsaslara görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək təhsil almış şəxslər üçün dəyişməmiş, çünki yeni qanun onların hüquqi vəziyyətini pisləşdirdiyi üçün geriyə tətbiq edilə bilməz. 1981-1983-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1983-cü ilin avqustun 26-dan Dəvəçi Quşçuluq (broyler) fabrikində 3cü dərəcədə suvaqçı-rəngsaz kimi əmək fəaliyyətinə başlamış və bu vəzifədə müxtəlif dərəcələrdə xx.xx.1984-cü ilədək işləmişdir. xx.xx.1985-ci ildə Sumqayıt Sintetik - kauçuk zavodunda divinil - nitril, KN-2 sexində 3-cü dərəcəli təmirçi - çilingər kimi xx xxxxxxxx 1999-cu il tarixə kimi işləmişdir. Göründüyü kimi, 14 il 08 ay xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyəti olmuşdur. xx xxxxxx 2001-ci il tarixindən xx xxxx 2004-cü il tarixə kimi Siyəzən rayon Beşdam bələdiyyəsində gözətçi işləmişdir. xx xxxxx 2004-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixə kimi «Nicat» firmasında gözətçi vəzifəsində işləmişdir. O, xx.xx.1983-xx.xx.1984-cü illərdə (01 il 2 ay) Dəvəçi Quşçuluq (broyler) fabrikində, xx.xx.1985-xx.xx.199 9-cu illərdə (14 il 08 ay xüsusilə ağır kateqoriyalı işlərdə), xx.xx.2001xx.xx.2004-cü illərdə (3 il 2 ay) Siyəzən rayon Beşdam bələdiyyəsində gözətçi, xx.xx.2004 - xx.xx.2006-cı illərdə (1 il 9 ay) «Nicat» firmasında gözətçi vəzifəsində işləməklə əmək kitabçasında 21 il 1 aydan çox iş stajı vardır. Xaçmaz şəhəri 92 saylı Texniki-peşə məktəbində və Sumqayıt şəhəri 17 saylı Texniki-Peşə məktəbində təhsil aldığı müddətlər iş stajına əlavə edilməklə onun ümumi iş stajı 22 il 9 ay təşkil edir. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Cavabdeh xx.xx.2019-cu il tarixli «güzəştli şərtlərlə pen siyanın təyin edilməsi» barədə ərizəyə əsassız olaraq xx.xx.2019-cı il tarixli **********1 saylı məktubla müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinaya səbəb xx xxxx 1984-cü il tarixli 1/İT-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1984 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi «Nicat» firmasında əmək stajı barədə həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədlərin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən xx.xx.1984 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrü sığorta stajına aid edilmədiyindən ümumi stajın güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 20 ildən az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə pensiya təyin edilməmişdir. Bundan sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 52 yaşının tamam olduğu tarixdən yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli,2-1(102)-536/2020 nömrəli (sədrlik edən hakim Nəriman İbrahimov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın inzibati orqana müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) ilin, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-1119/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməm əsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,idarənin xx.xx.2019-cu il tarixli **********1 saylı imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Nicat” firmasının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədlərinin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Odur ki, iddiaçının ümumi əmək stajı 20 ildən az təşkil etdiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçının əmək kitabçasında qeyd edilir ki, o, xx.xx.2004-xx. xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Nicat” firmasında “gözətçi” peşəsində çalışıb. İnzibati orqan bu halı dəqiqləşdirmək məqsədilə aidiyyəti üzrə sorğu vermiş və müəyyən edilmişdir ki, həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədləri arxivə təhvil verilməmiş və onun hüquqi ünvanını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, “Nicat” firmasının dövlət qeydiyyatına alınması ilə bağlı mübahisə yoxdur; məsələ, həmin firmanın ümumiyyətlə fəaliyyət göstərib-göstərməməsi ilə bağlıdır. İnzibati orqan bu halı aydınlaşdırmaq istəmiş, lakin arxivdə müvafiq sənədlər olmadığı kimi həmin firmanın hüquqi ünvanın da (kəndin bütövlükdə firmanın hüquqi ünvanı ola bilməməsi aydındır!) müəyyənləşdirə bilməmişdir. Dolayısı ilə, bu dövrün əmək stajına aid edilməsi mümkün dey ildir. Göründüyü kimi, iddiaçının çalışdığı zavodun fəaliyyəti fasiləsiz olmayıb. Bu nəticəyə gəlmək üçün kifayət qədər əsas var: birincisi, iddiaçının əmək fəaliyyətində fasilələrin olması: ikincisi, iddiaçının işə gəlməməsi əsası ilə işdən azad edilməsi. Təəssüf ki, işə baxan məhkəmələr bu hallara hüquqi qiymət verməyiblər. Hərçənd ki, bu müddətin əmək stajına, xüsusilə də güzəştli iş stajına aid edilməsi yolverilməzdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1119/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayə tində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Lalayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instans iyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili N.Lalayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin ed ilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelya siya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, idarənin xx.xx.2019-cu il tarixli **********1 saylı imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Nicat” firmasının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədlərinin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Odur ki, iddiaçının ümumi əmək stajı 20 ildən az təşkil etdiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçının əm ək kitabçasında qeyd edilir ki, o, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Nicat” firmasında “gözətçi” peşəsində çalışıb. İnzibati orqan bu halı dəqiqləşdirmək məqsədilə aidiyyəti üzrə sorğu vermiş və müəyyən edilmişdir ki, həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədləri arxivə təhvil verilməmiş və onun hüquqi ünvanını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, “Nicat” firmasının dövlət qeydiyyatına alınması ilə bağlı mübahisə yoxdur; məsələ, həmin firmanın ümumiyyətlə fəaliyyət göstərib-göstərməməsi ilə bağlıdır. İnzibati orqan bu halı aydınlaşdırmaq istəmiş, lakin arxivdə müvafiq sənədlər olmadığı kimi həmin firmanın hüquqi ünvanın da (kəndin bütövlükdə firmanın hüquqi ünvanı ola bilməməsi aydındır!) müəyyənləşdirə bilməmişdir. Dolayısı ilə, bu dövrün əmək stajına aid edilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçının çalışdığı zavodun fəaliyyəti fasiləsiz olmayıb. Bu nəticəyə gəlmək üçün kifayət qədər əsas var: birincisi, iddiaçının əmək fəaliyyətində fasilələrin olması: ikincisi, iddiaçının işə gəlməməsi əsası ilə işdən azad edilməsi. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təmin at hüququna malikdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşayan çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüquq u verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nö mrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər Azərbaycan Respublikası Naz irlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarix li 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Göründüyü kimi, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş s tajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin «v» yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq, yəni 24 (iyirmi dörd) il, 3 (üç) ay 20 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmı şdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: «Kimya İstehsalatı» bölməsi (Vİİİ bölmə kod ********), kod 1080A00-17541 A-tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər (kod 1080A010); işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər (kod 1080A010). İddiaçının xx.xx.2006-cı tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, yəni 14 (on dörd) il, 8 (səkkiz) ay 9 gün güzəştli şərtlərlə iş stajının mövcud olması («Azərkimya» İstehsalat Birliyinin «Etilen-Polietilen» zavodunun kadrlar şöbəsinin 135 nömrəli xx.xx.2019-cu il tarixli arayışda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlə r. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin olunur. Bu baxımdan da iddiaçının xüsusi iş stajı 14 ildən, ümumi iş stajı isə 20 il dən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin tələblərinə uyğun 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olduğuna görə, sonuncuya pensiyanın təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 (üç) il əvvəl olmaqla xx.xx.2016-cı il tarixdən hesablanmaqla pensiya təyin edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2015-ci il tarixədək 20 ildən artıq, yəni 27 il 6 ay 23 gün ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 y aşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası isə əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-1119/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar