Məhkəmə qərarları › İş №2-1(102)-1732/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1732/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1732/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edil məsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(107)-207/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanının 15.11.2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-də 19.11.2018-ci il tarixindən 01.12.2018-ci il tarixinədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində cavabdeh tərəfindən 18.01.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar çıxarılmışdır. Birinci qərarla iddiaçının Azərbaycan Res publikası Vergi Məcəlləsinin 58.8.2ci maddəsinə əsasən 6792 manat, ikinci qərarla isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

3. İddiaçı 28.01.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb olunmasından şikayət etmişdir.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidməti) 29.03.2019-cu il tarixli **********934400 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında qərar”ına əsasən İddiaçı MMC barəsində tərtib edilmiş 31.11.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin akt əsasında qəbul olunmuş 18.01.2019-cu il tarixli ***** *****7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli 18.01.2019cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı MMC-nin direktoru X2 tərəfindən məhkəməyə ünvanlanan 30 yanvar 2019-cu il tarixli ərizədə iddia tələbi belə əsaslandırılmışdır ki, 18.01.2019-cu il ta rixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli 18.01.2019cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərardan narazı qalmış və qərarın ləğv edilməsini xahiş edərək bildirmişdir ki, o, qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tə rəfindən qanunsuz yoxlama keçirilmiş və nəzarət jurnalında qeydiyyat aparılmamışdır. Vergi orqanı iddiaçı barəsində qərar qəbul edərkən, auditor rəyini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi qərar qanunsuzdur və həmin qərar heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəblə də iddiaçı qəbul edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir.

7. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı digər iddia ərizəsində eyni cavabdehə qarşı iddia tələbi qaldırmış və cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəməyə ünvanlanan digər iddia ərizəsində qeyd ed ilir ki, 18.01.2019-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliy yətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019-cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərarla razılaşmamış və bu səbəblə ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ilkin olaraq qeyd etmişdir ki, yoxlama qanunsuz keçirilib və yoxlamanın nəticəsində qəbul edilmiş qərar qanunsuzdur.

9. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli 2-1(84)-518/2019 saylı qərardadına əsasən (hakim Vidadi Qasımov) iddiaçı “18.01.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmamışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin **********7837 nömrəli qərarından şikayət instansiyasına v erdiyi şikayəti 06.02.2019-cu ildə geri götürdükdən sonrakı 30 gün müddətində, yəni 11.03.2019-cu ilədək iddia qaldıra biləcəyi halda, bunu 01.04.2019-cu ildə etmiş, bununla da iddia müddətini ötürmüşdür.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.12.2019-cu il tarixli, 2-1(107)-713/2019 saylı qərardadına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli 2-1(84)-518/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İ ddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020ci il tarixli, 2-1(102)-753/2020 saylı qərarına əsasən (sədrlik edən İspəndiyar Şəfiyev, hakimlər Zakir Quliyev və Rahib Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.12.2019-cu il tarixli, 21(107)-713/2019 saylı qərardadı ləğv edilmiş, iş materialları işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı onun barəsində qəbul edilmiş 18.01.2019-cu il tarixli **********7837 nömrəli qərardan şikayət instansiyasına şikayət etmişdir. Bu halda onun sözügedən qərarın mübahisələndiril məsi barədə iddia vermə müddətinin axımının başlanğıcı, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan hesablanmalıdır. Lakin iddiaçının həmin qərardan şikayəti üzrə şikayət instansiyası qərar qəbul etməmişdir. Vergilər Nazirliyində iddiaçının şikayəti araşdırılarkən iddiaçının nümayəndəsi 06.02.2019-cu ildə verdiyi izahatında cavabdehin 18.01.2019-cu il tarixli **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirsə də, bu hal inzibati orqanı şikayət üzrə qərar qəbul etməkdən azad edən hal deyil. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2020-ci il tarixli 21(107)-364/2020 saylı qərardadına əsasən (sədrlik edən Ələddin Məcidov, hakimlər Mahir Əsədli v ə Ayaz Mahmudov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2-1(84)-518/2019 nömrəli qərardadı ləğv edilmiş və iş Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

18. Məhkəmə kollegiyası iş üzrə Ali Məhkəmənin mövqeyi ilə razılaşmış, həmin qərarda qeyd edilən əsaslara (hazırkı qərarın 16-cı bəndi) istinad edərək işi birinci instansiya məhkəməsinə göndərmişdir. d. Birinci instansiya məhkəməsində ikinci icraat

19. Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli 2-1(116)-283/2021 saylı qərarına əsasən (hakim İlqar Cabbarov) iddianın təmin edilməsi, cavabdehin orqanın iddiaçı barəsində qəbul etdiyi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.01.2019-cu il tarixli, **** ******7837 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. İddiaçı ona görə də həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan normasının tələblərini pozmamışdır. Vergi orqanı tərəfindən iddiaçı cəmiyyət barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə aparılmış qanunsuz yo xlamanın nəticəsi olan mübahisə predmeti olan qərar ləğv olunmalıdır.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 21(107)-207/2021 saylı qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli 2-1(116)-283/2021 saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

23. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Məhkəmə qərarı cavabdehə 29.06.2021-ci il tarixində təqdim edilmişdir.

25. Cavabdeh 24.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Ş əki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(107)-207/2021 saylı qərarının və 09.09.2020-ci il tarixli, 2-1(107)-364/2020 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, cavabdehin 18.01.2019-cu il tarixli qərarı iddiaçıya 22.01.2019-cu il tarixində poçtla göndərilmiş və 29.01.2019-cu il tarixində iddiaçıya sifarişli poçt vasitəsilə çatdırılmışdır. Yəni xəbərnamə rəsmi qaydada 29.01.2019-cu il tarixində imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. İddiaçı isə xeyli gecikdirilmiş qaydada məhkəməyə müraciət etmiş (01.04.2019-cu il tarixində) və bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə yol vermişdir.

27. İddiaçının 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərarı ilkin olaraq inzibati orqanda mübahisələndirilməsi isə iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərarla bağlı vergi orqanına hər hansı bir inzibati şikayət ünvanlanmamışdır. İş materiallarında bunun sübutu kimi istinad olunan sənəd Vergilər Nazirliyinin Çağrı Mərkəzinə telefon vasitəsilə edilmiş müraciətə aid 28.01.2019-cu il tarixli vərəqədir ki, bu vərəqədə də iddiaçının nümayəndəsi X konkret olaraq hansı qərardan şikayət etməsi görünmür.

28. Bundan başqa, iddiaçı vergi orqanına verdiyi 06.02.2019-cu il tarixli izahatında və 14.03.2019-cu il tarixli məktubunda aktın mal qalığı ilə əlaqədar olan hissəsindən inzibati qaydada şikayətinin olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçının 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərardan narazılıqla bağlı vergi orqanında hər hansı bir inzibati şikayəti mövcud olmamış, buna görə də inzibati orqanın bununla bağlı hər hansı bir inzibati qərar qəbul etmə öhdəliyi olmamışdır. Məhkəmə tərəfindən isə göstərilən hallar araşdırılmamış, həmçinin qanunvericiliyin tələbi nəzərə alınmadan qanunsuz və əsassız qərardad qəbul edilmişdir.

29. İddianın mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq İddiaçı MMC hər hansı fiziki şəxsdən mal (malları) alan zaman 2 nüsxədə olmaqla, alış aktı (bütün rekvizitlər əks olunmaqla) tərtib edilməli idi. Lakin iddiaçı vergi ödəyicisi alış aktı tərtib etməmiş, buna görə də qeyd edilən hal haqlı olaraq vergi orqanı tərəfindən pozuntu (qanun pozuntusu) kimi qiymətləndirilərək, onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.

30. Məhkəmə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1-ci maddəsinə istinad etsə də, vergi orqanı tərəfindən iddiaçıya sanksiyanın tətbiqinin qeyd olunan müddəa ilə hər hansı bir əlaqəsi yoxdur. Başqa sözlə, mübahisənin predmeti kənd təsərrüfatı məhsullarının nağd yaxud nağdsız qaydada satın alınması deyildir. Mübahisənin predmetini təşkil edən məsələ iddiaçı tərəfindən qeyd olunan məhsualların alınmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməməsi olmuşdur. Belə ki, “Vergi Məcəlləsinin 130.1 və 71-2-ci maddələrinin tələbinə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallar alış aktları ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə əməl olunmamış, nəticədə iş üzrə qanunsuz və əsassız qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

33. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxm ayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

34. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

35. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındı rılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında.

36. Həmin Mə cəllənin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.

37. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

38. Həmin Məcəllənin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

39. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

40. Həmin Məcəllənin 71-2.3-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

41. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

42. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

43. İnzibati Prosessual Məcəllənin 12.1-ci ma ddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

44. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

45. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzə rdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

46. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nos trifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, c avabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

48. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahi sə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

50. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

54. İddia tələbinin mümkünsüzlüyü ilə bağlı kassatorun dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun barəsində qəbul edilmiş 18.01.2019cu il tarixli **********7837 nömrəli qərardan şikayət instan siyasına şikayət vermişdir. Lakin iddiaçının həmin qərardan şikayəti üzrə şikayət instansiyası qərar qəbul etməmişdir.

55. Belə olan halda, hazırkı qərarın 46-cı bəndində nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Odur ki, bununla bağlı kassatorun dəlilləri əsassızdır. Məhkəmələr hazırkı qərarın 45-47-ci bəndlərində göstərilən normalara uyğun olaraq iddia tələbini mümkün hesab edərək ona mahiyyəti üzrə qiymət vermişdir.

56. İddianın mahiyyəti ilə bağlı kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, cavabdehin 15.11.2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-də 19.11.2018-ci il tarixindən 01.12.2018-ci il tarixinədək operativ vergi nəzarətinin həyata keçir ilməsi qərara alınmışdır. Nəticədə keçirilmiş operativ vergi nəzarəti nəticəsində cavabdeh tərəfindən 18.01.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar çıxarılmışdır. Birinci qərarla iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 6792 manat, ikinci qərarla isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

57. İddiaçı 28.01.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb olunmasından şikayət etmişdir.

58. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidməti) 29.03.2019-cu il tarixli **********934400 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında qərar”ına əsasən İddiaçı MMC barəsində tərtib edilmiş 31.11.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin akt əsasında qəbul olunmuş 18.01.2019-cu il tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” ləğv edilmişdir.

59. İddiaçı hazırda yoxlama nəticəsində qəbul edilmiş digər 18.01.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Göstərilən qərarın qəbul edilməsi səbəbi vergi ödəyicisinə məxsus malların uçota alınmaması, Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qai mə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması, müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması olmuşdur.

60. Belə ki, 30.11.2018-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıda 67920 manat sənədsiz mallar aşkar edilmiş və nəticədə 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı izahatında bunun səbəbini ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada alması və bankdan həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada çıxarması ilə əlaqələndirmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, qoz ağacı (onun kötüyü) kənd təsərrüfatı məhsullarına aid edildiyindən vergi ödəyicisi tərəfindən fiziki şəxslərə məxsus h əyətyanı torpaq sahələrində becərilmiş qoz ağacının alışı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə uyğun olaraq nağd qaydada həyata keçirilə bilər və İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır.

62. Belə ki, iddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini n ağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. İddiaçı ona görə də həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan normasının tələblərini pozmamışdır.

63. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına hazırkı qərarın 34-41-ci bəndlərində göstərilən normaları tətbiq etməli idi. Belə ki, mübahisəni həlli üçün iddiaçının qoz ağacı və onun kök hissələrini nağd yoxsa nağdsız qaydada alması deyil, qeyd olunan məhsulların alınmas ının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməməsi təşkil edir.

64. Hazırkı qərarın 34-41-ci bəndlərində göstərilən maddi hüquq normalarından görünür ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə bütün rekvizitlər əks olunmaqla alış aktları və elektron alış aktı tərtib edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının aldığı mallara görə belə aktların tətib edilməsi müəyyən olunmur. Bu səbəbdən də cavabdeh bu halı pozuntu kimi qiymətləndirərək iddiaçı barəsində hazırkı qərarın 35-ci bəndində qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan maliyyə sanksiyası tətbiq etmişdir.

65. Məhkəmə isə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hallarla bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi hüquq normasını düzgün tətbiq etməm iş, bununla da hazırkı qərarın 34-43-cü bəndlərində göstərilən normaların tələblərini pozmuşdur.

66. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 2-1(107)-207/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

67. İşə təkrar baxan məhkəmə işin hallarına hazırkı qərarın 34-40-cı maddələrində göstərilən maddi hüquq normalarının tələblərinə uyğun qiymət verməlidir.

68. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli, 21(107)-207/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabd ehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar