Məhkəmə qərarları › İş №2-1(102)-1733/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1733/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1733/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X6, üçüncü şəxsin vəkili X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəs inə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1733/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və Ünvan1də yerləşən 154 saylı 0,02 ha torpaq sahəsində və Ünvan1-də yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin onun adına ilkin qeydiyyata alınması, fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış və texniki pa sportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)3244/2013 nömrəli qərarı ilə (hakim – S.T.Alıyeva) iddia tələbi təmin edilmişdir.

3. Sonradan maraqlı şəxs X13 xx.xx.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli qərarın onun maraqlarına toxunduğuna istinad edərək onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.

4. X13-ün ərizəsinə baxılması xx.xx.2016-cı il tarixinə təyin edilmiş, həmin tarixdə məhkəmə hazırlıq icraatınının iclası xx.xx.2016-cı il tarixinə təxi rə salınmış, həmin iclasda da tərəflər iştirak etmədiyindən məhkəmə hazırlıq icraatın iclası xx.xx.2016-cı il tarixinə təxirə salınmışdır.

5. Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə (hakim – S.T.Alıyeva) iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Belə olan halda, İPM-in 55.3-cü maddəsinə əsasən iddia geri götürülmüş sayılır.

7. İddiaçının nümayəndəsi kimi özünü təqdim edən X7 xx.xx.2018-ci il tarixində ərizə verərək işin məcburi icra olunmasını xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə B.M.Y. bildirilmişdir ki, maraqlı şəxs X13-ün ərizəsi əsasında xx.xx.2016-cı il tarixli qərardadla xx.xx.2013-cü il tarixli qərar ləğv edilmiş, işə baxılması təzələnmiş, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verildiyindən həmin qərarın məcburi icrası mümkün deyil. İddiaçının nümayəndəsi ərizə verərək həmin qərardadların ona təqdim edilməsini xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının nümayəndəsi X4 xx.xx.2016-cı il tarixli qərardad təqdim olunmuş və həmçinin bildirilmişdir ki, iş üzrə qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərardad iş materiallarında mövcud olmadığından, onun təqdim edilməsi mümkün olmamışdır.

10. Sonradan iddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixində ərizə verərək məhkəmənin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli qərardadlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, həmin qərardadların ləğv edilməsi barədə apelyasiya şikayəti ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edə bilər. Həmin məktub İ.İddiaçı1 xx.xx.2019-cu il tarixində təqdim olunmuşdur.

11. İddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixində apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2inz(81)3244/2013 nömrəli və xx.xx.2016-cı il tarixli, 2inz(81)-3244/2013 nömrəli qərardadların ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1964/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev, C.A.Yusifov) iddiaçının nümayəndəsi X5 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli, 2inz(81)-3244/2013 nömrəli qərardadlardan verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli qərardad iş materiallarında olmasa da, məhkəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına istinad edərək göstərmişdir ki, həmin qərardadla X6 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/20 13 saylı inzibati iş üzrə X13 üçüncü şəxs qismində cəlb edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmişdir. İPM-in 28.4-cü maddəsinə əsasən də inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.

14. Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadına münasibətdə qeyd edilmişdir ki, özünü iddiaçının nümayəndəsi kimi təqdim edən X8 qərardadın təqdim edilməsini xahiş etmiş, qərardadı xx.xx.2019-cu il tarixində almış və onu imzası ilə təsdiq etmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2016-cı il tarixli qərardad məhkəmədə iştirak etməyən və səlahiyyəti olmayan şəxs X8 tərəfindən alındığı, həmin qərardaddan iddiaçının digər nümayəndəsi X2 tərə findən apelyasiya şikayətinin prosessual müddətin pozulması ilə verildiyi, prosessual müddətin bərpa edilməsi barədə ərizənin verilməməsi müəyyən edilir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərardadını iddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixində, cavabdeh orqan, xx.xx.2019-cu il tarixində, X13 xx.xx.2019-cu il tarixində almışdır.

16. Bakı Apelyasiya Məhkəməsinin qərardadı qüvvəyə mindikdən sonra xx.xx.2019cu il tarixində iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır.

17. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil prosessual müddətin bərpasına dair ərizə verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadından apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Eyni zamanda apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3244/2013 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin mahiyyəti üzrə baxılmasının təmin edilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1151/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov, X.A.Cəmilova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadından iddiaçının apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3244/2013 saylı, xx.xx.2016-cı il tarixli qərardadını iddiaçının nümayəndəsi X9 şəxsən imzalamaqla xx.xx.2019-cu il tarixində almışdır. Belə olan halda iddiaçının xx.xx.2019-cu il tarixinədək apelyasiya şikayəti vermək hüququ olmuşdur. İddiaçının nümayəndəsi X5 qərardadlardan xx.xx.2019-cu il tarixində apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin şikayət mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin müddətin bərpası barədə ərizəsində göstərdiyi dəlillər mübahisələndirilən qərardadın ləğv edilməsinin prosessual əsaslarını təşkil edə bilsə də, mübahisələndirilən qərardaddan apelyasiya şikayəti verilm əsi üçün müddətin üzrlü hesab edilməsini şərtləndirən hal hesab edilə bilməz.

20. Məhkəmə qərardadını İddiaçı1, iddiaçı və cavabdeh xx.xx.2020-ci il tarixində, iddiaçının vəkili isə xx.xx.2020-ci il tarixində almışdır.

21. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1151/2020 nömrəli qərardadını ləğv edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2inz(81)-3244/2013 nömrəli qərardadından apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsinə, apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apelyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə məhkəmə kollegiyası qərardadda xx.xx.2016-cı il tarixli qərardadı iddiaçının nümayəndəsi X3 şəxsən imzalamaqla xx.xx.2019-cu il tarixində aldığını qeyd etsə də, əsassız olaraq B.M.Y.-nın iddiaçının nümayəndəsi kimi hər hansı bir səlahiyyətinin olmamasını nəzərə almamışdır.

23. İş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi Vəkil tərəfindən müvafiq ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək iş materialları ilə tanış olduqdan sonra, xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edilərək işdəki bir sıra sənədlərin, o cümlədən hazırda mübahisələndirilən xx.xx.2016-cı il tarixli qərardadın surətləri nin təqdim edilməsinin təmin edilməsi xahiş edilmiş, yalnız bundan sonra xx.xx.2020-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı iddiaçının nümayəndəsi Vəkil təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 və üçüncü şəxsin vəkili X10 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

27. İşə baxılmasının vaxtı və yeri haq qında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Həmin Məcəllə nin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

32. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə üçüncü şəxslərin inzib ati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.

33. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir.

34. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər i ş üzrə materiallara əlavə olunur.

35. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.

36. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

37. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş h allarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

38. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

39. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

40. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

41. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.

42. Həmin Məcəllənin 89.3-cü maddə sinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

43. Həmin Məcəllənin 269.1-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.

44. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

45. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

49. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəm ə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məlumat vermədən X11 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb etsə də, iş materiallarında “inzibati işə üçüncü şəxsin cəlb edilməsi” barədə qərardad və müvafiq protokol əlavə edilməmişdir.

50. İPM-in 28.3-cü maddəsinə əsasən həmin qərardad mütləq şəkildə iddiaçıya təqdim edilməli olsa da, məhkəmə bu normanın da tələbini pozmuş, sözügedən qərardadı iddiaçıya təqdim etməmişdir.

51. Apelyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsinin qərardadını aldığına istinad etsə də məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 39-41-ci bəndlərində nümayəndənin səlahiyyətlərinin təsdiqlənməsi barədə prosessual normalar öz əksini tapmışdır. Həmin normaların tələblərini hazırkı işin hallarına tət biq etdikdə apelyasiya instansiya məhkəməsinin iddiaçının nümayəndəsi kimi təqdim etdiyi X3 həmin vaxt iddiaçının dəlillərinə görə onun nümayəndəsi olmadığı müəyyən edilir.

52. Belə ki, məhkəmənin istinad etdiyi sənədləri nəzərdən keçirdikdə aydın olur ki, B.M.Yusubovun səlahiyyətlərinin təsdiq edilməsi barədə məhkəməyə təqdim edilmiş etibarnamə kserosurətdir və həmin sənədin əsli iş materiallarında yoxdur. Belə olan halda MPM-in 89.3-cü maddəsinə görə həmin sənəd sübut hesab olunmadığından B.M.Y.-nın da nümayəndə səlahiyyətlərinin olması təsdiq olunmur.

53. Odur ki, B.M.Y. iddiaçının səlahiyyətli nümayəndəsi olmadığından iddiaçını təmsil edə bilməz və onun hər hansı məhkəmə qərarını alması iddiaçının həmin qərarı alması kimi qiymətləndirilə bilməz.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən B.M.Y. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadını xx.xx.2019-cu il tarixində almış və xx.xx.2019-cu il tarixində həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət vermişdir.

55. Hazırkı qərarın 10-cu bəndində göstəriləndən göründüyü kimi, məhkəmə iddiaçının şikayətinə münasibətdə bildirilmişdir ki, həmin qərardadın ləğv edilməsi barədə apelyasiya şikayəti ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edə bilər.

56. Halbuki, hazırkı qərarın 43-45-ci bəndində göstərilən normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərardadlarından şikayət hər bir halda birinci instansiya məhkəməsinə verilir. Şikayətin əsassız olduğu qənaətinə gəlidiyi halda isə birinci instansi ya məhkəməsi özü 7 gün müddətində şikayəti işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərməli idi.

57. Buna baxmayaraq işin yuxarıda müəyyən edilmiş hallarından da göründüyü kimi, sözügedən məktub iddiaçının nümayəndəsi İ.İddiaçı1 xx.xx.2019-cu il tarixində təqdim olunmuş, sonuncu da həmin qərardaddan xx.xx.2019-cu il tarixində, yəni qanunvericiliklə qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 gün müddəti ərzində şikayət vermişdir.

58. Göründüyü kimi, hər iki halda da prosessual müddətin ötürülməsi barədə apelyasiya instansiyası məhkəməsi yanlış nəticəyə gəlmiş olur.

59. Qeyd olunanlardan məlum olur ki, aşağı instansiya məhkəmələrində işə baxılarkən prosessual normaların tələblərinə riayət edilməmiş, birinci instansiya məhkəməsinin qərardadından şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməsə də apelyasiya instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.

60. Göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

61. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1151/2020 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar