Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1733/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Oğuz Rayon Xalxal Bələdiyyəs i, "xxxx" MMC) “mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)-14/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 mart tarixli, 59 nömrəli qərarına əsasən, iddiaçının və onun ailə üzvləri X4, X1, X2, X3 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir.
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 oktyabr tarixli, 2-1(84)1268/2018-ci il nömrəli qərarına əsasən, Oğuz rayonu Ərmənət kəndi ərazisində yerləşən JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Oğuz Rayon Ərmənət Bələdiyyəsinin 2006-cı il 10 iyul tarixli, 08 nömrəli qərarına əsasən, bələdiyyəyə məxsus 150 kv.m torpaq sahəsinin 10 il müddətinə "xxxx" MMC birgə müəssisəsinə icarəyə verilməsi qərara alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Oğuz Rayon Xalxal (əvvəlki adı - Ərmənət) Bələdiyyəsinin adına həmin 0,015 ha kənd tə sərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı 2019-cu il 2 dekabr tarixli, X nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, eyni zamanda, həmin 0,015 ha torpaq sahəsinə Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ 2019-cu il 2 dekabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 2019-cu il 2 dekabr tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və X saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini xahiş etmişdir.
6. Cavabdeh 2020-ci il 9 iyun tarixli məktubla müraciətin təmin olunmasından im tina etmişdir. Cavabdeh bildirmişdir ki, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın və "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi idarənin səlahiyyətləri daxilində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 2020-ci il 10 iyun tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 2019-cu il 2 dekabr tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və X saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oğuz Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 13 mart tarixli, 5 9 nömrəli qərarı ilə Oğuz rayonu, Ərmanət kəndi ərazisində əvvəllər də iddiaçının qanuni istifadəsində olan 0.08 hektar həyətyanı torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında qeyd edilən torpaq sahəsi barədə DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən iddiaçı və onun ailə üzvlərinin adına 2006-cı il 26 may tarixli, JN-022A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 oktyabr tarixli, 2-1(84)-1268/2018 saylı qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin üzərinə Oğuz rayonu, Ərmənət kəndinin ərazisində yerləşən JN- 022A (kod ********) nömrəli T orpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həyətyanı torpaq sahəsinə dair hüquqların reyestrdə qeydiyyata alınmasını xahiş etmişdir. Həmin təşkilatdan iddiaçıya verilən 2020-cı il 29 yanvar tarixli, **********03 nömrəli cavab məktubunda ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işlərinin aparıldığı əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda iddiamı və ailə üzvlərinə məxsus 0,08 hektar həyətyanı torpaq sahəsinin 9.015 ha hissəsin in Oğuz rayon Xalxal Bələdiyyəsi adına daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 5-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilmişdir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Oğuz rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair 2019-cu il 2 dekabr tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilən zaman İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" mövcud elektron baza məlumatlarına daxil edilməmişdir. Üçüncü şəxsin etirazları:
10. Üçüncü şəxs "xxxx" MMC iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstəri lmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə torpağı kimi "xxxx" MMC-nin icarəsinə verilməsinin müvafiq sənədlərlə təsdiq edilməsi iddiaçının təqdim etdiyi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"xxxx" MMC-nin icarəsində olan torpaq sahəsinin üst-üstə düşməsi ehtimalını aradan qaldırmış və iddianın əsassız olduğunu göstərmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 2019-cu il 2 dekabr tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və X nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, c avabdeh tərəfindən məhkəməyə verilmiş 2020-ci il 3 iyul tarixli məktubdan və əlavə olunmuş sxemə əsasən, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür, həmin 0,015 ha torpaq sahəsi üzərində "xxxx" MMC-yə məxsus ötürücü qurğu yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cüml ədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" 2006-cı il 6 iyul tarixədək verildiyinə görə göstərilən maddələrin təsiri altına düşür və adları göstərilən şəxslərin mülkiyyət hüququna münasibətdə öz hüquqi qüvvəsini saxlayır. Belə olan halda, həmin şəhadətnamədə göstərilən torpaq sahəsinə özgəsinin, o cümlədən Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alına bilməzdi. Ona görə də iddia təmin edilməlidir.
13. Üçüncü şəxs Oğuz Rayon Xalxal Bələdiyyəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)-14/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi və hə min torpaq sahələrinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və döngə nöqtələrinin koordinatları ekspert rəyi ilə sübuta yetirilmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəy tərtib edilərkən rəy verən ekspertiza mərkəzinin əməkdaşı mübahisə obyekti olan torpaq sahəsində olmamış, ekspert rəyini mütəxəssisin verdiyi müvafiq rəy əsasında tərti b etmişdir. Halbuki, iş materiallarında olan digər sübutlar həmin ekspert rəyinin həqiqəti əks etdirmədiyini, bu rəyin nəticə hissəsinin yanlış olduğunu göstərir. İş materiallarından da göründüyü kimi uzun illər davam edən hazırkı mübahisənin belə bir yanlış ekspert rəyi əsasında ədalətsiz həll edilməsi iddiaçının və ailə üzvlərinin konstitusion hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə 2021-ci il 16 iyun tarixli, 2-1(107)14/2021 saylı qərarı qəbul edilərkən işin qeyd edilən hallan nəzərə alınmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
18. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılm asını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 2020-ci il 3 iyul tarixli məktubunda Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına hazırlanmış 2019-cu il 2 dekabr tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da və həmin torpaq sahəsinə dair tərtib edilmiş "Torpaq sahəsin in plan və ölçüsü" sənədində göstərilmiş 0.015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşdükləri qeyd olunsa da, İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsinin elektron kadastr (DWJ) məlumat bazasında qeydiyyatı aparılmadığı, bu səbəbdən də 2019-cu il 2 dekabr tarixdə 0,015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman torpaq sahələrinin üst-üstə düşməsi faktının aşkar edilmədiyi bildirilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respub likası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 2021-ci il 16 may tarixli, 10/1572 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Oğuz rayonu, Xalxal Bələdiyyəsinin adına ********** qeydiyyat nömrəli 2019-cu il 2 dekabr tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və X nömrəli “Torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş 0,015 ha torpaq sahəsi İddiaçı adına olan JN-022 A kod ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam ə” və koordinatları elektron kadastr və məlumat bazasından çıxarışda göstərilmiş 0,08 ha torpaq sahələrinin harada yerləşməsi müəyyən edilmişdir. Həmin torpaq sahələri təsərrüfatın DWG faylına (Mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən bir-biri ilə üst-üstə düşmür. İddiaçıların iddia etdiyi torpaq sahəsinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və döngə nöqtələrinin koordinatları göstərilməklə sxem tərtib edilmiş və mütəxəssis rəyinə əlavə edilmişdir.
26. Göründüyü kimi, həmin ekspert rəyinin əsasını Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş məlumatlar təşkil etmişdir.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərb aycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 21(107)-14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.