Məhkəmə qərarları › İş №2-1(102)-1733/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1733/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1733/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(107)-170/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qax şəhəri İ.Mustafayev küçəsinin əvvəlki adı Qax şəhəri Lenin küçəsi olmuş, həmin küçədə yerləşən 80 №-li yaşayış evinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi X2 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən xx.xx. 1989-cu il tarixdə iddiaçıya satılmışdır.

2. Həmçinin, iddiaçıya məxsus yaşayış sahəsinə bitişik olan, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılmışdır.

3. İddiaçı müvafiq alqı-satqı müqavilələri əsasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müraciətə X5 adına veirlmiş xx.xx.1983-cü il tarixli, 976 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport, xx.xx.1987-ci il tarixli İddiaçı adına verilmiş 976 in ventar nömrəli texniki pasport, Qax XDS-in xx.xx.1989-cu il tarixli, 16 saylı qərarı, Qax şəhəri, Lenin küçəsi, ev 80 ünvanında yerləşən X3 məxsus 1900-cu ildə inşa edilmiş mənzilin Qax DNK-ın xx.xx.1989-cu il tarixli, 2-498 saylı alqı-satqı müqaviləsi ilə X1 İddiaçı satılması barədə müqavilənamə, həmçinin, 1912-ci ildə inşa edilmiş mənzilin X15 tərəfindən İddiaçı satılması barədə Qax DNK-ın xx.xx.1990-cı il tarixli, 2-111 saylı müqaviləsi əlavə edilsə də, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun gəlmədiyi, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh ə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən evin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvafiq əmlak üzərində mülkiyyət hüququnun yaranması bağlanmış alqı-satqı müqavilələri ilə təsdiqlənmişdir. Belə ki, Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Qax Rayon Dövlət Notariat ofisində xx.xx.1989cu il tarixdə 2-498 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 1900-cü ildə inşa edilmiş, 115.9 kv.m torpaq sahəsində yerləşən, 43.9 kv.m ümumi sahəsi olan yaşayış evi Qax Rayon Notariat Kontorunun tərtib etdiyi xx.xx.1988-ci il tarixli reyestr-2-40 №-li “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X2 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən xx.xx.1989-cu ildə (etibarnamə üzrə nümayəndəsi X8 vasitəsilə) iddiaçıya satılmışdır. Bundan başqa Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Qax Rayon Dövlət Notariat ofisində xx.xx.1990-cı il tarixdə 2-711 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 16 №-li iclasının qərarı ilə Lenin küçəsi 80 №-li evdəki 24 kv.m yaşayış sahəsi olan, 3486 manat bal ans dəyərindəki bir otaqlı kommunal mənzilin İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 257 №-li qərarına əsasən satılmasına icazə verilmişdir. Həmin mənzil MİS-nin balansındadır, 24 kv.m yaşayış sahəsi olan otaq, iddiaçıya məxsus olan evə bitişikdir. 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən (etibarnamə üzrə nümayəndəsi X15 vasitəsilə) iddiaçıya satılmışdır. 6.Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(116)-182/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia tələbi təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəs inin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini İddiaçı adına vahid mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsinin X2 xüsusi mülkiyyətində olması və xx.xx.1989-cu ildə iddiaçıya satılmaqla özgəninkiləşdirilməsi heç bir şübhə doğurmur. Həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi isə xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılarkən Mənzil İstismar Sahəsinin mühasibi olan X13 Qax rayon XDS İK tərəfindən xx.xx.1990-cı ildə vəkalətnamə verilmişdir. 24 kv.m yaşayış sahəsi olan 1 otaqdan ibarət yaşayı ş evi Mənzil İstismar Sahəsinin balansında olduğundan Qax rayon XDS İK-nin verdiyi etibarnamə əsasında Əzim Muradov həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır.Belə olan halda iddiaçı, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(107)-170/2022 nömrəli qərarı (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və M.A.Əsədli) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəmə sinin 12 aprel 2022-ci il tarixli, 2-1(116)-182/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin146.3-cü maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, hazırkı iş üzrə əmlaklar mülkiyyətçilərin adına qeydiyyata alınmamış və belə olan halda alqı-satqı müqaviləsi bağlanıla bilməzdi. Belə ki, Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş Qax rayon Dövlət Notariat ofisinde xx.xx.1989-cu il tarixdə 2- 498 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Qax şəhəri, Lenin küşəsi,80 ünvanında yerəlşən 1900-cu ildə inşa edilmiş,115.9 kv.m torpaq sahə sində yerləşən, 43.9 kv.m ümumi sahəsi olan yaşayış evi Qax rayon notariat kontorunun tərtib etdiyi xx.xx.1988-ci il tarixli reyestr-2-40 N-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında X11qızının xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən xx.xx.1989-cu ildə (etibarnamə üzrə nümayəndəsi. X8 vasitəsilə) iddiaçıya satılmışdır. Göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamə İ,Muradovaya xüsusi mülkiyyət hüququ vermir. Həmin şəhadətnamə əsasında ilk olaraq onun mülkiyyət hüququ dövlət qetdiyyatına alınmalı idi, ancaq bundan sonra o, alqı-satqı müqaviləsi bağlamalı idi. Məhkəmə kollegiyasının özünün də istinad etdiyi xx.xx.1983-cu ii tarixii, 976 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirliməsinə aid texniki pasport və xx.xx.1987-ci il tarixil 976 inventar nömrəli texniki pasportdan gorunur ki, müvafiq sənədlərdə ünvan 6 ünvanı üzrə 115.9 kv.m torpaq sahəsində yerləşən 43.9 kv.m ümumi sahəsi olan yaşayş evi üzrə hüquq subyekti X10 qeyd edilmişdir. Belə olan halda isə məhkəmə kollegiyasının mövqeyi anlaşılan deyil. Özü bir tərəfdən qeyd edir ki, sözügedən daşınmaz əmlakın hüquq subyekti X9r, digər tərəfdən isə qəbul edir ki, alqı-satqı Müqaviləsini X6 bağlamışdır. Onda sual olunur ki, hansı əsasla X7 adına olan daşınmaz əmlak i.Muradova tərəfindən İddiaçı ismayı oğluna satılmışdır. Əgər həmin əqd qanuna bağlanmışdırsa hansı səbəbdən bu günə qədər dövlət qeydiyyatına alınması üçün təqdim olunmamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ətraflı araşdırmamış, onlara münas ibət bildirməmişdir.Həmçinin apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinin pozulmasına yol verərək, iddiaçı tərəfindən bununla bağlı xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsi təqdim etsədə həmin müqavilənin qüvvədə olması barədə heç bir sübut təqdim edilmədiyi halda bu xususatı araşdırmamışdır. Bununla yanaşı yuxarıda qeyd edildiyi kimi, daşınmaz əmlakın satıcı X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasını da nəzərə almamışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmi n etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüuqularının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraza əsasən şikayətin rədd edilməsi və qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Az ərbaycan Respublikası Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı ü çün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiy yatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual M əcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsin ə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barə də qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında veril miş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər formal və deklarativ xarakter daşıdığından, eləcədə işin araşdırılan halları ilə öz təsdiqini tapmadığından əsassızdır.

20. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qax şəhəri Lenin küçəsində (hazırkı İ.Mustafayev) yerləşən 80 №-li yaşayış evinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi X6 tərəfindən xx. xx.1989-cu il tarixdə, həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılmışdır.

21. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Belə ki, xx.xx.1989-cu ildə X6 tərəfindən iddiaçıya satılmış 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi ilə bağlı əqddə iştirak edən - X8, satıcı İntiqam Muradovanın etibarnamə üzrə nümayəndəsi olmuş və məhz sonuncunun, xx.xx.1989-cu ildə notarial qaydada verdiyi etibarnamə əsasında həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır. Həmin yaşayış sahəsi ilə bağlı notariat işində mövcud olan, TİB tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli arayışda Lenin küçəsi 80 № -li yaşayış evinin X2 xüsusi mülkiyyətində olması qeyd edilmişdir. Xüsusi mülkiyyət hüququnun yaranma əsası olaraq isə xx.xx.1988-ci il tarixli reyestr-2-40 №-li “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qeyd edilmişdir. Cavabdehin təqdim etdiyi 976 №-li texniki pasportların tərtib edilmə tarixləri isə 1983 və 1987-ci illərə aid olmaqla istinad olunan arayışın tərtib edilməsindən əvvəlki tarixlərə aiddir.

22. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsinin X2 xüsusi mülkiyyətində olması və xx.xx.1989cu ildə iddiaçıya satılmaqla özgəninkiləşdirilməsi heç bir şübhə doğurmur. Həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi isə xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılarkən Mənzil İstismar Sahəsinin mühasibi olan X13 Qax rayon XDS İK tərəfindən xx.xx.1990-cı ildə vəkalətnamə verilmişdir. 24 kv.m yaşayış sahəsi olan 1 otaqdan ibarət yaşayış evi Mənzil İstismar Sahəsinin balansında olduğundan Qax rayon XDS İK-nin verdiyi etibarnamə əsasında Əzim Muradov həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır.

23. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, sözügedən yaşayış sahəsinin alqı-satqısına dair notariat tərəfindən imzalanmış və təsdiq edilmiş adıçəkilən müqavilə məhkəmə və ya hər hansı bir səlahiyyətli dövlət orqanı tərəfindən ləğv edilməmiş, hazırda qüvvədədir, cavabdehin isə həmin müqaviləni təftiş etməyə və yaxud onu şübhə altına almağa səlahiyyəti yoxdur. 2

4. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.

25. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları h ərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(107)-170/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar