Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1733/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta X4nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta X4nə qarşı (üçüncü şəxs “Tib bi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5) “ziyanın ödənilməsi” dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1398/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta X4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi ilə nəticələnən bədbəxt hadisənin günahkarları cavabdehlərin birbaşa səhvi ucbatından baş vermiş itkiyə görə insani ədalət hisslərini və qanunun işçilərin istehsalatda baş verə biləcək risklərdən və bədbəxt hadisələrdən sığortalanması müddəalarını rəhbər tutaraq mərhumun məhz ezamiyyət dövründə xəstələnərək sonda vəfatı səbəbindən ailəyə vurulan 10.000 manat maddi və 50.000 manat mənəvi ziyana görə təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X2 TƏBİB-in xx.xx.2020-ci il tarixli əmri əsasında 23 nömrəli poliklinika tərəfindən 10-16 iyun 2020-ci il tarixləri arasında koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi məqsədilə Atletlər kəndinə göndərilmişdir. 21 iyun 2020-ci il tarixdən onun həyat yoldaşı Mətanət Atayevanın halı pisləşməyə başlamış, 22 iyul 2020-ci il tarixdə isə xəstəxanada vəfat etmişdir. Həyat yoldaşının vəfatı onların iki oğluna və ona ağır təsir etmişdir. Xəstəxanada həkim kimi fəaliyyət göstərən həyat yoldaşının koronavirus pandemiyası dövründə icbari sığortalanmaması qanunvericiliyin tələblərini pozmaqla yanaşı, təəccüb hissi doğurur. Məsələ ilə bağlı o, cavabdeh orqanlara və 23 nömrəli poliklinikaya müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Baş vermiş hadisə cavabdehlər tərəfindən araşdırılmamışdır. 3. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 0133-22 nömrəli məktubdan görünür ki, X1 "xxxx" Sığorta Şirkəti ASC-də «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər mövcud olmuşdur. Həmin məktuba Sığ ortaçı "xxxx" Sığorta Şirkəti ASC ilə Sığortalı 23 saylı şəhər poliklinikası arasında imzalanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» əlavə edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.A.Hüseynov) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həyat yoldaşı X1 işəgötürən tərəfindən sığortalanmadığını bildirsə də, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və sənədlərdən görünür ki, Sığortaçı "xxxx" Sığorta Şirkəti ASC ilə Sığortalı 23 saylı şəhər poliklinikası arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliy yətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” imzalanmışdır və X1 icbari sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər mövcud olmuşdur. Qeyd olunan məsələlərin araşdırılması isə (icbari sığorta müqaviləsi və ondan irəli gələn məsələlər) ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Eyni zamanda iddia tələbinin yönəldiyi inzibati orqanlar iddiaya cavab verməli olan orqan deyildir, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqanlara qarşı yönəldilmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat:
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-1398/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadı ilə (K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işin icraata götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 2.2.7-ci, 12.1-ci, 13-cü və 35.1-ci maddələrinə istinad edərək hesab edil ir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi prosessual hüquq normalarının tələblərinə ziddir.
11. Apellyasiya məhkəməsi iddianı səhvən məhz sığorta ilə bağlı qəbul edir və sonda iddianın yönəldiyi orqanların iddiaya cavab verməli olan orqan olmamalarını əsas gətirərək iddianı qeyri-mümkün hesab edir.
12. İddia tələbi (iddia ərizəsindən göründüyü kimi) baş vermiş ölüm hadisənin məhz ezamiyyət dövründən qaynaqlandığından, bu işdə günahkarların müəyyən edilməsi və ailəyə vurulan maddi və mənəvi təzminatın ödənilməzi üzərində qurulmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh “İcbari Tibbi Sığorta X4” publik hüquqi şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqınd a” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və y a qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati və mülki hüquq münasibət lərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 saylı qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası i şin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, maddi və mənəvi zərərin ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də hesab etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir.
23. Məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından so nra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
24. Qanunun tələbinə görə, istənilən növ inzibati məh kəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. 25. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
26. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
27. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin h əmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12- ci bənd).
28. Məhkəmə kollegiyası qeyd edir ki, “Qala Həyat" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 0133-22 nömrəli məktubdan görünür ki, X1 "xxxx" Sığorta Şirkəti ASC-də «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər mövcud olmuşdur. Həmin məktuba Sığortaçı "xxxx" Sığorta Şirkəti ASC ilə Sığortalı 23 saylı şəhər poliklinikası arasında imzalanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» əlavə edilmişdir.
29. Beləliklə iddiaçı həyat yoldaşı X1 işəgötürən tərəfindən sığortalanmadığını bildirsə də, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və sənədlərdən görünür ki, Sığortaçı "xxxx" Sığorta Şirkəti ASC ilə Sığortalı 23 saylı şəhər poliklinikası arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” imzalanmışdır və X1 icbari sığorta müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər mövcud olmuşdur. Qeyd olunan məsələlərin araşdırılması isə (icbari sığorta müqaviləsi və ondan irəli gələn məsələlər) ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Eyni zamanda iddia tələbinin yönəldiyi inzibati orqanlar iddiaya cavab verməli olan orqan deyildir, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqanlara qarşı yönəldilmişdir.
30. Hazırkı mübahisədə tərəflər arasında olan münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmir. Bu münasibətlər ümumi (publik) hüquq normaları ilə deyil, xüsusi hüququn normaları ilə nizama salınır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə tam razılaşır və hesab edir ki, iddianın mümkünsüzlüyü ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgündür.
31. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1398/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.