Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1733/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)969/2024 nömrəli, 5 mart 2024-c ü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Queerdian” İctimai Birliyinin təsis yığıncağının 29 dekabr 2022-ci il tarixli protokoluna və qərarına əsasən, təsisçilər İddiaçı1 və İddiaçı2 olmaqla “Queerdian” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilmişdir. Birliyin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən birliyin tam adı, azərbaycan dilində “Queerdian” İctimai Birliyi, ingilis dilində “Queerdian” Public Association; 1.3-cü bəndinə əsasən Birliyin hüquqi ünvanı: ünvan 1i bəndinə əsasən Birlik Azərbaycanda olan kuir (queer) vətəndaşları siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian” İctimai Bi rlikdir, həmçinin Azərbaycanda kuirlərin hüquq və azadlıqlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyrikommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyası və qeyri-dini birlikdir.
2. Cavabdeh tərəfindən İddiaçı2 ““Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti”nə baxılaraq xx.xx.2023-cü il tarixi məktubla bildirilmişdir ki, “təqdim edilmiş sənədlərin qüvvədə olan qanunve ricilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehin 13 mart 2023-cü il tarixli 3-165/2-13-887/2023 saylı imtinasının (imtina edici aktının) qanunsuz hesab edilməsi və “Queerdian” İctimai Birliyinin dövl ət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 29 dekabr 2022-ci ildə “Queerdian" İctimai birliyini (bundan sonra - İB adlandırılacaq) təsis etmişlər və onun təsis edilməsi haqqında qərar qəbul edilib. İB-in əsas məqsədi kuir (queer) vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian“ İctimai Birlik, həmçinin Azərbaycanda kurilərin hüquq və azadlıqlarını müdafiə etməyə, kurilərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kurilərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri - kommersiya hüquqi şəxs olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyasi və qeyri-dini birlikdir. İB qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: Siyasi, hüquqi və sosial sahələrdə, habelə vətəndaş cəmiyyətində fəaliyyət göstərənlərin kuirlərlə işləmə və kommunikasiya bacarıqlarını artırmaq üçün təlimlər keçirmək; Kuirlərin kimliyinə görə qarşılaşdıqları problemlərinin ictimai müzakirələrini təşkil etmək və həll yolları axtarmaq; Tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin hüquq və azadlıqları barədə data formalaşdırmaq; Kuirlərin hüquqi, sosial, siyasi və psixoloji dəstəyi təşviq etmək üçün müva fiq maraqlı tərəflər ilə əməkdaşlıqlar etmək, xidmətlər göstərilməsini təmin edən və ya əlaqələndirən fəaliyyətlər göstərmək; Jurnallar, bülletenlər, kitabçalar, broşuralar və s. çap edib yayır, maarifləndirici reklam çarxları hazırlayır; Xarici dövlətlərdə, eləcə də, Azərbaycan Respublikasında mövcud olan ictimai birliklər və başqa oxşar qurumlarla əlaqələr yaradır; Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sorğular aparır, layihələr, təkliflər paketi hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür; Hüquq sahəsinə aid olan mərkəzlər, xidmət sahələri, qruplar, bölmələr, komissiyalar və s. yaradır; Qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir; İB öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilmə miş digər fəaliyyətləri də həyata keçirə bilər. 29 dekabr 2022-ci ildə İB-nin təsis yığıncağı keçirilib. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi (iddiaçı) İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı2 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüq uqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı2 tapşırılıb. 29 dekabr 2022-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib, qeydiyyat sənədlərinin təqdim edilməsi səlahiyyəti isə təsisçi İddiaçı2 tapşırılıb. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 13 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb (həmin imtina məktubu iddiaçılara rəsmi qaydada 27 mart 2023-cü ildə təqdim edilib). Cavabdeh imti nasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar bildirir ki, cavabdehin 13 mart 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2023 nömrəli, 14 sentyabr 2023cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, işin hallarından göründüyü kimi, təşkilatın əsas məqsədi kuir vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaqdan, onl arın hüquqlarını hüquq və azadlıqlarını müdafiə etməkdən, onların cəmiyyətdə iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməkdən, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirləri əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışmaqdan ibarət olsa da, sözügedən məqsədləri təşkilatın adından müəyyən etmək mümkün olmur. Çünki, iddiaçıların özlərinin də, iddia ərizəsində göstərdiklərindən belə nəticəyə gəlmək olur ki, “Queerdian” adı iddiaçılar tərəfindən “Guardian”, yəni “mühafizəçi” sözündən ilhamlanaraq həmin sözün dəyişdirilmiş formasıdır ki, həmin söz dəyişikliyə məruz qaldıqdan sonra “Queerdian” formasında nə ingilis, nə də ki, azərbaycan dillərində nəinki qurumun fəaliyyətini xarakterizə etmir, ümumiyyətlə bir məna ifadə etmir. Birliyin fəaliyyətinin xara kteri və istiqamətləri yalnız, təşkilatın Nizamnaməsinə nəzər yetirdikdə müəyyən olunur. İddiaçılar tərəfindən Birliyinin adının müəyyənləşdirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin tələbləri gözlənilmədiyindən, həmin tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da, iddiaçıların hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Sənədlərin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırı ldıqdan sonra iddiaçılar tərəfindən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana yenidən müraciət etmək hüquqları saxlanılır.
7. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-969/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarını ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə qurumun fəaliyyət xarakteri ilə bağlıdır.
12. Bu hüquq normasını qeyri-hökumət təşkilatlarının ümumi adlandırma qaydası (müddəası) adlandırmaq olar. Bu ümumi adlandırma müddəasının iki tələbi var: QHT-nin adlandırılmasında onun təşkilati-hüquqi forması göstərilməlidir (formal tələb); QHT-nin adlandırılmasında onun fəaliyyətinin xarakteri göstərilməlidir (substantiv tələb).
13. Formal tələb QHT-nin hansı növünün seçilməsinə aiddir. Həmin qanunvericilik QHT-nin iki növünü müəyyən edir: ictimai birlik və fond. İddia çıların bu formal tələbə riayət etməsi məsələsi mübahisəsizdir. İddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə QHT təsis edirlər.
14. Substantiv tələb QHT-nin fəaliyyət xarakterinə aiddir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinin təhlili həmçinin onun nümayiş etdirir ki, QHT-nin fəaliyyət xarakteri müəyyən edilərkən bu abstrakt formada, vakuumda həyata keçirilməməlidir. Bunu müəyyən etmək üçün həmçinin QHT-nin nizamnaməsi və təsis sənədləri nəzərdən keçirilməlidir. Çünki substantiv tələb formal tələbdən fərqli olaraq qanunvericiliyin ümumi normalarına riayət edilməsini müəyyən etməyə deyil, məhz QHT-nin konkret fəaliyyətinin nədən ibarət olmasına fokuslanır. Bu tələbdə məqsəd QHT-nin aşkar bəyan edilmiş məqsədləri ilə adlandırılması arasında bariz ziddiyyəti aradan qaldırmağa çalışmaq və QHT-lərin dövlət reyestrində dəqiqliyə nail olmaqdır. Bu halda QHT-nin nizamnaməsi və onun təsis sənədləri nəzərdən keçirilərək məhz həmin sənədlərin kontekstində konkret olaraq QHT-nin ümumi adlandırma müddəasının substantiv tələbinin bu cür şərhi həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsini nəzərdən keçirilməsi vasitəsilə aydınlaşdırıla bilər. Belə ki, həmin normaya əsasən: “Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının.... fəaliyyətinin məqsədləri... müəyyən edilməlidir.”
15. İddiaçıların təsis etdiyi qurum “Queerdian” adlanır. “Queerdian” ingiliscə “guardian” – mühafizəçi sözünün də yişdirilmiş formasıdır. Bu adın məqsədi kuir (queer) vətəndaşların hüquqlarının mühafizəsi ilə əlaqədar seçilib. Həmin addan görünür ki, iddiaçılar kuir vətəndaşların hüquqlarının müdafiəsini məqsəd kimi qarşılarına qoyurlar.
16. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndində təşkilatın məqsədləri göstərilir. Həmin müddəadan görünür ki, təşkilatın fəaliyyət məqsədi kuirlərin hüquq və azadlıqlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formaşaldırmağa çalışmaqdan ibarətdir.
17. Həmin Nizamnamənin 2.2-ci bəndində bu məqsədlərə çatmaq üçün fəaliyyət istiqamətləri sad alanır. Həmin fəaliyyət istiqamətləri kimi kuirlərin görünürlüyünü artırmaq üçün kuir vətəndaşlara və onlarla sosial, siyasi, hüquqi sahələrdə fəaliyyət göstərən qruplara təlimlər vermək və ictimai müzakirə platformaları yaratmaq, kuirlərin hüquqi, sosial, siyasi və psixoloji ehtiyaclarının qarşılanması üçün müvafiq qruplarla əlaqələrinin yaradılmasına dəstək olmaq, tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin siyasi hüquq və azadlıqları barədə data formalaşdıraraq kuir vətəndaşların görünürlüyünü artırmaq kimi fəaliyyət istiqamətləri göstərilib.
18. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat kuirlərlə işləmə təcrübəsini artırmağa və kuir hüquqlarının müdafiəsi istiqamətlərində çalışır. Buna uyğun olaraq isə adını “Queerdian”, yəni “kuir mühafizəçisi” kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur.
19. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmayıb. Amma sözün adi mənasında “xarakter” - səciyyə, əlamət mənalarına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işi mahiyyəti, məğzi başa düşülməlidir.
20. İşin hallarından görünür ki, iddiaçıların seçdikləri ad onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur. Bundan əlavə, iddiaçıların İB üçün seçdiyi adda təşkilatın fəaliyyət xarakterinin göstərilməməsinə dair məhkəmənin və cavabdehin mövqeyi əsaslandırılmayıb. Burada fəaliyyət xarakterinin nədən ibarət olması hər iki qurum tərəfindən izah edilməli idi. Lakin belə izah nə cavabdehin imtinasında, nə də məhkəmələrin qərarlarında göstərilib. Bu da “İnzi bati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin pozuntusunu təşkil edir. Buna görə də bu hissədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. Maddə 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarınd an, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. Maddə 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2. qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 17.1. qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər 22. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Mad də 5.1. hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsis etmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, ve rgi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.3. hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. 11.5. hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. İddiaçıların hüquqi marağı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından ibarətdir.
30. Qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, qeyrihökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.
31. Hazırkı mübahisənin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, təşkilatın əsas məqsədi kuir vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaqdan, onların hüquqlarını hüquq və azadlıqlarını müdafiə etməkdən, onların cəmiyyətdə iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməkdən, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirləri əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışmaqdan ibarət olsa da, sözügedən məqsədləri təşkilatın adından müəyyən etmək mümkün olmur. Çünki, iddiaçıların özlərinin də, iddia ərizəsində göstərdiklərindən belə nəticəyə gəlmək olur ki, “Queerdian” adı iddiaçılar tərəfindən “Guardian”, yəni “mühafizəçi” sözündən ilhamlanaraq həmin sözün dəyişdirilmiş formasıdır ki, həmin söz dəyişikliyə məruz qaldıqdan sonra “Queerdian” formasında nə ingilis, nə də ki, azərbaycan dillərində nəinki qurumun fəaliyyətini xarakterizə etmir, ümumiyyətlə bir məna ifadə etmir. Birliyin fəaliyyətinin xarakteri və istiqamətləri yalnız, təşkilatın Nizamnaməsinə nəzə r yetirdikdə müəyyən olunur.
32. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında haqlı olaraq göstərmişdir ki, iddiaçılar tərəfindən Birliyinin adının müəyyənləşdirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin tələbləri gözlənilmədiyindən, həmin tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur.
33. Belə olan halda, cavabdehin hərəkətini qanuni hesab edən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əmə l edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-969/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.