Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1734/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyy ata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2020-ci il 3 iyun tarixli 2-1(103)-753/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının texniki pasporta uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə d övlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3805/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 K ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının texniki pasporta uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Sonradan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3805/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(82)3805/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının təsviri, əsaslandırıcı və nəticə hissələrindəki yanlışlıq düzəldilərək, qərarının təsviri, əsaslandırıcı və nəticə hissələri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 K ünvanında yerləşən 528.25 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi oxunması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası nın 2020-ci il 3 iyun tarixli 21(103)-753/2020 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3805/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək iddia ərizəsini geri götürdüyünü bildirib, ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatı: Tərəflər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasına göndərdiyi ərizədə iddia ərizəsini geri götürdüyünü bildirib iddia ərizəsinin geri qaytarılma sı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin geri götürülməsi və iddiadan imtina edilməsinə dair hüquq norması İPM-in 55-ci maddəsi isə tənzimlənir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının ərizəsindən görünür ki, onun iddiaya baxılması barədə marağı mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı olmadığından iş üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1734/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1734/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver