Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1734/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, hərbi hissəni özbaşına tərk edərək fərarilik etməyə görə məhkum edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N974-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2-N(N07)-N56/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli, 2(00N)688N/20N4 nömrəli qətnaməsi ilə İddiaçı N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi Laçın, Kəlbəcər və Ağdərə rayonları uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 28 yanvar 2022-ci il tarixli, 38 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 23 sentyabr N992 -ci il tarixdə keçmiş Oğuz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Tərtər Hərbi Prokurorluğunun N9 HP 57 saylı N2 yanvar 2004-cü il tarixli qərarına əsasən barəsində toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. NN mart 2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Həmin məktuba qoşma kimi əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 28 yanvar 20N6-cı il tarixli, 9/2-6N8 nömrəli məktubunda isə göstərilmişdir ki, İddiaçı N () №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N0N №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunub N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən N №-li hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli N №-li əmri ilə hərbi hissənin siyahısından çıxarılaraq 70N №-li hərbi hissəyə göndərilmişdir.
3. Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 4 fevral 2022-ci il tarixli, 4/2-7N5 nömrəli Hüquq İdarəsinin rəisinə göndərilmiş məktubdan müəyyən olunmuşdur ki, N () №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N0N №-li əmri ilə İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Xidmətini davam etdirmək üçün 70N №-li hərbi hissəyə göndərilmiş İddiaçı N () №-li hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli, 5 №-li əmri ilə şəxsi heyətin siyahısından və bütün nov təminatlarda n çıxarılmışdır. 70N №-li hərbi hissənin N992-ci il tarixli Adlı siyahılar qovluğunda N №-li hərbi hissədən gəlmiş şəxsi heyətin siyahısında atıcı-qranatatan köməkçisi sıravi İddiaçı adı qeyd edilmişdir. Hərbi hissəni icazəsiz tərk etdiyi üçün Oğuz RHK-nın çağırışçısı İddiaçı Seyfəddin oğlu 70N №-li hərbi hissə komandirinin N iyul N993-cü il tarixli, NN8 №-li əmri ilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 4 fevral 2022-ci il tarixli, 73 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Oğuz rayon Xaçmaz kənd sakini N974-cü il təvəllüdlü İddiaçı 23 sentyabr N992-ci il tarixdə keçmiş Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Tərtər Hərbi Prokurorluğunun N9 HP 57 saylı N2 yanvar 2004-cü il tarixli qərarına əsasən barəsində toplanılmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. NN mart 2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçı əmrlərdən çıxarışların arxiv nüsxələri SHXÇDX-nin Oğuz rayon bölməsində mövcud deyildir.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 4 fevral 2022-ci il tarixli, 73 nömrəli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartında qeyd edilmişdir ki, Tərtər Hərbi Prokurorluğunun N9HP57 saylı, N2 yanvar 2004-cü il tarixli qərarına əsasən barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. NN mar t 2004-cü il tarixdə Oğuz RHK tərəfindən ona hərbi bilet verilmişdir.
6. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N6 fevral 2022-ci il tarixli, HP N2/30-985 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda N9 iyul 2004-cü il tarixdə CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanmış və 30 noyabr 2004-cü il tarixdə həmin işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir.
7. Tərtər Hərbi Prokurorluğunun 28 yanvar 2022-ci il tarixli, 22HP503 nömrəli məktubunda qeyd edilmişdir ki, 70N nömrəli hərbi hissənin əsgəri İddiaçı Seyfulla oğlunun N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tə rtər Hərbi Prokurorluğunda N9 iyul 2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinin ibtidai istintaqı 30 noyabr 2004-cü il tarixdə tamamlanaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir.
8. Şəki Şəhər-Rayon Polis Şöbəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədə qeyd edilmişdir ki, İddiaçı fərarilik etməsi səbəbi ilə CM-in 334.Nci və 70-ci maddələrinə əsasən Tərtər Hərbi Məhkəməsinin 2N aprel 2005-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə, N il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir.
9. Tərtər Hərbi Məhkəməsinin 2N aprel 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 334.N-ci və 70-ci maddələrinə əsasən, İddiaçı 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasın a məhkum edilmiş, barəsində N il sınaq müddəti müəyyən edilməklə o, hökm üzrə təyin edilmiş cəzaya şərti məhkum edilmişdir. N0. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. NN. Cavabdeh N sentyabr 202N-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 3 mart 20N7-ci il və təkrar N8 may 20N8-ci il tarixli iclaslarında baxılmış və 4N3, 5N7 nömrəli protokolları ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat N2. İddiaçı 23 sentyabr 202N-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia əriz əsi ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. N3. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 202N-ci il tarixli, 2-N(NN2)N078N/202N nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. N4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23 sentyabr N992-ci il tarixdə Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N02 saylı əmri ilə hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. Sonra isə N () saylı hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli, 2 saylı əmri ilə 70N saylı hərbi hissəyə göndərilmişdir. N992-ci ilin sentyabrından N994-cü ilin ma rt ayına kimi həmin hərbi hissələrin tərkibində Laçın rayonu Vağazin, Tığıq, Ərdəşbər, Bilənduz kəndlərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar hərbi biletinə salınmamışdır.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş və iddiaçının N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəsini 25 avqust 20N4-cü il tarixdə almış və icraya yönəldilmişdir. N2 aprel 20N8-ci il tarixdə Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar çıxarılmışdır. N2 aprel 20N8-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı Müdafiə Nazirliyinə bildiriş göndərilmiş və icra sənədinin Müdafiə Nazirliyi tərəfindən nəzərə alındığı barədə cavab verilmişdir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. N5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-na müraciət etmiş, komissiyanın 3 mart 20N7-ci il və N8 may 20N8-ci il (təkrar) tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərar barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni in zibati aktın qəbul edilməsindən 3 il sonra onu mübahisələndirmişdir. Beləliklə, iddia tələbinin mümkün sayılmamalıdır. N6. Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli, 2-N(NN6)-732/2022 nömrəli qərarı (hakim: X2) ilə iddia rədd edilmişdir. N7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmir. Həmçinin iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tar ixli, 433 nömrəli Fərmanına əsasən tərxis olunmamış, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmamışdır. İddiaçının hərbi xidmətinin qeyd olunan xüsusatlarına dair isə arxiv sənədləri mövcud deyildir. İş materiallarından göründüyü kimi, iddiaçı hərbi xidmət müddəti ərzində hərbi hissəni özbaşına tərk etmiş, bununla bağlı CM-in 334.N-ci maddəsi ilə barəsində cinayət işi başlanmış, Tərtər Hərbi Məhkəməsinin 2N aprel 2005-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhz hərbi prokurorluğun məktubuna əsasən qeydiyyata alınmışdır. N8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat N9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2-N(N07)-N56/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), XN və X5) ilə Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə və onun N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsinə baxmayaraq, iş materiallarından göründüyü kimi, iddiaçının hərbi hissəyə da xil olması müəyyən edilsə də, hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təsdiqini tapmamış, həmçinin, iddiaçının N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda N9 iyul 2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinin ibtidai istintaqı 30 noyabr 2004-cü il tarixdə tamamlanaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. İddiaçı fərarilik etməsi səbəbi ilə CM-in 334.N-ci və 70-ci maddələrinə əsasən Tərtər Hərbi Məhkəməsinin 2N aprel 2005-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə, N il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Xidmət müddəti ərzində hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı iddiaçının barəsində CM-in 334.Nci maddəsi ilə cinayət işinin başlanması, həmçinin, iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və ya istefaya buraxıldığına dair sübutunun olmaması iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. 2N. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçının Tərtər Hərbi Məhkəməsinin 2N aprel 2005-ci il tarixli hökmü ilə N il şərti sınaq müdd əti cəzasına məhkum edilməsi göstərilmişdir. Halbuki, Tərtər Hərbi Prokurorluğunun N2 yanvar 2004-cü il tarixli qərarına əsasən iddiaçı barəsində cinayət isinin başlanması rədd edilmişdir. Həmçinin Ağdam Hərbi Prokurorluğunun 7 fevral 2022-ci il tarixli məktubunda iddiaçı barəsində cinayət işinin istintaqının olmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən düzgün olmayaraq "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinə istinad edilərək düzgün olmayan qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Veteranlar haqqında” Qanun: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər mühari bə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı adının veril məsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidləri ndə – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994cü il N 2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), ş əxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci his səsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur....
26. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qəra ra qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq no rmalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 3N. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayət inin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsinin qanuni əsaslarının mövcud olub-olmadığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki ha llarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı barəsində N994-cü ilin martında xidmət yerini özbaşına tərk edərək fərarilik etməsinə görə cinayət işi başlanılmış, daha sonra isə Tərtər Hərbi Məhkəməsinin 2N aprel 2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 334.N-ci və 70-ci maddələrinə əsasən, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində N il sınaq müddəti müəyyən edilməklə, hökm üzrə təyin edilmiş cəzaya şərti məhkum edilmişdir.
34. Qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarının tələblərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda d öyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsunlar.
35. Kollegiya hesab edir ki, iddiaçı xidmət müddəti ərzində hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi ilə bağlı məhkum edildiyindən, onun tələbini təmin etməməkdə məhkəmələr haqlı olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli, 2(00N)-688N/20N4 nömrəli qətnaməsi ilə iddiaçının N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi Laçın, Kəlbəcər və Ağdərə rayonla rı uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması da iddianı təmin etməyə hüquqi əsas vermir. Belə ki, hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2N(N07)-N56/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.