Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1734/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1734/2023) (Açar sözlər: yaşayış yeri üzrə mənzil uçotuna götürülmə, işin faktiki hallarının lazımi qaydada araşdırılmaması) Bakı şəhəri 21 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “yaşayış yeri üzrə mənzil uçotuna götürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-94/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş SSR Silahlı Qüvvələrində, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, həmçinin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdərə döyüşlərində iştirak etmişdir.
2. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, iddiaçının xx.xx.2018-ci il tarixdə əlilliyi qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. İddiaçının adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli fərdi yaşayış evinin 1 otağı qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin iddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahələri aşkar edilmişdir. 4. 16.12.1999-cu il tarixli, 093053 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 213-də ümumi 1016,4 kv.metr torpaq sahəsində yerləşən yaşayış evinin yaşayış sahəsi 12,5 kv.metr, köməkçi sahəsi 22,2 kv.metr olan bir otaqdan ibarət hissəsi iddiaçı tərəfindən satın alınmışdır.
5. Bakı Şəhər Mənzil-Kommunal Təsə rrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 123 nömrəli arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin 69 nömrəli mənzilində iddiaçı ilə birlikdə onun ailə üzvləri həyat yoldaşı X1, X6 və X7 qeydiyyatdadır.
6. İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması üçün i nzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətdə olduğu müddətdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Qarabağ müharibəsində hərbi xidmət vəzifələrinin icrası dövründə aldığı xəsarət səbəbindən 2-ci qrup əlil olduğuna görə yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, ünvanladığı ərizə xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən alınsa da, onun ərizəsinə cavab verilməmişdir.
9. Cavabdeh məhkəməyə ünvanladığı məktubda iddiaçının ərizədə qaldırdığı məsələnin qanunamüvafiq qaydada baxılması üçün müvafiq hüquqi sənədlərin Rayon İcra H akimiyyətinin aidiyyəti şöbəsinə təqdim edilməsi üçün ona məktubla müraciət olunduğunu, lakin iddiaçı tələb edilən hüquqi sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən məsələnin müsbət həllini tapmadığını göstərmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota götürülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etmədən öncə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələbi ilə bağlı müvafiq hüquqi sənədlərin təqdim edilməsi üçün iddiaçıya məktub ünvanladığını bildirs ə də, bu müraciətlə bağlı müvafiq inzibati icraat materiallarını məhkəməyə təqdim etməmiş, eyni zamanda tələb etdiyi sənədlər barədə məlumatı məhkəməyə də verməmişdir. Qanunvericiliyə əsasən, inzibati orqan ona müraciət edən şəxsdən zəruri sənədləri tələb etməzdən əvvəl özünün əldə edə bilməsinin mümkünlüyünü yoxlamalı, zəruri sənədləri özü əldə edə bilmədiyi təqdirdə şəxsə bununla bağlı müddət verməlidir. Cavabdeh qanunvericiliyin tələblərinə əməl etməsini, iddiaçının müraciəti ilə bağlı ona cavab verməsini, əlavə sənəd tələb edilmişsə, bu sənədlərin nədən ibarət olmasını və həmin sənədlərin özü tərəfindən əldə edilməsinin mümkünsüzlüyünü sübut edə bilmədiyindən məhkəmə onun bu hərəkətini iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik kimi qiymətləndirir və hesab edir ki, bu hərəkətsizl ik iddiaçının müraciətinin təmin edilməsindən imtinaya bərabər sayılmalıdır.
12. İddianın əsaslılığına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edildiyindən onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci abzasına əsasən mənzil və ya torpaq sahəsi almaq hüququ yaranmışdır.
13. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman təkcə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və b ununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bu normanı əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. İddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü olduğundan aydın olur ki, onlar üçün uçot norması ən azı 32 kv.metr təşkil edir. İşdən isə müəyyən olunur ki, iddiaçıya məxsus yaşayış evinin yaşayış sahəsi cəmi 12,5 kv.metrdir. Belə olan halda, müəyyən olunur ki, MM-in 50.1.2-ci maddəsinə əsasən iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan şəxs olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid edilmək hüququ olmuşdur.
14. İddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə qeydə alınmış Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti or qanı”nın səlahiyyətlərini 2001-ci il yanvarın 1-dək verilmiş torpaq sahələrinə münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, dövlət ehtiyat fondu torpaqlarında çoxmənzilli binaların tikintisinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir) və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, şəxsin uçotdan çıxarılması üçün ona kənd təsərrüfatı təyinatlı deyil, yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilməlidir. İddiaçının paylı mülkiyyətində olan 0,20 ha həyətyanı torpaq sahəsinə gəldikdə torpağın mülkiyyətə verilməsinə dair JN-152A (kod: ********) nömrəli şəhadətnamədən görünür ki, həm in şəhadətnamə üzrə torpaq sahəsi X2 verilmiş, iddiaçının adı isə ailə üzvü kimi qeyd olunmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinə malik olmayan, yəni yaşayış sahələrinə ehtiyacı olan şəxs hesab olunmalıdır.
15. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər X4 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci hissəsinə əsasən, Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olub-olmadığından asılı olmayaraq aşağıdakılar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər: a) Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olub-olmadığından asılı olmayaraq müddətindən artıq qulluq edən hərbi qulluqçular, praporşiklər, miçmanlar və SSRİ Silahlı Qüvvələrinin, SSRİ Daxili işlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsi qoşunlarının zabit heyətindən olan, ehtiyata buraxılan, yaxud səhhətinə, yaşına və ya ştatların ixtisar edilməsinə görə istefaya buraxılıb Bakı şəhərinə gələn və mənzil sahəsi olmayan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər. Göstərilənlərə əsasən, məhkəmə qanunvericiliyin məqsədi baxımından iddiaçının sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olması qənaətinə gəldiyindən hesab edir ki, iddia əsaslıdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya insta nsiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 02 mart 2023cü il tarixli, 2-1(103)-94/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində ünvan 1 ünvanında, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi isə 43,62 kv.m olan mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213-də 1016,4 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 34,7 kv.m, yaşayış sahəsi isə 12,5 kv.m olan evin, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin olduğunu qeyd edir. Lakin məhkəmə qərar qəbul edərkən, adambaşına düşən normanı hesablayarkən, yalnız Bülbülə qəsəbəsində yerləşən 12,5 kv.m yaşayış sahəsi olan evin sahəsini nəzərə alır. Bununla da, apellyasiya instansiyası məhkəməsi həmin evin yaşayış sahəsinin 12,5 kv.m olmaqla adambaşına (4 nəfər) düşən uçot normasından az olduğunu göstərərək iddiaçının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.1.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid olduğunu qeyd etmiş və iddiaçının mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4 ünvanında yerləşən 69 nömrəli mənzilin mülkiyyətçisi olan iddiaçının oğlu Qara Qasımov ailə qurmaq ərəfəsindədir. Eyni zamanda, həmin mənzildə iddiaçının digər oğlu Cəlal Qasım öz ailəsi ilə yaşayır. Beləliklə, həmin mənzildə hazırda 6 nəfər yaşayır. İddiaçının oğlu Qara Qasımov ailə qurduqdan sonra mənzildə sıxlıq olduğuna görə iddiaçını və digər qohumlarının həmin mənzildən çıxarmaq niyyətindədir. Buna görə də, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi normal yaşamaq üçün iddiaçı və onunla qalacaq digər ailə üzvləri şəraitli mənzillə təmin olunmalıdır. Qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.2. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikas ının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bil məz. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 24. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli Qərarı Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri süb utlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutl arı (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyət li sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
29. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota götürülməsinə yönəlmişdir.
30. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məc əlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının müəyyən edilmədiyini əsas gətirərək Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ın 26-cı hissəsinə istinad edib adambaşına düşən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot normasını 8 kv.metr götürmüş, iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinin ölçüsünün ən az 32 kv.metr təşkil etməli olduğunu qeyd etmiş və iddiaçıya məxsus Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən yaşayış evinin yaşayış sahəsi 12,5 kv.metr olduğundan onun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid edilmək hüququ olduğu qənaətinə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının iddia tələbi üzrə lazımi qaydada araşdırma aparmadan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli Qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında ver ilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.
33. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
34. Başqa sözlə, iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinin minimal ölçüsü müəyyən edilərkən adambaşına düşən yaşayış sahəsinin uçot norması 8 kv.metrdən deyil, 16 kv.metrdən hesablanmalı və bu hesablama zamanı təkcə mənz ilin yaşayış sahəsi deyil, mənzilin yardımçı sahələrinin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusu nəzərə alınmalıdır.
35. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.
36. İş materiallarından görünür ki, iddiaçının ailə üzvü (oğlu) – X5 xüsusi mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4 ünvanında yerl əşən ümumi sahəsi 60.60 kv.metr olan 69 nömrəli mənzili var.
37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının yaşayış sahəsi ilə təminolunma səviyyəsini müəyyən edərkən onun və ailə üzvlərinin mülkiyyətində olan bütün yaşayış sahələrinin ümumi sahəsinin nəzərə alınması məqsədilə onların mülkiyyətində başqa yaşayış sahələrinin olub-olmadığını müəyyən etməmiş, bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, yalnız iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən, yaşayış sahəsi 12,5 kv.metr olan yaşayış evinin yaşayış sahəsini nəzərə almaqla, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.2-ci maddəsinin tələblərini pozmuşdur.
38. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmişdir.
39. İşin hallarının araşdırılması prinsipinə uyğun olaraq, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
40. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.
41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci, 12.2-ci, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan kassasiya şikayəti iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
43. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-94/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.