Məhkəmə qərarları › İş №2-1(102)-1734/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1734/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1734/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab edilməsi haqqında qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(104)-722/2024 nömrəli qərardadı və 7 yanvar 2025-ci il tarixli, 2-1(104)-84/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı tərəfindən 16.02xx.xx.2023-cü il tarixdə 71100,2 manat məbləğində təqdim edilmiş “Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” malları iddiaçının alışında və idxalında müəyyən edilmədiyi üçün riskli vergi ödəyicisi hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, sahibkar (fiziki şəxs) kimi xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə apardığı 71.100,2 manat dəyərində idxal-ixrac əməliyyatlarında uyğunsuzluq olması motivi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsi onu vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərar qəbul etmişdir. Cavabdeh İdarə həmin qərarda onda olan mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi, bəzi malların vergi ödəyicisi kimi onun qalığın da olmaması, vergidən yayınmağı, vergi üstünlüyü əldə etməyi ittihamı ilə o, riskli vergi ödəyicisi hesab edərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69, 12.2.70 və 23.2.82-ci maddələri ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1-ci bəndlərinə istinad etmişdir. Onun göstərdiyi hüquq normalarına onun etirazı yoxdur, lakin onun apardığı əməliyyatlar tamamilə qanuni olmaqla, cavabdeh idarənin istinad etdiyi hüquq normalarının təsiri altına düşmür. Onun apardığı əməliyyatlarda, ümumiyyətlə onun fəaliyyətində vergidən yayınma halı mövcud deyil. Cavabdeh idarənin qərarı konkret və dəqiq deyil, ümumidir. Həmin qərardan ə vvəl cavabdeh İdarənin ona yazdığı “Riskli əməliyyatlar aparılması barədə” tarixsiz məktubda söhbət qum-çınqıl qarışığı, qum, qırma daş, çınqıl, texniki duz barədə olduğundan, o hesab edir ki, 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərar 71.100,2 manat dəyərində olan həmin mallar üzrə əməliyyatla bağlıdır. Halbuki həmin malların içərisində olan bütün çeşidlər qalıq mallar olmuş və bu barədə Ərazi Vergilər Baş İdarəsində 134.000 manat mal qalığın olması, 2021-ci ilin sonrakı dövrlərində silinməməsi, sonrakı dövrlərdə realizasiya olunacağı, dövriyyəyə cəlb ediləcəyi haqda cavabdeh idarəyə 2 il əvvəl xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir. Bu barədə o, cavabdeh idarəyə təkrarən xx.xx.2023-cü il tarixli ərizə yazıb göstərmişdir ki, il ərzində daxilolma olmamış, 63.204,25 m anatlıq mal satılandan sonra mal qalığı 70.975 manat, ilin sonuna isə 43.121,56 manat olmuşdur. Bundan başqa, o bildirmişdir ki, 2021-ci ildə ona avans gəlir vergisi, üstəlik qanuna zidd olaraq 2021-ci ilin birinci rübünə görə 2.680 manat hesablamışlar. Bir vergi ödəyicisinə gəlirdən 2 cür vergi hesablanması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Reaksiya verilmədiyi üçün xx.xx.2021-ci il tarixli məktubla o cavabdeh idarədən qanunsuz hesablanmış 2.680 manatın ləğv edilməsini, şəxsi vərəqədən çıxarılmasını tələb etmişdir. Riskli vergi ödəyicisi sayılmağına etiraz kimi o, cavabdeh idarəyə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda son əməliyyatını açıqlamış, avtomobillə xidmətin 11.100 manat olmasını, 450 kubmetr qırma daşın, 7450 kubmetr qum-çınqıl qarışığının, 1314 kubmetr ç ınqılın, 12,5 ton texniki duzun özünə məxsus **-DE-***, **-DE-***, **-ZA-*** nömrəli yük avtomaşınlarında daşınmasını, həm də lazım olduqca mülkiyyətçisi olduğu "xxxx" ASCnin texnikalarından istifadə etməyini, yanacaq daşıma avtomaşını ilə “MAQRO” şirkətinə daşıma xidməti göstərməyini bildirmişdir. Buna baxmayaraq, bilmədiyi səbəbdən cavabdeh İdarə ona qarşı haqsızlığa başlayıb, yuxarıda göstərilən mallara, yəni qırma daşa, çınqıla, qum-çınqıl qarışığına və texniki duza dair yanlış nəticə çıxarıb, “vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmir” epiteti ilə onlara dair apardığı əməliyyatı riskli hesab etmiş, sənədlər və imkanı barədə faktiki hallara tam uyğun olaraq verdiyi izahata məhəl qoymayıb, apardığı əməliyyatın dəyərinin ödənilməsinə imkan verməmişdir. O bəzi başqa vergi ö dəyiciləri kimi, Gəncə şəhərində, çayın kənarından, Gəncə şəhərindəki tikinti işləri ilə əlaqədar olaraq, qazıntı materiallarının aparılıb töküldüyü zibilxanadan qazıntı materialllarını toplayaraq, öz drabilkasına gətirmişdir. Drabilkasına gətirdiyi qazıntı materiallarını əzərək, həmin materialdan qum, torpaq, çınqıl və s. çeşidlərə ayıraraq elektron qaimə ilə müvafiq təşkilatlara satmışdır. Vergi əməkdaşları ondan zibillikdən topladığı qazıntı materiallarına görə, haradan almağı barədə qaimə tələb etmişlər, lakin onun qazıntı materiallarını topladığı zibilliyin yiyəsi olmadığı üçün, heç kimə qaimə verilmir. O, vergi əməkdaşlarına hər vaxtı mal, materialını haradan götürdüyünü əyani şəkildə göstərə bilər. Hətta 12 saylı ƏVBİ-nin əməkdaşları etibarnamə əsasında idarə etdiyi Zil avtomobili i lə “Maqro” şirkəti ilə müqavilə bağlayaraq, Nəqliyyat Departamentinə dövlət rüsumu ödəyərək, fərqlənmə nişanı alaraq xidmət göstərdiyi “Maqro” şirkətinə onun “riskli vergi ödəyiciyisi” haqda qərəzli məktub yazmışlar. Yəni öz texnikası ilə Nəqliyyat Departamentindən fərqlənmə nişanı alıb xidmət göstərdiyi halda vergi əməkdaşları qanunsuz olaraq, ona ikili vergi hesablamalarına baxmayaraq, hətta onun riskli vergi ödəyicisi olmağı kimi qərar qəbul ediblər. Cavabdeh İdarə şikayət etdiyi bu qərarı qəbul etdikdən dərhal sonra təmasda olduğu müəssislərə (vergi ödəyicilərinə) məktular yazaraq onun imicinə zərbə vurmuş, həm də xidmətinin dəyərinin ödənilməsinə imkan verməmişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə yazılmış xx.xx.2023-cü tarixli **********002900 nömrəli məktubda qeyd olunmuşdur ki, “2019-cu ildən vergilər darəsinə verilən hesabatda malmaterial qalığımın dəyəri 134000 manat olmuşdur. Həmin göstərilən qalığı da satmışam.” Göründüyü kimi hazırda vergi ödəyicisi tərəfindən bütün mallar realizə olunmuşdur. Həmçinin iddiaçı qeyd edir ki, 2021-ci ildə ona avans gəlir vergisi, üstəlik qanuna zidd olaraq 2021-ci ilin birinci rübünə görə 2.680 manat sadələşdirilmiş vergi hesablanmışlar. Vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********664100 nömrəli müraciətinə cavab olaraq vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli **********871000 nömr əli məktubda qeyd olunmuşdur ki, 2021-ci ilin 1 rübü üzrə Vergi məcəlləsinin 151.1.-ci maddəsinə əsasən hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisinə hesablanmış sadələşdirilmiş vergi məbləği vergi ödəyicisinin ərizəsinə əsasən hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə vergi orqanına ünvanlanmış ərizəsində onun sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınması barədə xahişi vergi orqanı tərəfindən nəzərə alınmış və 2021-ci il üzrə sadələşdirilmiş vergi mükəlləfiyyəti aktivləşdirilmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müva fiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur, Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. 2021-ci ilin 1ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsində cəmi aktivlər: hesabat dövrünün əvvəlinə 134000, dövr ərzində daxil olmuşdur manatla 134000, təqdim edilmişdir manatla 134000, silinmişdir 134000, hesabat dövrünün sonuna 0 manat qalıq göstərilmişdir. Göründüyü kimi, vergi ödəyicisinin 134000 manatlıq malı realizə olunmuş hesabat ilinin sonuna 0 manat göstərilmişdir. Həmçinin yuxarıda qeyd edilən xx.xx.2023cü il tarixli **********002900 nömrəli məktubda da ödəyici 134000 manatlıq malını realizə etdiyini özü qəbul etmişdir. 2022-ci ildə bəyannamə təqdim edilməmişdir. 2023-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (vergi ödəyicisinin özü təqdim etdiyi bəyannamədir) 2023-cü ilin 1-ci rübünün 1-ci ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri 2800 manat, 2-ci ayı üzrə 45545,90 manat, 3-cü ayı üzrə 31054,30 manat, rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi-79400,20 manat təşkil e tmişdir. Hesabataxtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı,qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır. Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxa lına dair hər hansı sənəd müəyyən edilməmişdir. Göründüyü kimi, təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur. Bu da Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının 2.1.1 və 3.1.1-ci maddələrinin tələblərini pozur. Belə ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 12 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olan İddiaçı təsərrüfat subyektinə yerində baxış keçirilməsi, mövcud işçilər haqqında məlumat, əmək müqavilələri, nəzarət kassa aparatının göstəriciləri, mal qalığı barədə məlumat həmçinin foto çəkilişləri edilərək malın adı, miqdarı, vahidinin qiyməti, məbləği, cəmi məbl əği qeyd edilməklə malların siyahısı barədə akt tərtib edilməsi, vergi ödəyicisinin gəlirlərini təsdiq edən təsdiqedici sənədlər əlavə edilməklə geniş izahat məktubunun vergi orqanına təqdim olunmasını təmin etmək və nəticəsi barədə məlumatın verilməsi tapşırılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixli **********735100 saylı fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə ərizə ilə fəaliyyətinin dayandırdığı, uçot baza məlumatlarına əsasən aktiv təsərrüfat subyektinin olmadığı səbəbindən təsərrüfat subyektinə baxış həyata keçirilməsi mümkün olmamışdır. Aşkar edilmiş faktlarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********642200 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi buna qarşılıq olaraq hər hansı əsaslandırıcı fakt, izahat və ya sənəd təqdim etməmiş (edə bilməmiş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarına əsasən vergi ödəyicisi riskli əməliyyat aparan vergi ödəyicisi hesab edilməklə vergi orqanı tərəfindən yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli **********012100 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə 71100,2 manat məbləğində "Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, düz" təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Risk li vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğan olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər h ansı formada bağlanılmış əqd və ya aparılmış Əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyicilərsiyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyy atlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM,109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi şənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Gəncə İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(114)-259/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi İddiaçı 2019-cu ildən vergilər dairəsinə verilən hesabatda mal-material qalığının dəyəri 134000 manat olmuşdur və həmin qalığı da o satmış, hesaba t ilinin sonuna 0 (sıfır) manat göstərilmişdir. Ödəyici 134000 manatlıq malını realizə etdiyini özü qəbul etmişdir. 2022-ci il üçün ödəyici tərəfindən bəyannamə təqdim edilməmişdir. 2023-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (vergi ödəyicisinin özü təqdim etdiyi bəyannamədir) 2023-cü ilin 1-ci rübünün 1-ci ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri 2800 manat, 2-ci ayı üzrə 45545,90 manat, 3-cü ayı üzrə 31054,30 manat, rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi-79400,20 manat təşkil etmişdir. Hesabat-axtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixdə n xx.xx.2023-cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı,qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır. Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı sənəd müəyyən edilməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 yanvar 2025-ci il tarixli, 2-1(104)-84/2025 nömrəli qərarı ilə (hakimlər A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov və A.İsgəndərova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(114)-259/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, cavabdehin 5 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarı ləğv edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: - Cavabdeh mübahisələndirilən qərarı qəbul ed ərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci bəndlərinə istinad etsə də, hansı halların mövcudluğuna görə həmin maddi hüquq normalarına istinad etməsi müəyyən deyildir. Cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. - Mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Belə ki, hazırkı iş üzrə cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının “qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” mallarını almasını və ya idxal etməsini əsaslı sübutlarla təsdiq edərək qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının və xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyə n edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış, belə ki, elektron qaimə-faktura əsasında xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında cəmi 71,1 min manat dəyərində "qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz" adda mallar təqdim etməsinə baxmayaraq, qeyd olunan adda malların elektron qaimə-faktura və malların alış aktına əsasən alışında, yük gömrük bəyannamələri məlumatlarına əsasən idxalında müəyyən edilməməsi əmtəəsiz və ya riskli əməliyyatlar kimi qiymətləndirildiyindən xx.xx.2023-cü il tarixli **********642200 nömrəli məktubla İddiaçı və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dəvət məktubu göndərilmişdir. Səbəblər ətraflı izah olunmaqla 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci i l 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1.-ci, 3.1.1.-ci yarımbəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli **********012100 nömrəli Qərar qəbul edilmişdir. Hesabataxtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır.

12. Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alın dığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Göründüyü kimi, təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur.

13. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Bildirir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-259/2024 nömrəli qərarı “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2024-cü il tarixdə yüklənmişdir. İPM-in 9-1.2, 9-1.3,9-1.4 və 22.1-ci maddələrində əks olunmuş hüquqi tənzimləməyə görə xx.xx.2024-cü il tarixli qərardan apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2024-cü il tarixdən başlamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-259/2024 nömrəli məktubu da qeyd etdiyimiz halları əyani şəkildə sübu t edir. Belə ki, tərəfimizdən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edilmiş, sözügedən qərardan iddiaçı tərəfindən apellyasiya şikayətinin verilib-verilməməsi, həmçinin apellyasiya şikayəti verilmədiyi halda nə vaxtdan qanuni qüvvəyə minməsi barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin vergi orqanına göndərdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, 2- 1(114)-259/2024 nömrəli qərar qanuni qüvvəyə minmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası isə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpası haqqında ərizəni təmin etməklə qeyd edilən prosessual hüquq normalarına əməl etməmişdir.

14. Beləliklə cavabdeh kassasiya şikayətində, apelyasiya məhkəməsinin xx.xx.2025-ci il t arixli qərarının və apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-722/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakim iyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” (əvvəlki “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”).

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qa ldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab ed ir.

24. İşin hallarına əsasən qeyd edilməlidir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə 71100,2 manat məbləğində təqdim edilmiş “Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” malları iddiaçının alışında və idxalında müəyyən edilmədiyi üçün riskli vergi ödəyicisi hesab edilmişdir.

25. Hazırkı iş üzrə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1- ci bəndlərinə istinad etsə də, hansı halların mövcudluğuna görə həmin maddi hüquq normalarına istinad etməsi müəyyən deyildir. Cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün cavabdehin qərarında göstərdiyi risk meyarlarına cavab verməsi iş materialları ilə müəyyən olunmur.

26. Məhkəmə kollegiyası bildirir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.

27. Hazırkı halda iddiaçı cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ləğv olunmasını tələb etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdı r. İPMin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarda ehtimallara əsaslanaraq iddiaçının “qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” mallarını almasını və ya idxal etməsini əsaslı sübutlarla təsdiq edərək qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

29. Beləliklə cavabdeh orqan inzibati icraat haqqında normaların, prinsiplərin və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair apellyasiya instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.

30. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(104)-722/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş və apelyasiya şikayəti mümkün sayılmışdır. Cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin sözügedən qərardadının ləğv edilməsini də xahiş etmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əs asız hesab edərək apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

32. Belə ki, apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “Belə ki, birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 259/2024 saylı qərarı iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş olsa da, iddiaçı bu barədə məlumatlı olmamış və qərarının ona poçt vasitəsilə çatıdırılmasını gözləmişdir. Lakin qərarın ona poçt vasitəsilə çatıdırılmadığından iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək qəbzə imza etməklə xx.xx.2024-cü il tarixdə qərarı şəxsən əldə etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş prosessual müddətin bərpasına dair ərizədə qeyd edilənləri nəzərə alaraq bildirir ki, məhz iddiaçının yaşlı təbəqəyə mənsub olmaqla elektr on məhkəmə sistemindən istifadə qaydalarını bilmədiyindən həmin qərardan məlumatlı olmamışdır. Yalnız birinci instansiya məhkəməsinin inzibati binasına yaxınlaşaraq qəbzə imza etməklə qərarı qəbul etdikdən sonra qərarla tanış olmuşdur. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz iddiaçının qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı həmin andan başlanmış hesab edilməlidir. Nəzərə alınsa ki, sözügedən qərarı iddiaçı xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə qəbul etmiş və ondan şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə barədə məlumatlar yalnız həmin tarixdən ona bəlli olmuşdur.”

33. Beləliklə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 21(104)-722/2024 nömrəli qərardadı və 7 yanvar 2025-ci il tarixli, 2-1(104)-84/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar