Məhkəmə qərarları › İş №2-1(102)-1735/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1735/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1735/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlilliyə görə pensiya, sosial sığorta stajı, fərdi hesabda yığılan pensiya kapitalı Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili Aslanov Emil Mustafa oğlunun və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə qarşı ikinci qrup əlilliyə görə pensiya təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1070/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsindən sonra ona xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə i lə DSMF-nin Sabunçu rayon şöbəsinə müraciət edərək, ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Sabunçu rayon şöbəsi iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli **********6 saylı məktubla cavab verərək bildirmişdir ki, onun 1993-2006-cı illərə aid əmək stajı yoxlanarkən öz təsdiqini tapmamışdır. 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta kapitalı olmadığına görə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1993-ci il tarixdən 2006-cı il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-x əzinədar vəzifələrində işlədiyi dövrlər iş stajına daxil edilməklə 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci, 21.1-ci və 21.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci və 33.2-ci maddələrinə əsasən, onun xx xxxxxx 1993-cü il tarixdən 2006-cı il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəz ifələrində işlədiyi dövrlər iş stajı kimi nəzərə alınmaqla ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri, iddiaçıya pensiya təyin etməkdən imtina etmək barədə xx.xx.2019-ci il tarixli **********6 saylı məktubda göstərilən dəlillərlə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim-R.Kərimli) iddia təmin edilərək İddiaçı xx xxxxxx 1993-ci il tarixdən 2006-cı ilədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlər iş stajına kimi nəzərə alınmaqla, 2-ci qrup əlilliyə görə əmək pensiyasını n təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş stajının yoxlanılmasının nəticə verməməsi həmin illərin sığorta stajına daxil edilməməsinə əsas verə bilməz. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3212/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı 1993-2006-cı illərə aid əmək stajı yoxlanılarkən öz təsdiqini tapmamışdır. İddiaçının 52 yaş üçün tələb olunan 12 il 4 ay sığorta stajı və 12.905 manat pensiya sığorta kapitalı olmadığına görə onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X2 və vəkili Aslanov Emil Mustafa oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunnm alı və iş materialları təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı ona xx.xx.2018-ci il tarixdə təyin olunmuş İİ qrup əlilliyə görə pensiya təyin olunmasını tələb edir. Bu növ pensiya almaq hüququnun əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:

1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;

2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensi ya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən «əmək qabiliyyətli yaş dövrü» ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. Bu halda iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2018-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 15 il 2 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan 62 yaş 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47 il) x 4 ay = 188 ay: 12 = 15 il 2 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Apelyasiya istansiyası məhkəməsi iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajını müəyyən etmədiyi halda, iddiaçının pensiya təyin olunması üçün iki dəfədən artıq staja malik olduğunu bildirmişdir. Bundan başqa, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtinasının bir əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında əksini tapmış «1993-2006-cı illərə aid əmək stajı yoxlanıla rkən öz təsdiqini tapmadığına görə» pensiya təyin etməkdən imtina olunmuşdur. Məhkəmələr cavabdehin bu dəlilini ətraflı araşdırmamış, bu yoxlamanın nəyə əsasən aparıldığını, hansı sənədləri əhatə etdiyini müəyyən etməmiş, iddiaçının həmin dövrdə işləməsini müəyyən etmək üşün iddiaçının işlədiyi müəssiəyə, arxiv idarəsinə sorğular verməmişdir. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmamış, bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının sığorta kapitalının olmaması halı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. xx.xx.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, hətta iddiaçınin əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajından artıq staja malik olması, özlüyündə ona zəruri olan məbləğdə pensiya kapitalının olması barədə nəticəyə gəlməyə əsas vermir. Bu halda məhkəmə aşağıda göstərilən normalar əsasında iddiaçının pensiya kapitalının olmasını yoxlamalıdır: «Əmək pensiyaları haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən, sığorta olunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nə zərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iş stajına malik olması barədə qiymətləndirmə aparsa d a, pensiya hüququnun yaranması üçün ikinci vacib şərt olan pensiya kapitalına malik olmasını müəyyən etməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin müddəasına uyğun araşdırma aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfl i araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). İşin hallarının bu vəziyyətində məhkəmənin iddanı təmin etmək barədə gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Mə cəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qəra ra aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar