Məhkəmə qərarları › İş №2-1(102)-1735/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1735/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1735/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı3 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Daşınmaz əmlakın dövlət reyestrində torpağa mülkiyyət hüququna dair qeydə düzəliş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 c avabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9 olmaqla) “mərhum ataları X3 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0,169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 14 oktyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 05 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, o cümlədən, mərhum anaları X8 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-209/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 1832.02 kv.m(A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi) həyətyanı torpaq sahəsi, 7534 kv.m (A seriyalı 482497 n ömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi) və 3215.56 kv.m (A seriyalı 070470 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri X3 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmişdir. 2. 27.09.2011-ci il tarixli, 570 nömrəli arayışa əsasən, A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0.1832 ha həyətyanı torpaq sahəsi xxxx və olunun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.

3. Sonradan 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi 14.10.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışla X3 adına qeydiyyata alınmış, 22.10.2011-ci il tarixli ******* nömrəli alqı - satqı müqaviləsi ilə xxxx mülkiyyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m hiss əsini xxxxya satmış, yerdə qalan 0.169 ha torpaq sahəsi fərdi yaşayış evi ilə birgə ********** qeydiyyat nömrəsi ilə 05.06.2020-ci il tarixində 53 nömrəli reyestr kitabının 92-ci vərəqində X3 adına rəsmiləşdirilmişdir. 4. 095018 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X6 10.02.2020-ci il tarixdə vəfat etmişdir.

5. İddiaçılar cavabdeh orqana müraciət edərək mərhum atalarının adına verilmiş çıxarışda düzəliş edərək fərdi evinin yerləşdiyi torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsini xahiş etmişlər.

6. Cavabdeh 01 oktyabr 2020-ci il tarixli, **********77 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatında və h əmin qeydiyyata dair dövlət reyestrindən çıxarışda düzəliş edilməsi onun səlahiyyəti daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X3 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0.169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 14 oktyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 05 iyun 2020-c i il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində iddiaçıların, o cümlədən, mərhum anaları X8 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayonu AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarına əsasən, iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Zilban kəndində 1832.03 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X2 özünə düşən torpaq payının 142 kv.m hissəni iş üzrə üçüncü şəxs X1. İddiaçılar torpaq sahəsinin satılmasına etiraz etməmişlər və hazırkı mübahisədə V.Bəhərçiyevanın təqsirinin olmadığını bild irirlər. İş üzrə digər üçüncü şəxs X9 vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün Zaqatala rayon məhkəməsinə müraciət etdikdən sonra iddiaçılara məlum olmuşdur ki, qeyd olunan AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə verilmiş 1832.03 kv.m torpaq sahəsi üzərində yalnız tək mülkiyyətçi kimi X2nun mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçılar cavabdeh inzibati orqana müraciət edərək, özləri və mərhum xxxxanın mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışlarda düzəlişlərin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsinin İdarənin səlahiyyətlərində olmadığını bildirərək müraciəti təmin etməmiş və məhkəməyə müraciət etməyi iddiaçılara tövsiyyə etmişdir

9. Cav abdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, 0.1832 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırkı iş üzrə iddiaçıların razılıq ərizələri əsasında X3 tam mülkiyyətinə verilmiş və bununla bağlı qeydiyyat nömrəsi ********** olan 14.10.2011-ci il tarixli çıxarış tərtib edilmişdir. xxxx daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin 0.0142 ha hissəsini notarial qaydada 22.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər üçüncü şəxs V.Bəhərçiyevaya satmış, yerdə qalan 0.169 ha torpaq sahəsinə isə fərdi yaşayış evi ilə birgə qeydiyyat nömrəsi ********** olan 05.06.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi ərazi idarəsinin səlahiyyətləri daxili ndə olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

10. Üçüncü şəxs X9 iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsi əri xxxxun mülkiyyətinə verilən zaman iş üzrə iddiaçıların adları AİK-nın qərarına əsasən subyektlərin siyahısında olmamışdır. Hazırki mübahisə vərəsəliklə bağlı olduğundan işə mülki məhkəmə icraatında baxılmalıdır.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-317/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir.

13. İddiaçılar birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-209/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qərarı ilə (sədrl ik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və E.Ş.Hüseyniv) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21(116)-317/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə şikayətdə qeyd edilən dəlillərin heç birinə düzgün hüquqi qiymət verməmiş, ümumi sözlərdən istifadə etməklə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni təkrarlamış, beləliklə də qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlü yü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində apa rılır. Maddə 4.1 Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçü ncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında mə lumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qər arı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçılar Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X3 adına qeydiyyata alınmasına etiraz etməmişlər. Bundan sonra 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. xxxx mülki yyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m hissəsini xxxxya satmışdır. X6 10.02.2020-ci il tarixdə vəfat etmiş, 0.169 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X3 adına 05.06.2020-ci il qeydiyyata alınmışdır. İddiaçılar mərhum atalarından qalan miras əmlaka münasibətdə mərhumun ikinci arvadı olan X5 payının azaldılması üçün qeyd olunan iddianı irəli sürmüş, çıxarışda düzəliş ediləcəyi təqdirdə 3-cü şəxsin payının azaldılmasına cəhd etmişlər.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçılar hələ 03.10.2011-ci il tarixində Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X3 adına qeydiyyata alınmasına etiraz etmədikləri üçün cavabdeh inzibati orqanın həmin zaman mərhumun adına reyestrdə mülkiyyət hüququnun qeydiyyata alınmasında ehtiva olunan hərəkəti qanuni olmuşdur. İddiaçılar könüllü olaraq razılıq verdikləri üçün aparılmış qeydiyyatın qanunsuz olmasına istinad edə bilməzlər. Göründüyü kimi, digər 3-cü şəxs olan xxxxya münasibətdə onlar heç bir tələb irəli sürmürlər. Halbuki, eyni məntiqlə iddiaçılar onun adına aparılan qeydiyyatı da mübahisələndirməli idilər.

28. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyest r qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.

29. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiy yət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.

30. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-209/2021 saylı iş üzrə 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar