Məhkəmə qərarları › İş №2-1(102)-1735/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1735/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1735/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:bələdiyyə qərarının mövcud omaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı Abşeron rayonu, Məmmədli X1 ünvan 1ində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(105)-311/2022 nömrəli qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1i ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir.

2. X7 ilə İddiaçı1 arasında bağlanılmış 23 iyun 2016-cı il tarixli, ******* saylı alqısatqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. 3. 23 iyun 2016-cı il tarixli, 4Ə-1564 nömrəli alqı-satqı müqaviləsi əs asında torpaq sahəsinin plan və ölçü sənədi hazırlanmışdır.

4. Məmmədli kənd Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarından çıxarışa əsasən, X17 ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Məmmədli kənd Bələdiyyəsinə müraciət etmişdir. X10 vəziyyəti nəzərə alınaraq ona Bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.

5. Məmmədli kənd Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarından çıxarış əsasında Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə X17 arasında xx.xx.2013-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib və təsdiq edilmişdir.

6. RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ünvan 1i ərazisində yerləşən 0.02 ha torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir.

7. X12 ayrılmış 0.02 ha torpaq sahəsinə dair Abşeron rayon Məmmədli kənd X2 Çıxarış mövcuddur.

8. Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli rəyindən görünür ki, Məmmədli kənd Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarına əsasən alqı-satqı predmeti olan 0.02 ha torpaq sahəsinin vətəndaş X12 ev tikmək məqsədi üçün ayrılması qanunamüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməmişdir.

9. Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli, H-174 saylı məktubuna əsasən Abşeron rayon Məmmədli bələdiyyəsinin 13/126 saylı, 10 dekabr 2004-cü il tarixli qərarı ilə X12 to rpaq sahəsi ayrılmamışdır.

10. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdehin 26 iyul 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, X12 ayrılan torpaq sahəsi bələdiyyədə rəsmiləşdirilməmişdir və X15 bu barədə heç bir sənəd mövcud deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 X1 ünvan 1ində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilkin olaraq məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsatəti nəzərə alınaraq Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə icraata iddiaçı qismində qəbul edilmişdir. X17, X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

13. İddiaçı M. Bağırova tələbini onunla əsaslandırmışdır ki, 23 iyun 2016-cı il tarixli, 4Ə-1564 saylı alqı-satqı müqaviləsinə əsasən X7 xüsusi mülkiyyətində olan, ünvan 1i ərazisində yerləşən 0.05 ha torpaq sahəsini iddiaçıya satmışdır. Alqı-satqıdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin torpaq sahəsinin daşınmaz əmlakın dö vlət reyestrində dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. 08 iyul 2016-cı il tarixdə qeyd olunan torpaq sahəsinə RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünü almışdır. Sənədlərini tam həll etdikdən sonra torpaq sahəsini mişar daşlarından tam hasara almış və dəmir qapı qoymuşdur. Təxminən iki il sonra təsadüf nəticəsində öyrənmişdir ki, ünvan 1 bələdiyyəsi onların torpaq sahəsinin yola açılan hissəsini bütünlükdə X17 adlı şəxsə satmışdır. Bu gün əgər X17 öz torpaq sahəsini hasarlasa, onların yola çıxışı tamamilə bağlanacaq. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 26 iyul 2019-cu il tarixli, 181 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X12 ayrılan torpaq sahəsi bələdiyyədə rəsmiləş məmişdir və X15 bu barədə heç bir sənəd mövcud deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi iddiaçıya bildirilmişdir.

14. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia tələbinə münasibətdə qeyd etmişdir ki, neft boru kəmərinin mühafizə zolağı qaydalara uyğun olaraq hər tərəfdən 50 metrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli çoxmərtəbəli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bu səbəbdən də SOCAR iddiaçı ilə müştərək hüquqlara malikdir. Belə ki, üçüncü şəxs X12 Abşeron rayon Məmmədli kəndində ayrılmış 0,02 ha torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor DŞ700 magistral neft kəmərinin 47,86-cı km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36,60 metrdir. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin mü hafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Sonda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsi iddiaya dair etirazında bildirmişdir ki, Məmmədli Bələdiyyəsi tərəfindən X10 adına torpaq sahəsinin ayrılması ilə bağlı sənədləşmə arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Bələdiyyə tərəfindən X12 eskiz təqdim edilməmişdir. Əl makinasında çap formasında yazılmış qərarı qəbul etmirlər. Məmmədli Bələdiyyəsinin 2004-cü il tarixli qərarında 2008-ci ilin möhürü vurulmuşdur. Məmmədli Bələdiyyəsinin həmin tarixli qərarında olan şəxslərin adlarının arasında Alim Babayevin adı olmamışdır. X10 adına Bələdiyyə qərarı bələdiyyə arxivində olmadığı üçün bələdiyyə həmin qərarı tanımır. Alim Babayev torpaq ayrılması ilə bağlı ərizə ilə müraciət etməli idi. Həmin dövrdə qərarlar əlyazma ilə yazılırdı. Əl yazma ilə yazılan qərarlar cavabdeh orqanın qərarlarıdır. Əl makinasında çap formada yazılan qərarların kötüyü yoxdur. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

16. Üçüncü şəxs X17 etirazında qeyd etmişdir ki, 20164-1564 saylı alqı-satqı müqaviləsinə əsasən X5 torpaq sahəs ini əldə etdikdən və 08 iyul 2016 tarixdə RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra həmin sahəni mişar daşı ilə hasarlamış və qapı qoymuşdur. O torpağın hasarlanması 2005-ci ildə baş vermişdir, hasarlanma işləri torpağı özgəninkiləşdirən X7 tərəfindən həyata keçirilmiş və bunun üçün X7 həmkəndlisi, Ordubad rayon Vəlaver kənd sakini X13 Bakı şəhərinə gətirtmiş və bu işləri gördürmüşdür. 0,10 ha torpaq sahəsinə bir qapı qoyulmuşdur, o da torpaq sahəsinin şərq tərəfindədir. İddiaçı torpaq sahəsini aldıqdan sonra divarı uçurub digər tərəfdən qapı qoydurmuşdur. Bunu qapının ətrafındakı mişar daşlarının quruluşundan da aydın görmək mümkündür. Əgər orada qapı olsa idi, X5 yeddi il sonra (Həsənov M.M 05 dekabr 2007-ci il tarixində, Babeyev.A.M isə 05 mart 2014 tarixində torpaq sahəsinin plan-ölçülərinin Dövlət torpaq kadastrına daxil olunması barədə sənəd almışlar) X12 məxsus torpaq sahəsinin ölçüləri dövlət kadastrına daxil edilməzdi. Həmçinin bölünmüş iki torpaq sahəsi arasında hələ hasar tikilməmiş, mişar daşları üstüstə qoyularaq təqribən bir metr hündürlükdə ayrıcı mərz qoyulmuş, onun da sağ və sol tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu qoyulmuşdur. Torpağı özgəninkiləşdirən X7 bu barədə məlumatlı olmuş, məhz buna görə də qapını torpaq sahəsinin şərq hissəsinə yerləşdirmişdir. Bu barədə X17 və X7 arasında razılıq olmuşdur. Məhz buna görə də torpağı özgəninkiləşdirən X3 bu on beş illik müddət ərzində heç bir iddia və tələb irəli sürməmişdir.

17. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1( 118)-33/2021 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X12 ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərar etibarsız hesab edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli, H-174 saylı məktubuna əsasən Abşeron rayon Məmmədli bələdiyyəsinin 13/126 saylı, 10 dekabr 2004-cü il tarixli qərarı ilə X12 torpaq sahəsi ayrılmamışdır. Belə ki, Məmmədli kənd Bələdiyyəsinin 13/126 saylı, 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Məhəmmədi kəndində yaşayan X18 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd Bələdi yyəsindən torpaq sahəsi istəmiş, X11 vəziyyəti nəzərə alınaraq ona Bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi üçüncü şəxs X10 adına arxivdə belə bir qərar mövcud deyildir, həmin qərar başqa bir şəxsə, X14 torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin dövrdə bələdiyyə sədri işləmiş X4 mübahisələndirilən qərarda olan imzanın ona aid ola biləcəyini istisna etməmişdir. Məhkəmə həmin imzanın bələdiyyə sədrinə və ya digər şəxsə aid olmasının müəyyən olunmasını zəruri hesab etmədiyi üçün, müvafiq xətşünaslıq ekspertizası təyin edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərardakı imza keçmiş bələdiyyə sədrinə aid olsa belə, bələdiyyə kollegial orqandır, bələdiyyənin torpaq sahəsi ayrılması il ə bağlı qərarı bələdiyyə sədrinin tək başına qərarı ilə deyil, bələdiyyənin iclasında bələdiyyə üzvlərinin iştirakı ilə iclas qərarı ilə verilir.

19. Üçüncü şəxs A.Babayev apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-311/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Məmmədov - sədrlik edən, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Üçüncü şəxs A.Babaye v kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ve rilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır və qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Məhkəmə kollegiyası qeyd e dir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddia növlərindən asılı olaraq qanunvericilikdə müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

30. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də ümumi xarakterli hüquqi müdafiə ehtiyacının mövcud olmasıdır. Ü mumi xarakterli hüquqi müdafiə ehtiyacı hüquqi mübahisənin məhkəmə qaydasında həll olunması ilə bağlı maraqdan irəli gəlir. Başqa sözlə, hüququnun pozulduğunu iddia edən şəxsin məhkəmə qaydasında hüquqi müdafiəsinə zərurət olmalıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacının olması şərti də yerinə yetirilməlidir.

31. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddia nın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

32. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə ümumi xarakterli hüquqi müdafiə marağının mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.

33. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarından çıxarışa əsasən X12 fərdi evin tikintisi məqsədi ilə bələdiyyə fondundan 0.03 ha torpaq sahəsi ayrılmışdır.

34. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Məmmədli kənd bələdiyyəsinin 13/126 saylı, 10 dekabr 2004-cü il tarixli qərarına əsasən Abşeron rayon Məhəmmədi kəndində yaşayan X14 ev tikmək üçün bələdiyyə fondundan 0.03 ha torpaq sahəs i ayrılmışdır.

35. Cavabdeh Abşeron rayonu Məmmədli kənd bələdiyyəsi iddiaya dair etirazında Məmmədli Bələdiyyəsi tərəfindən X10 adına torpaq sahəsinin ayrılması ilə bağlı sənədləşmənin arxiv sənədləri ilə təsdiqini tapmadığını, Məmmədli bələdiyyəsinin həmin tarixli qərarında qeyd olunmuş şəxslərin siyahısında Alim Babayevin adının olmadığını, bələdiyyə tərəfindən X12 eskiz təqdim edilmədiyini, Məmmədli bələdiyyəsinin 2004-cü il tarixli qərarından çıxarışa 2008-ci ilin möhürünün vurulduğunu, X10 adına bələdiyyə qərarının bələdiyyə arxivində olmadığı üçün bələdiyyənin həmin qərarı tanımadığını, həmin dövrdə bələdiyyə qərarlarının əlyazma ilə yazıldığı halda, X10 adına olan qərardan çıxarışın əl makinasında çap formasında yazıldığını və həmin qərarın kötüyünün olmadığını bildirmişdir.

36. Mü bahisəyə dair iş üzrə materiallara əlavə olunmuş Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli, H-174 saylı məktubunda Abşeron rayon Məmmədli kənd bələdiyyəsinin 13/126 saylı, 10 dekabr 2004-cü il tarixli qərarı ilə X12 torpaq sahəsi ayrılmadığı qeyd olunmuşdur.

37. Mübahisəyə dair iş üzrə materiallardan hazırkı mübahisənin əsasını təşkil edən Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarının X12 deyil, X14 torpaq sahəsinin ayrılması barədə olduğu təsdiq olunur.

38. Beləliklə, cavabdeh tərəfindən hər hansı rəsmi sənədləşmə əsasında üçüncü şəxs X10 adına torpaq sahəsinin ayrılması barədə qərarın mövcudluğu mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, üçü ncü şəxs X12 torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsinin qərarı mövcud olmadığından, məhkəmə qaydasında ümumi xarakterli hüquqi müdafiə marağı da mövcud deyildir. Başqa sözlə, mövcud olmayan qərarın iddiaçıların hər hansı hüququnu və ya qanuni maraqlarını pozması istisna olunur. Bu baxımdan üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə mövcud olmayan qərardan iddiaçıların məhkəmə qaydasında müdafiə olunması ehtiyacı da istisna olunmalıdır. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə məhkəmə qaydasında həll edilməsi tələb olunan mübahisə mövcud deyildir. 40.Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəblərdən iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı mübahisəyə münasibətdə iddiaçılar cavabdeh tərəfindən hüquqlarının pozulduğunu iddia edə bilməzlər.

41. Həmçinin iddiaçıya izah olunmalıdır ki, üçüncü şəxs X12 mübahisəli torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsi tərəfindən qəbul edilmiş qərar mövcud olmadığı, yəni hüquqmüəyyənedici sənəd mövcud olmadığı üçün həmin torpaq sahəsi üzərində onun hüququnun reyestrdə qeydiyyatını mübahisələndirmək hüququ vardır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-311/2022 saylı, 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar