Məhkəmə qərarları › İş №2-1(102)-1735/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1735/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1735/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Hüseynova Sədəqət Vəlican qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Hüseynov İlqar kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Hüseynova Sədəqət Vəlican qızı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-65/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1975-ci ildə “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, “Azneft” Birliyinin xx.xx.1975-ci il tarixli 331 nömrəli və “Orconikidzeneft” NQÇİ-nin xx.xx.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar x x.xx.1975-ci ildə X2 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, xx.xx.1975-ci ildə köçürülmə yolu ilə X2 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1978-ci ildə müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli əmək kitabçasına görə iddiaçı xx.xx.1984cü il tarixdən “Orconikidze” rayonu ictimai iaşə müəssisələri birliyinin un sexinə forma hazırlanması üzrə 3-cü dərəcəli çörəkçi işinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixli forma hazırlanması üzrə kalkulyator vəzifəsinə keçirilib, xx.xx.1989-cu il tarixdən forma hazırlanması fabrikinə təsərrüfat müdiri keçirilmiş, xx.xx.1993-cü il tarixdən “Atəşgah” Fabrik-mətbəxində X4 müəssisələri birliyindən köçürmə yolu ilə fabrik - mətbəxin təsərrüfat müdiri qəbul edilmiş, xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1958-ci il təvəllüdlü Hüseynova (Ağayeva) Sədaqət Vəlican qızı həqiqətən xx.xx.1975-ci ildə “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarına anbardar vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” Birliyinin xx.xx.1975-ci il tarixli 331 nömrəli və “Orcenikidzeneft” NQÇİ-nin xx.xx.1975-ci il tarixli 1078/k nömrəli əmrlərinin icrası ilə əlaqədar xx.xx.1975-ci ildə X2 İdarəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə köçürülmə yolu ilə X2 İdarəsinin (TNİ) anbarına anbardar vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1978-ci ildə müvəqqəti olaraq tabelçi vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu ildə anbardar vəzifəsinə keçirilmişdir. “Azneft” Birliyinin xx.xx.1981-ci il tarixli 39 nömrəli əmrinə əsasən X2 İdarəsi “Orcenikidzeneft” NQÇİ-nin tərkibinə verilmişdir. xx.xx.1984-cü ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 200 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. SOCAR “Orcenikidzeneft” NQÇİ-nin və X2 İdarəsinin arxiv sənədlərinin varisi və qoruyucusudur.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə pens iya təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 20 iyul 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Buna görə də vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yaşa gö rə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı işin faktiki hallarına əsaslanaraq, birinci instansiya məhkəməsindən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən, 01,02.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi işləmiş olduğu “Atəşgah” fabrik-mətbəxin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuş və bu səbəbdən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir.

9. Azərbaycan Respublikasının İqt isadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********95 saylı məktubuna əsasən Əmlak Məsələləri Dövlət Xidmətində Hüseynova Sədaqət Vəlican qızının X4 Müəssisələri Birliyindən köçürmə yolu ilə fabrik mətbəxinin təsərrüfat müdiri təyin edilməsinə dair həmin Birliyin xx.xx.1993-cü il tarixli əmri aşkar edilməmişdir.

10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/1774 saylı və xx.xx.2021-ci il tarixli 4/224 saylı eyniməzmunlu məktublarında qeyd edilmişdir ki, “Atəşgah” X1 iaşə müəssisələri birliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm ətinin xx.xx.2021-ci il tarixli **********96 saylı məktubuna görə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “X4 Birliyi” barədə hər hansı məlumat aşkar edilmədi. Birliyin tərkibində olmuş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi ünvanında yerləşən “Atəşgah” Fabrik Mətbəxi isə 2008-ci ildə özəlləşdirilmişdir və onun hansı tarixdə təşkil edilməsi barədə məlumat yoxdur.

12. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********061900 saylı və xx.xx.2021-ci il tarixli **********918800 saylı məktublarından görünür ki, idarədə olan reyestrdə “X4 Birliyi” və onun tərkibində olan “Atəşgah” Fabrik Mətbəx adlı kommersiya qurumları aşkar edilməmişdir.

13. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər B aş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli **********312500 saylı və xx.xx.2021-ci il tarixli **********192800 saylı məktublarından görünür ki, qeydiyyat qovluğuna əsasən FabrikMətbəx Atəşgah müəssisəsi xx.xx.1995-cı ildə 1152 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, reyestrdə qurumun ləğv olunması barədə məlumat aşkar edilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1460/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qərarı (hakim M.Qarayeva) ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1993-xx.xx.2001-ci illərdə “Atəşgah” fabrik-mətbəxində işlədiyi qeyd edilsə də, X5 Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 1152 nömrə ilə qeydiyyatdan keçməsi və həmin müəssisənin VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi müəyyən edilmişdir. Həmçinin də müəssisənin hər-hansı arxiv sənədlərinin mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının birinci əmək kitabçasında xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad olunduqdan sonra, 15 gün sonra adına yeni xx.xx.1984-cü il tarixli əmək kitabçasının açılması, iddiaçının “Atəşgah” fabrik-mətbəxinə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi barədə qeydin latın qrafikası ilə deyil, rus dilində tərtib edilməsi, xx.xx.2001-ci ildə işdən azad edilməsi barədə qeydin isə kiril qrafikası ilə tərtib edilməsi, eyni zamanda hər iki qeydin üzərinə latın qrafikalı yazılar əks olunmuş möhürün vurulması, xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçən müəssisəyə iddiaçının xx.xx.1993-cü il tarixdə işə qəbul edi lməsi və işləməsi barədə bu kimi ziddiyyətli məlumatlar əmək kitabçasındakı bu qeydlərin həqiqiliyinə şübhə doğurur. İddiaçının həmin dövrə aid iş stajının arxiv məlumatlarını qarşılıqlı yoxlanılma ilə müəyyən etmək isə mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssisədə məhz xx.xx.1993-cü il tarixdən işləməsini təsdiq edən başqa mötəbər sübut da aşkar edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin dövr onun sosial sığorta stajına daxil edilməklə hesablana bilməz. Belə olan halda, cavabdeh tərəfindən qanuni olaraq həmin dövr iddiaçının əmək stajına hesablanmamışdır.

16. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin dövr nəzərə alınmadığı təqdirdə iddiaçının “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin anbarında anbardar vəzifəsində 2 ay 16 gün, X2 İdarəsinin (TNİ) anbarında anbardar vəzifəsində 2 il 5 ay 10 gün, tabelçi vəzifəsində 1il 3 ay 25 gün, anbardar vəzifəsində 5 il 2 ay 8 gün, “Orconikidze” rayonu ictimai iaşə müəssisələri birliyinin un sexində çörəkçi, kalkulyator, təsərrüfat müdiri vəzifələrində 4 il 10 ay 20 gün, ümumilikdə, 14 il 19 gün əmək stajı mövcuddur. Belə olan halda, iddiaçının 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə 25 il əmək stajı toplanmır.

17. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsinin alternativ şərti kimi müəyyən etdiyi xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə qədər fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınması halı da iddiaçıya münasibətdə mövcud olmadığı üçün cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 sentyabr 2022-ci il tarixli **********62 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 18 iyul 2008-ci il tarixli, 235 nömrəli sərəncamı ilə “Atəşgah” fabrik-mətbəxinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və 19 avqust 2008-ci il tarixində hərrac vasitəsilə satılmışdır. Alıcı ilə 20 avqust 2008-ci il tarixli, 1860 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır və 2 sentyabr 2008-ci il tarixli, 003884 qeydiyyat nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə verilmişdir. Müraciətdə qeyd olunan digər məsələlərlə bağlı arxivdə hər hansı məlumat aşkar olunmadı.

20. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********531400 saylı cavab məktubu ilə xx.xx.1995-cı il tarixdə D-1152 nömrə ilə dövlət qeydiyyatına alınmış Fabrik-Mətbəx Atəşgah müəssisəsinin təsis sənədlərinin surəti təqdim edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-65/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Hüseynova Sədaqət Vəlican qızına 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah”da işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Belə ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2-1(102)2360/2019 nömrəli Qərarına istinad etmişdir. Həmin Qərara əsasən, iddiaçı Tağızadə Elxan Böyük Ağa oğlunun xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah” da işlədiyi illər sosial sığorta stajına daxil edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Bu baxımdan apelly asiya instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah” da işlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır.

23. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmin atına imkan verməməsi halı da, əhəmiyyət daşımır.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir.

26. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 26 oktyabr 2020-ci il tarixli 5/1774 saylı, və xx.xx.2021-ci il tarixli 4/224 saylı məktublarına əsasən “Atəşgah” Fabrik- Mətbəxinin və X4 müəssisələri birliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil veri lməmişdir.

27. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci i! tarixli **********095 saylı məktubuna əsasən İddiaçı X4 Müəssisələri birliyindən köçürmə yolu ilə fabrik-mətbəxin təsərrüfat müdiri təyin edilməsinə dair həmin Birliyin xx.xx.1993-cü il tarixli əmri aşkar edilməmişdir.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********96 saylı məktubuna əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “X4 Birliyi” barədə hər hansı məlumat aşkar edilmədi. Birliyin tərkibində olan “Atəşgah” Fabrik-Mətbəxi isə 2008-ci ildə özəlləşdirilmişdir.

29. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövl ət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2020-ci il tarixli **********312500 nömrəli və xx.xx.2021-ci il tarixli **********192800 nömrəli məktublarından görünür ki, Fabrik-Mətbəx Atəşgah müəssisəsi xx.xx.1995-ci ildə 1152 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Halbuki, iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək həmin müəssisədə işləmişdir.

30. Buna görə də iddiaçının qeydiyyata alınmazdan əvvəl həmin müəssisədə işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin mötəbərliyi şübhə doğurur və sosial sığorta stajına daxil edilə, pensiya təyinatı zamanı nəzərə alına bilməz.

31. Həmçinin iddiaçının hər ikisinin üzərində latın qrafikalı yazıla r əks olunmuş möhür vurulmuş “Atəşgah” Fabrik-Mətbəxinə xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsi barədə qeydin Azərbaycan dilində, latın qrafikası ilə deyil, rus dilində, kiril qrafikası ilə, xx.xx.2001-ci ildə işdən azad edilməsi barədə qeydin kiril qrafikası ilə yazılması da əmək kitabçasında olan bu qeydlərin mötəbərliyinə şübhə doğurur. b. kassasiya şikayətinə etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında i şləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 34. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kita bçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Maddə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədl ərə əsasən müəyyən edilir. Maddə

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Maddə 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Maddə 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”: Maddə 1.1. əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Maddə 7.1. bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşə götürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Maddə 7.2. əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Maddə 7.3. əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

38. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qay dasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

39. Kassasiy a şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Bununla belə, məhkəmə ko llegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

48. Cavabdeh tərəfindən iddiaçıya imtina verilərək, ümumi iş stajının 25 ildən az olduğunu və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığı bildirilmişdir.

49. Qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pen siya təyin edilməsi üçün əsas hesab edir.

50. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah”da işlədiyi dövrü mübahisələndirir. Bununla bağlı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Fabrika-mətbəx “Atəşgah”da işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır.

51. Belə ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır.

52. Bundan başqa məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensi ya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır.

53. Qeyd edilməlidir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstəri lən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar