Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1736/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (X6 iştirakçısı olmuş mərhumun həyat yoldaşı olaraq maddi yardımın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-249/2021 nömrəli iş üzrə 11.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Yevlax rayon filialına qarşı 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün h esablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı 1910-cu il təvəllüdlü X1 Vətən Müharibəsi iştirakçısı olmuş və 11 aprel 1986cı il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində vəfat etmişdir. Hər il Qələbə günü münasibətilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" 2010 -cu il 22 aprel tarixli sərəncamı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümü ilə əlaqədar X6 iştirakçılarına 500 manat, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüşən cəbhələrin arxa hüdudları, döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir. Hər il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məlum sərəncamları ilə bu maddi yardım artırılaraq verilmə kdədir. Lakin iddiaçı X6 iştirakçısı olmuş mərhum X2 həyat yoldaşı olaraq bu yardımları ala bilməmişdir. Bu barədə dəfələrlə şifahi müraciəti nəticəsiz qalmışdır. DSMF Publik Hüquqi şəxsinin Yevlax rayon filialına yazılı surətdə etdiyi son müraciətə müsbət cavab verilməmişdir. Ona görə də iddiaçı 19411945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X2 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb verilməsi öhdəliyinin DSMF Publik Hüquqi şəxsinin Yevlax rayon filialının üzərinə qoyulmasına dair iddia ərizəsi ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İş üzrə cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Yevlax rayon filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödəniş lərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(116)226/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb İddiaçı ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiy asının 12 və 38-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 52 və 69.5-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin ildönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X2 həyat yoldaşı olaraq maddi yardımların 2010-2020-ci illər üçün hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalıdır.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin olunmaması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 11.06.2021-ci il tarixli, 2-1(107)-249/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(116)-226/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə 1941-1945-ci illər müharibəsində Qələbənin il dönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 13.08.2018-ci il tarixdən 13.08.2020-ci ilə kimi həmin illərdə müəyyən edilmiş məbləğə uyğun olaraq hesablanıb İddiaçı ödənilməsi öhdəliyi qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12 və 38-ci maddələrinə Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1 və 32.1-1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəs inə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırsa da, iddia tələbini tam təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçının iddiası üzrə heç bir hüquqi əsas mövcud olmasa da, bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə bir dəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 22.04.2010-cu il tarixdə verilmişdir. Həmin vaxtdan isə 10 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.04.2010-cu il tarixli sərəncamında isə həmin birdəfəlik maddi yardımın əvvəlki illər üzrə birdəfəlik qaydada ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(107)-249/2021 nömrəli qərarın ləğv edilməsi, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəki li Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının oğlu Yaşar Bəşirov teleqram göndərərək, anasının iştirakı olmadan işə baxılmasını, şikayətin təmin edilməməsini xahiş etmişdir. Kasas iya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 1 1.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki qeyd edilən dəlilləri əsassızdır.
19. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
20. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 21. 1941-1945-ci illər X6 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa c əbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli Sərəncamı ilə X6 iştirakçılarına 500 manat məbləğində, X6ndə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçıl arına 200 manat məbləğində birdəfəlik maddi yardım edilməsi qərara alınmışdır. 22. 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 201-ci il tarixli Sərəncamı ilə 1941-1945-ci illər X6 iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində, X6ndə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşır ıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, X6 dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınmışdır. 23. 1941-1945-ci İkinci X6 iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik maddi yardımın əvvəlki illər üzrə ödənilməsi qaydaları qanunla müəyyən edilməmişdir.
24. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mah iyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
27. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən inzibati i craat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
28. İddiaçı işdə olan ərizəsindən və cavabdeh orqanının 18.08.2020-ci il tarixli imtina məktubunda isə göründüyü kimi isə “1941-1945-ci illər müharibəsində Qələbənin il dönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X2 həyat yoldaşı olaraq o, maddi yardımların 2010-2020ci illər üçün hesablanıb ödənilməsi üçün cavabdeh inzibati orqana 13.08.2020-ci ildə müraciət etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1941-1945-ci illər müharib əsində Qələbənin ildönümü ilə əlaqədar X6 iştirakçısı olmuş mərhum X3 həyat yoldaşı olaraq maddi yardımların 13.08.2018-ci il tarixdən – 13.08.2020-ci il tarixə kimi həmin illərdə müəyyən edilmiş məbləğə uyğun almaq hüququq vardır.
29. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11.06.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 21(107)-249/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar