Məhkəmə qərarları › İş №2-1(102)-1736/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1736/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1736/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin qoyulması, torpaq sahəsinin bazar qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər X3, X5 və X2) qarş ı “torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı və digər 3 nəfər fiziki şəxsin (hazırkı icraatda üçüncü şəxslər) birgə mülkiyyətində ünvan 1 ünvanında qeyri-yaşayış sahəsi mövcuddur.

2. Cavabdeh 25 yanvar 2019-cu il tarixdə iddiaçıya bildiriş göndərərək ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin satın alınmasını və ya satınalma hüququ ilə icarəyə götürülməsini təklif etmişdir.

3. İddiaçı 12 fevral 2019-cu il tarix də hazırkı cavabdeh orqana müraciət edərək onun mülkiyyətində olan və M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binasının altındakı 3600,0 kv.metr torpaq sahəsinin ona satılmasına razılığını bildirmiş və satınalma ilə bağlı məlumatın ona verilməsini xahiş etmişdir.

4. Cavabdeh 25 fevral 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən torpaq sahəsinin normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda, iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 36000 manat təşkil edən 3600 kv.metr torpaq sahəsi satın alınması məqsədilə iddiaçıya təklif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 28 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kvadrat metrinin 100 manat olmaqla, cəmi 3600 manat məbləğində müəyyən edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsi 1998-ci ildən onun və qeyrilərinin mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi ona bildiriş göndərərək həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin satın alınmasını təklif etmiş və razılıq olduğu halda torpağın satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəyini bildirmişdir. O, cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün təklif olunan qiymətləri barədə məlumat verilməsini xahiş etmiş və cavabdeh növbəti cavabınd a bildirmişdir ki, onun mülkiyyətində olan obyektin yerləşdiyi torpaq sahəsini hər kv.metri 10 manata, yəni cəmi 36.000 manata satın ala bilər. Təklif edilən qiymət həddindən artıq yüksək olduğundan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Mülki Məcəllənin, eləcə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinin nəzərə alınaraq torpağın qiymətinin müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, özəlləşdirməyə çıxarılmış dövlət mülkiyyətində olan əmlakın qiymətinin təyin edilməsi hüququ satıcı kimi dövlətə və onun adından çıxış edən səlahiyyətli icra hakimiyyəti orqanına məxsusdur və əmlakın dəyəri müvafiq qanunvericiliyə uyğun müəyyən edilmişdir. Be lə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-1-ci bəndinə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. ünvan 1 ünvanında özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin bazar dəyəri yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən, qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmiş dir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-820/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi Əsasnamənin 6.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdeh sahəni iddiaçıya satmaqdan imtina etmir, lakin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti hal-hazırda bazar dəyərindən aşağı olduğu halda onun qiymətləndirilməsi düzgün olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun iddiaçıya təklif edilmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)60/2020 nömrəli, 21 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər N.M.Nəsibov /sədrlik edən və məruzəçi/, V.C.Cəfərov və E.M.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-820/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kvadrat metrinin 100 manat olmaqla, cəmi 3600 manata iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan müvafiq Əsasnamənin 6-1-ci bəndinə istinad edərək təklif olunan əmlakın satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq təşəkkül tapan bazar dəyəri əsasında satılmalı olduğunu iddia etsə də, hazırkı mübahisəyə həm in bəndin tətbiqi əsassızdır. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ barədə şəhadətnamə iddiaçıya 05 mart 1998-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi müvafiq Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 377 saylı Qərarı 05 oktyabr 2016-cı il tarixdə qəbul edildiyindən iddiaçıya münasibətdə tətbiq oluna bilməz.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1296/2020 nömrəli, 2 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ca vabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)60/2020 nömrəli, 21 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halı araşdırmamış, cavabdehin təklif etdiyi qiymətin bazar qiymətinə uyğun olub-olmadığını müəyyənləşdirməmişdir. Mübahisəli torpaq sahəsində yerləşən “Avtomotoservis” məntəqəsinin qeyri-yaşayış sahəsi iddiaçıdan başqa digər 3 nəfərin-X3, X5 və X1 birgə mülkiyyətindədir. Qeyriyaşayış sahəsi 4 fiziki şəxsin birgə mülkiyyətində olduğundan həmin tikilinin yerləşdiyi torpaq sahəsi də tikilinin mülkiyyətçilərin in ümumi istifadəsindədir. İşə təkrar baxan məhkəmə cavabdehin təklif etdiyi məbləğin bazar qiymətinə uyğun olub-olmadığının araşdırılması məqsədilə torpaq sahəsinin qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin etməli, müvafiq sorğular göndərərək həmin ərazidə satılan torpaq sahələrinin qiymətini müəyyən etməli, qeyri-yaşayış sahəsinin digər mülkiyyətçilərini işə cəlb edərək əsaslı qərar qəbul etməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2019-cu ildə yarandığından hazırkı iş üzrə həmin zaman qüvvədə olan maddi hüquq norması kimi “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-1-ci bəndi tətbiq edilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Sumq ayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərardadı ilə qeyri yaşayış sahəsinin birgə mülkiyyətçiləri - X3, X6 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

17. Üçüncü şəxslər 30 mart 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin iddiaçı və cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Eyni zamanda üçüncü şəxslər məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya satılmasına etiraz etmədiklərini bildirmişlər.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 ok tyabr 2020-ci il tarixli qərardadı ilə mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi “Ekspert” LTD firmasına həvalə edilmişdir. 19. “Ekspert” LTD müəssisəsinin 4 dekabr 2020-ci il tarixli rəyinə əsasən ünvan 1ndə yerləşən həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019cu ilin yanvar-fevral ayları üçün 1 manat 80 qəpik təşkil etmişdir. ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiyməti 2019-cu ilin yanvar-fevral ayları üçün 6500 manat təşkil etmişdir.

20. İddiaçı ilkin tələbində torpaq sahəsinin 3600 manat məbləğində müəyyən edilməsini tələb etsə də, məhkəmə kollegiyasının iclasında ekspertin rəyinə uyğun olaraq iddia tə ləbini dəqiqləşdirərək, ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiyməti 6500 manat qiymətləndirilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etmə yə borcludur.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)34/2021 nömrəli, 9 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-820/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin olunaraq ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv m torpaq sahəsinin bazar qiyməti 6500 manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh 25 fevral 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq “Qiymətləndirmə fəali yyəti haqqında” Qanuna uyğun olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin dəyərinin 36000 manat təşkil etməsini bildirsə də, həmin qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq müəyyən edilməmişdir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 19 iyul 2019-cu il tarixdə cavabdehə məktub ünvanlanaraq torpaq sahəsinin bazar dəyəri barədə qiymətləndiricinin rəyi tələb edilmiş, yalnız bundan sonra məhkəmənin sorğusuna cavab vermək zərurəti yarandığından cavabdeh təşkilat “X10” MMC- yə müraciət etmiş və sonuncu tərəfindən “Dövlət əmlakının qiymətləndirilməsi” barədə 01 avqust 2019-cu il tarixli rəy verilmişdir. Rəyə əsasən, mübahisəsi gedən torpaq sahəsinin bazar qiyməti 36000 manat müəyyən edilmişd ir. Bununla da müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 25 fevral 2019-cu tarixdə torpaq sahəsinin qiymətinin 36000 manat olduğunu bildirsə də, qoyulmuş qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq müəyyən edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə zamanı “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 4 dekabr 2020-ci il tarixli rəydə ayrı-ayrı ekspertlərin, qiymətləndirici mütəxəssislərin ümumiləşdirilmiş rəylərinə, birja-bazar məmulatlarına, hüquqmüəyyənedici və texniki sənədlərə və s. məlumatlara istinad edilmiş, plan-sxem çəkilmiş, fotoşəkillər çəkilmiş, internet məlumatlarından istifadə edilmiş, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metoduna üstünlük verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş rəy isə bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsində “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş rəyi daha mötəbər sübut hesab etmişdir.

24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

25. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1335/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-34/2021 nömrəli, 9 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə zamanı “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 27/E saylı 04 dekabr 2020-ci il tarixli rəydə ayrı-ayrı ekspertlərin, qiymətləndirici mütəxəssislərin ümumiləşdirilmiş rəylərinə, birja-bazar məm ulatlarına, hüquqmüəyyənedici və texniki sənədlərə və s. məlumatlara istinad edilmiş, plan-sxem, fotoşəkillər çəkilmiş, internet məlumatlarından istifadə edilmiş, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metoduna üstünlük verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş rəy bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Məhkəmə kollegiyası da torpaq sahəsinin qiymətləndirilməsi barədə cavabdehin rəyini mötəbər sübut kimi qəbul etmək üçün əsas görməmişdir. Eyni əsasla məhkəmə kollegiyası apellyasiya məhkəməsinin aldığı qiymətləndirmə hesabatını mötəbər hesab etməmişdir.

27. Qiymətləndirmə aktında 2020-ci ildə aparılmış 5 alqı-satqıya istinad edilmiş, istinad edilən alqı-satqıların həqiqətən mübahisə olunan əraziyə aid mövcudluğu, hesabatda göstərilən məbləğdə alqı-satqı məbləği olması, notariat ofislərində müqavilələrin təsdiq olunması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həm “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsi, həm də Əsasnamənin 6-1-ci bəndi tələb edir ki, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat m əhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Əmlakın bazar qiymətinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsində münasibət bildirilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi Şabran şəhərində yerləşən mübahisə olunan 3.600 kv.metr torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi barədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmamışdır.

29. İddiaçı da iddia ərizəsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarına istinad edərək Şabran rayon Notariat Kontoruna sorğu göndərilərək torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində həmin ərazidə satılan torpaqların qiymətinin müəy yən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı sorğular edilməmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

30. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)94/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, G.F.Tağızadə və F.Ə.Məmmədov) mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. 31. "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli, 083/Mİ/22 saylı rəyinə əsasən ünvan 1ndə yerləşən həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019-cu ilin birinci rübü üçün 2 manat 90 qəpik, hazırkı bazar qiyməti isə 4 manat təşkil etmişdir.

32. İddiaçı iş üzrə alınmış mütəxəssis rəyinə əsasən iddia tələbini dəqiqləşdirərək ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 manat qiymətləndirilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, G.F.Tağızadə və F.Ə.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-820/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 (on dörd min dörd yüz) manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin torpağın qiyməti ilə bağlı təklif etdiyi qiymətləndirmə rəyində hansı təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulmasının müəyyən edilməməsi səbəbindən həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun aparılmış araşdırma zamanı notarial qaydasında müvafiq alqı-satqı müqavilələrinin əldə edilməsinin mümkün olmaması səbəbindən qeyd edilən Qanunun tələblər i nəzərə alınmaqla müvafiq qiymətləndirmə rəyinin əldə edilməsi məqsədilə "xxxx" MMC-nin rəyi əsasında torpağın 1 kv.metrinin müəyyən olunmuş 4 manat qiyməti iddiaçı tərəfindən qəbul edilərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edildiyindən və bu qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin tələblərinə zidd olmamaqla mötəbər sübut kimi qəbul edilə bilindiyindən ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 (on dörd min dörd yüz) manat müəyyən ed ilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir.

35. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müraciəti əsasında “X10” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən mübahisəli torpaq sahəsinin dəyərinin 36 000 manat olmasına dair verilmiş qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul etməyərək, qeyd etmişdir ki, qeyd edilən rəy 1 vərəqdən ibarət olmaqla qiymətləndirmə barədə hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparılması, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə h eç bir qeyd aparılmamış, yalnız aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36 000 manat qiymət qoyulmuş və bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır.

37. Bu səbəbdən, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli, 083/Mİ/22 nömrəli rəyi daha mötəbər sübut kimi qəbul etmişdir.

38. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli, 083/Mİ/22 nömrəli rəydə də hansı metodla qiymətləndirmənin aparılması, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir konkret məlumat qeyd edilməmişdir.

39. Belə ki, “AB Consultinq" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli, 083/Mİ/22 nömrəli rəydə “Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislərimiz t ərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də mülki iş materiallarında olan məlumatlardan istifadə edilmişdir” qeyd edilmişdir.

40. Lakin qiymətləndirici hansı operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən istifadə etdiyini açıqlamamış, bu barədə hər hansı konkret faktlara istinad etməmişdir.

41. Qiymətləndirici sadəcə torpaq sahəsi barədə bəzi faktiki məlumatları (harada yerləşməsi, sahəsinin nə qədər olması, mülkiyyət növü, istifadə təyinatı və s.) qeyd etməklə həmin torpaq sahəsinin 1 kv.metrinin bazar dəyərinin 2019-cu ilin birinci rübü üçün 2 manat 90 qəpik, hazırkı bazar dəyərinin isə 4 manat təşkil etdiyini qeyd etmişdir.

42. Beləliklə, qeyd edilən rəyin mötəbərliyi kifayət qədər şübhə doğursa da, məhkəmə heç bir əsas olmadan cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirici rəyini qeyri-mötəbər, "xxxx" MMC-nin rəyini isə mötəbər sübut kimi qəbul edərək sübutlara obyektiv hüquqi qiymət verməmişdir.

43. Qeyd edilənlərdən əlavə, iddiaçı tərəfindən iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddianın dəyişdirilməsi və apellyasiya məhkəməsinin də dəyişdirilmiş tələbi təmin etməsi prosessual normaların aşkar surətdə pozulması ilə müşayiət olunmuşdur.

44. Belə ki, İnzibati Prosessual Məcəllənin apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraata aid normaları müəyyən edən fəslində apellyasiya instansiyası mərhələsində iddianın dəyişdirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.

45. İddiaçı ilkin olaraq birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində torpaq sahəsinin ona 3600 manata satılmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə torpaq sahəsinin ona 14400 manata satılmasını xahiş etmişdir.

46. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizənin verilməsinə prosessual normalar yol vermədiyindən apellyasiya instansiyası məhkəməsi həmin ərizəni icraata qəbul etməməli idi.

47. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən həmin məhkəməyə təqdim edilmiş torpaq sahəsinin normativ qiymətlə özəlləşdirilməsi barədə ilkin iddiaya baxmış və iddia əsassız olduğundan onun rədd edilməsi barədə qərar qəbul etmişdir.

48. Birinci instansiya məhkəməsi torpaq sahəsinin normativ qiymətlə deyil, bazar dəyəri ilə satılmalı ol masını əsas gətirməklə iddianı rədd etmişdir.

49. Apellyasiya məhkəməsi də qərarında torpaq sahəsinin bazar dəyəri ilə satılmalı olması ilə razılaşmışdır.

50. Belə olduğu təqdirdə, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas mövcud olmamışdır. Çünki birinci instansiya məhkəməsində hansı tələb irəli sürülmüşdürsə, həmin tələbə də baxılaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində torpaq sahəsinin 14400 manata satılmasına dair tələb irəli sürülməmişdir ki, məhkəmə də həmin tələbi təmin etsin. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsində torpaq sahəsinin 3600 manata satılması tələbi irəli sürülmüşdür ki, həmin tələb də əsassız olduğundan rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsində araşdırmanın pre dmeti olmamış əsasa görə (torpaq sahəsinin 14400 manata satılmalı olub-olmaması əsasına görə) birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddianı təmin etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 52. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

5. Məcburi qiymətləndirmə halları... dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına verildikdə;... Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göst əricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 53. “Torpaqların dövlət ehtiyacları alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

54. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”:

1. Bu Əsasnamə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahat ı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra "Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir....

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır....

8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.... Özəlləşdirilən dövlə t müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər....

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektl ərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”:

1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssi sə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).

3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lə nkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir....

6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir....

56. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənəd ləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətç inin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

60. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetin i yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

61. Məhkəmə kollegiyası hesab ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

62. Apellyasiya instansiyası məhkəməsi həmçinin istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiy a məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

63. Bununla yanaşı, kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

64. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı tərəfindən iş apellyasiya məhkəməsinin icraatında olan zaman iddianın dəyişdirilməsi və apellyasiya məhkəməsinin də dəyişdirilmiş tələbi təmin etməsi prosessual normaların aşkar surətdə pozulmasıdır. Çünki birinci instansiya məhkəməsində hansı tələb irəli sürülmüşdürsə, həmin tələbə də baxılaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində torpaq sahəsinin 14400 manata satılmasına dair tələb irəli sürülməmişdir ki, məhkəmə də həmin tələbi təmin etsin. Yuxarıda qeyd edildiyi kimi, birinc i instansiya məhkəməsində torpaq sahəsinin 3600 manata satılması tələbi irəli sürülmüşdür ki, həmin tələb də əsassız olduğundan rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsində araşdırmanın predmeti olmamış əsasa görə (torpaq sahəsinin 14400 manata satılmalı olub-olmaması əsasına görə) birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddianı təmin etmişdir.

65. Sözügedən dəlillə bağlı olaraq kollegiya qeyd edir ki, apellyasiya məhkəməsində iddiaçı tərəfindən verilmiş ərizə ilə torpaq sahəsinin bazar qiymətinin 14400 manat qiymətləndirilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması tələb edilərkən iddianın predmeti və növü dəyişməmişdir. Belə ki, hazırkı işdə iddianın predmeti torpaq sahəsinin bazar qi ymətinə uyğun satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı ərizə verərkən iddianın predmetini dəyişməmiş, əksinə yenə də eyni predmeti üzrə tələbini müdafiə etmiş, yalnız məbləğlə bağlı dəyişikliyə getmişdir. Bu hal isə iddianın predmetinin dəyişməsi demək olmadığından, eləcə də iddianın növü və tələbin cavabdehi də dəyişməz qaldığından, İPM-in 13-cü maddəsi baxımından apellyasiya məhkəməsi dəqiqləşdirilmiş ərizəni icraata qəbul etməklə ona baxmaqda haqlı olmuşdur.

66. Mübahisənin mahiyyəti ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə görə cavabdeh mübahisəli torpaq sahəsini satarkən əvvəlcə normativ qiyməti nəzərə almalı, sözügedən normativ qiymətin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı -satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduğunu müəyyən etdikdə isə həmin torpaq sahəsinin qiymətləndirilməsini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparmaqla onun bazar dəyərini müəyyən etməlidir.

67. Hazırkı mübahisə üzrə tərəflər torpağın bazar dəyəri əsasında satılmalı olduğunu qəbul edirlər. Onların arasındakı mübahisə bazar dəyərinin hansı məbləği təşkil etməsi ilə bağlıdır.

68. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh sahəni bazar dəyərindən satmalıdır. Lakin həmin bazar dəyərinin hansı məbləği təşkil etdiyini müəyyən edərkən cavabdeh hədsiz mülahizə səlahiyyətinə də malik deyildir. Başqa sözlə, cavabdeh təklif etdiyi məbləğin məhz konkret halda bazar dəyərini təşkil etdiyini sübu t etmək vəzifəsi daşıyır. Bu mənada, hazırkı işin halları baxımından cavabdeh iddiaçıya təklif etdiyi 36000 manat məbləğin sözügedən torpaq sahəsinin bazar dəyərini təşkil etdiyini sübut etməlidir.

69. Hazırkı işin halları baxımından müəyyən olunur ki, cavabdeh bu halı sübut etmək üçün “X10” MMC tərəfindən verilmiş 01 avqust 2019-cu il tarixli rəyə istinad etmişdir. Kollegiya nəzərə alır ki, artıq bu iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1335/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli əvvəlki qərarı ilə torpaq sahəsinin qiymətləndirilməsi barədə cavabdehin rəyi mötəbər sübut kimi qəbul edilməmişdir. Çünki həmin rəy bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Bundan başqa, iddiaçıya torpaq sahəsinin 36000 manat bazar dəyərindən satın alınmasını cavabdeh 25 fevral 2019-cu il tarixdə təklif etdiyi halda, sözügedən rəy 01 avqust 2019-cu il tarixdə verilmişdir. Bu isə ona dəlalət edir ki, ilkin olaraq torpaq sahəsinin bazar dəyərini 36000 manat məbləğində müəyyən edərkən cavabdeh həmin məbləği “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq müəyyən etməmişdir.

70. Ali Məhkəmənin əvvəlki qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq sahənin bazar dəyərini müəyyən etmək üçün təkrar apellya siya baxışında məhkəmə tərəfindən lazımi araşdırmalar aparılmışdır. Həmin araşdırmalar nəticəsində notariat orqanlarına müvafiq sorğular edilsə də, torpaq sahəsinin yerləşdiyi ərazidə bazar dəyərini müəyyən etməyə kömək edəcək notariat əməliyyatlarının aparılmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə sahənin bazar dəyərini müəyyən etmək üçün mütəxəssis rəyi almalı olmuşdur. "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli, 083/Mİ/22 saylı rəyinə əsasən ünvan 1ndə yerləşən həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019-cu ilin birinci rübü üçün 2,9 manat, hazırkı bazar qiymətinin isə 4 manat təşkil etdiyi müəyyən olunmuşdur.

71. Kollegiya həmin rəydə göstərilmiş qiymətin bazar qiyməti kimi qəbul edilməli olduğuna dair apellyasiya məhkəməsinin gəldi yi nəticə ilə razılaşır. Belə ki, həmin rəy lazımi qaydada əsaslandırıldığından sübut kimi qəbul edilə bilər. Digər tərəfdən isə həlledici məsələ kimi nəzərə alınmalıdır ki, sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq cavabdeh özünün təklif etdiyi məbləğin torpaq sahəsinin bazar dəyərini təşkil etdiyini sübut edə bilməmişdir. Cavabdeh həmçinin məhkəmə mübahisələrinin davam etdiyi uzun müddət ərzində də özünün bildirdiyi məbləğin bazar dəyərini təşkil etdiyinə dair hər hansı sübut da təqdim etməmişdir.

72. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikay ətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar