Məhkəmə qərarları › İş №2-1(102)-1736/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1736/2025

02.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1736/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: elektron alış aktlarının ləğv olunması qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(104)-131/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçınə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. 2. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinə 2023-cü ilin mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə verilmişdir. 3. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim olunmuş bəyannamədə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq dəqiqləşmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur. 4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərar ilə cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC-yə 2023-cü ilin hesabat dövrü üzrə 2.313.604,41 manat məbləğində mənfəət vergisi hesablamışdır.

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarına əsasən xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. 6. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfin dən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlində İddiaçı xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, **********5008100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 2313604.41 manat əlavə vergi məbləğləri hesablamışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Hesab edirlər ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarda hesablamanın xərci təsdiq edən sənədlərin olmamasına əsasən aparılması qeyd edilmişdir. İddiaçı tərəfindən xərclərin təsdiq edilməsi barədə sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubuna iddiaçı tərəfindən cavab ola raq qeyd edilmişdir ki, vergi orqanı tərəfindən tələb edilən elektron alış aktları, elektron qaimə fakturalar və digər xərc sənədləri faktiki olaraq AVİS altsistemində mövcuddur. Həmin sənədlər faktiki olaraq vergi orqanı tərəfindən qeydiyyata alınır və elektron olaraq qeydiyyat nömrəsi təqdim edilir. Müvafiq sistemlər vergi orqanının bazasında mövcuddur. Həmçinin, vergi orqanı tərəfindən eyni səbəb ilə, yəni xərc sənədləri nəzərə alınmadan 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş və müəssisəyə həmin dövr üzrə əlavə hesablamalar aparılmışdır. Həmin qərar iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsində mübahisələndirilmiş, iddia tələbi təmin edilmişdir. İş üzrə vergi orqanı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti də təmin edilməmiş, iddia tələbinin t əmin edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan təkrarən şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı bununla əlaqədar vergi orqanına dəfələrlə müraciət etmiş, lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.

9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 21(114)-3102/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbu l edilmiş xx.xx.2024-cü il tarixli, **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş cari mənfəət vergi bəyannaməsində (Hesablama metodu ilə təqdim edilmiş bəyannamənin) “Xammal və materiallar” (221.3cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər ” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu), və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 74.892.325,97 manat məbləği ilə əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”-nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat), cari il ərzində elektron əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği 1.779.897,33 manat, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların 55480,00 manat məbləği, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyanamələr i”-nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) və 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən 1.835.377,33 manat bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin 2.724.949,00 manat çıxılması nəticəsində yaranan (0 manat) məbləğin müqayisəsi nəticəsində 74.892.325,97 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyat lar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi 77258765,20 manat bəyannamənin aid olduğu ilin müvafiq idxal edilmiş 55480.00 manat, elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 732432,50 manat və alış aktları 658355.00 manat əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi 1446267.50 manat məbləğdən - ********.70 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin kənarlaşmalar aradan qaldırılmadığı üçün, kameral vergi yoxlaması ilə əlavə vergi hesablanaraq idarənin xx.xx.2024-cü il tarixli, **********5008100 nömrəli qərar ı vergi ödəyicisinə göndərilmişdir. Araşdırmalara əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində 75.548.153,15 manat dəyərində mallar ixrac edilmiş və malın dəyəri olaraq 74.533.816,20 manat əks etdirilməsinə baxmayaraq xərc sənədləri baza məlumatlarına əsasən öz əksini tapmamışdır. Bu səbəbdən xərclər Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 62.965.794,17 (75.548.153,15*5/6) olaraq qiymətləndirilərək xərc kimi nəzərə alınmışdır. İddiaçı tərəfindən 03 yanvar - 13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı 11 yanvar-21 fevral 2023-cü il tarixlər arası ləğv edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2- 1(114)-3102/2024 saylı qərarı ilə (hakim X4) İddiaçı MMC tərəfindən verilmi ş iddianın təmin edilməsi, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır.

12. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən iddiaçı tərəfindən 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə alış aktlarının ləğv edilməsinə-iddiaçının xərclərini təsdiq edən sənədlərin olmamasına əsaslanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına i stinadən qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarından görünür ki, 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə həmçinin, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlinə münasibət bildirərək qeyd edir ki, həmin cədvəldə İddiaçı 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyinin qeyd edilməsinə baxmayaraq, həmin sənədlərlə alış aktlarının İddiaçı MMC tərəfindən ləğv edilməsi təsdiq olunmur. Belə ki, yuxarıda qeyd olunan Qaydaların tələbinə görə, alış aktları ləğv edilərkən də vergi ödəyicisi tərəfindən gücləndiril miş elektron imza vasitəsilə imzalanmalıdır. Lakin göründüyü kimi həmin cədvəldə alış aktlarının ləğv edilməsinin iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanması əks olunmur.

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-131/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X7 (məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 21(114)-3102/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.

17. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 23.1.1, 24.1.1, 24.1.2, 37.1, 37.2, 37.4, 67, 67.1, 67.14, 67.17, 70.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

19. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydala rının 2.1-ci bəndinə əsasən elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İntern et Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi- AVİS vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron alış aktının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. Göründüyü kimi Qaydalarda birmənalı olaraq elektron alış aktının vergi ödəyicisi tərəfindən hazırlandığı, bunu üçün İnternet Vergi İdarəsinə daxil olaraq gücləndirilmiş elektron imza vasitəsilə müvafiq imzalamanın həyata keçirildiyi öz əksini tapmışdır. Yəni, həmin imza elektron qaydada olduğu üçün cavabdeh tərəfindən onun təq dim edilməsi mümkün deyil. Əksinə ləğv edilmiş elektron alış aktlarının imzalanmaması barədə sübutun cavabdehdən istənilməsi tamamilə absurd olmaqla məhkəmə tərəfindən qərəzli yanaşmanın olduğunu göstərir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlar ının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.... Maddə

2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.... Maddə

3. Vergilərin müəyyən ed ilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəm əyə məcbur edilə bilməz.... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, verg i ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydaları:

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.

2. Elektron alış aktının tərtib edilməsi 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.

3. Elektron alış aktının tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. 3.4. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvilqəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır. 3.5. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludu r. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışını n hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışd ır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

27. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvinə nail olmaqdan ibarətdir.

28. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı iddiaçı barəsində qərar qəbul edərkən konkret faktlara deyil, ehtimallara əsaslanmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və həmin qərarın lə ğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını zəruri hesab edir.

30. İddia tələbindən də göründüyü kimi iddianın əsası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş bir inzibati akt təşkil edir. Cavabdeh belə bir inzibati aktın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı 03 yanvar-13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxsdən alınmış mallara görə alış aktlarını 11 yanvar-24 fevral 2023-cü il tarixlər arası dövrlərdə silmişdir.

31. Kassasiya şikayətində də cavabdeh bu xüsususatı vurğulayaraq bildirmişdir ki, “Axtarış & Hesabat” informasiya sistemindən alınmış məlumata əsasən iddiaçı alınmış mallara görə alış aktlarını ləğv etmiş, elektron imza vasitəsilə imzalamış və bu fakt vergi informasiya sistemində öz əksini tapmışdır. Bir sözlə gücləndirilmiş elektron imza vergi ödəyicisində olduğundan, şəxsən istifadə edildiyindən və vergi orqanının həmin imzanı görmək, müdaxilə etmək imkanı olmadığından alış aktlarının ləğv edilməsinin iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanmasının sübut kimi cavabdehdən istənilməsi tamamilə əsassızdır.

32. Cavabdeh eyni zamanda elektron alış aktına hər hansı müdaxiləni müstəsna olaraq vergi ödəyicisi tərəfindən etməyin mümkün olduğunu bildirir və bu zaman öz hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına istinad edir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisələndirilən ar qumentlə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicis i gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.

34. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş elektron alış aktlarından məlum olur ki, 2023-cü il üzrə çoxlu sayda ləğv edilmiş aktlar mövcuddur. İddiaçı isə öz növbəsində elektron alış aktlarının onun tərəfindən silinmədiyini bildirir.

35. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı və cavabdehin mövqelərinin həqiqətə uyğun olub olmaması növbəti apelyasiya baxışının predmeti olmalıdır. Apellyasiya instansiya məhkəməsi inzibati məhkəmə icraatının hər iki tərəfinin iştirakı ilə əyani şəkildə elektron vasitələrlə elektron alış aktlarının vergi ödəyicisi, yaxud vergi orqanı tərəfindən silinməsinin mümkünlüyü məsələsini müzakirə etməli, zərurət yaranarsa prosesə ixtisasla şdırılmış mütəxəssis dəvət edilməklə obyektiv həqiqətə nail olunmalıdır. Bu zaman elektron alış aktlarının kənar müdaxilə ilə və ya yalnız iddiaçının gücləndirilmiş elektron imza vasitəsilə silinməsi halı müəyyən ediləcəkdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

37. İnsan H üquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(104)-131/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar