Məhkəmə qərarları › İş №2-1(102)-1737/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1737/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1737/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın sərəncamının mübahisələndirilməsi; “işin hallarının araşdırılması”na dair prosessual qanunun tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X15, Üçüncü şəxs X3, Üçüncü şəxs A.Ə.Ağasiyevin vəkili X13 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Cavabdeh başçısının X11 və X8) “sər əncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)606/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2018-ci il 27 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə Cavabdeh başçısı tərəfindən verilmiş xx xxxx 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2002ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunmasını xahiş etm işdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə X9 məhkəmədə ona qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair” iddia ilə müraciət edən zaman ona məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh başçısının xx xxxx 1995-ci il tarixli 755 saylı sərəncamına əsasən X6 xsində fərdi evin tikintisi üçün 600 kv. metrdən ibarət torpaq sahəsi ayrılmışdır. xx xxxxxx 2002-ci il tarixdə isə X11 tərəfindən həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bu cizgidə isə həmin torpaq sahəsinin 200 kv.metrinin mülkiyyət hüquq ilə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir. X4 adına sərəncam verilən vaxt Tofiq Səmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən (Köhnə Bağlar ərazisi) 20x10 (200 kv.metr) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Cavabdeh başçısının xx xxxx 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə şəhid ailəsi kimi qardaşı X12 ayrılmışdır. O cümlədən, sözügedən sərəncama əlavə olaraq sərəncamla eyni tarixdə qardaşı X12 ayrılmış həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi özəlləşdirilmiş və özəlləşdirilərkən də torpağın koordinatları naturada müəyyən olunmuşdur. Belə olan halda, onun qardaşının qanuni istifadəsində olan və hazırda onun mülkiyyətində olan torpaq sahəsinin təkrar X6 verilməsi qanunsuzdur və onun mülkiyyət hüquqlarının pozulması ilə mənafeyinə ciddi ziyan vurur. Bakı Şəhər İcra Hakimiyyəti həmin vaxt qardaşına məxsus olan və hazırda onun mülkiyyətində olan torpaq sahəsinin təkrar Aydın Ağasiyevə verilməsinə dair x x xxxx 1995-ci il tarixli, 755 saylı sərəncamının və Badamdar qəsəbə nümayəndəsinin xx xxxxxx 2002-ci il tarixli, 43 saylı cizgisinin verilməsi ilə onun mülkiyyət hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3534/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə X12 ayrılmış torpaq sahəsi ilə Cavabdeh xx xxxx 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X5 ayrılmış torpaq sahələrinin eyni torpaq sahələri olması öz təsdiqini tapmadığından, Cavabdeh Başçısı tərəfindən verilmiş xx xxxx 1995-ci il tarixli, 755 saylı sərəncamının və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunması üçün əsas müəyyən edilmir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-606/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAH ATLARİ a. kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmadığından qərar işin faktiki halları ilə uyğunluq təşkil etmir. İddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən bütün qanuni sənədləri mövcuddur. Lakin bütün bunlara baxmayaraq, təxminən 2017-ci ilin axırlarında “xxxx” MMC onun razılığı və icazəsi olmadan mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq qazıntı işlərinə başlamışdır. İddiaçı dəfələrlə onlara müraciət edərək qazıntı işlərini dayandıraraq mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir faydası olmamışdır. Əksinə şirkət rəhbərliyi tikintini dayand ırmayacaqlarını Cavabdeh başçısının xx xxxxxxxx 2016-cı il tarixli 120 saylı sərəncamı ilə onlara ünvan 1 ünvanında yerləşən 0.54 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verildiyini bildirmişlər.

10. Cavabdeh tərəfindən xx xxxxxxxx 2016-cı il tarixli 120 saylı sərəncam qəbul edilərkən iddiaçının həmin ərazinin sahibi olduğunu nəzərə almamışdır. Halbuki, mübahisə predmeti olan torpaq sahəsi üzərində Cavabdeh deyil, onun sərəncam vermək hüququ var. Lakin buna baxmayaraq, İcra Hakimiyyətinin onun əvəzinə, onun mülkiyyət hüququnu özgəninkiləşdirərək “xxxx” MMC ona məxsus olan torpaq sahəsində tikinti işlərinin aparmasına icazə vermişdir.

11. İddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti aparan şirkət tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş, həmçinin m ülkiyyətçi olaraq razılığı alınmamışdır. Hətta sözügedən şirkət tərəfindən mülkiyyətçi olaraq İddiaçı ərazi üçün heç bir kompensasiya təklifi də olmamışdır ki, bu hal da həmin şirkətin özbaşınalığının sübutudur. 12. “xxxx” MMC vaxt qazanaraq tikinti işlərini tamamlamaq üçün X2 istifadə etmiş və demək olar ki, məqsədinə nail olmuşdur. Çünki iki ildən çox müddətdir ki, iddiaçıya kompensasiya vermədən onun torpağında tikinti işlərini apararaq pul qazanmışdır.

13. Məhkəmə iddianın predmetindən kənara çıxaraq xin qanunsuz və ziddiyyətli sənədlərinə münasibət bildirməmiş və İddiaçı sənədlərinin qanuni əsaslılığına toxunmuşdur. Halbuki İddiaçı sənədləri mübahisə predmeti olmamışdır. Eləcə də, daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi prezumpsiyası vardır. Məhkəmənin qərarında İddiaçı sənədlə ri və ünvan dəyişikliyi ilə bağlı göstərilən hallarla əlaqədar qeyd edilir ki, üçüncü şəxslə İddiaçı torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı iş materiallarında iki mötəbər sənəd mövcuddur. Belə ki, Səbail Rayon Məhkəməsində olan mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 11291 saylı rəyində birinci suala cavab olaraq X7 ayrılmış 600 kv.m torpaq sahəsində yerində baxış keçirilərkən faktiki 200 kv.m olduğu məlum olmuşdur. Eləcə də həmin rəydə 3-cü suala cavab olaraq X12 ayrılmış torpaq sahəsinin X7 ayrılmış torpaq sahəsi ilə üst- üstə düşdüyü qeyd edilmişdir. Müvafiq rəy məhkəməyə təqdim edilsə də mübahisələndirilən qərarda həmin rəyə istinad edilməmiş, eləcə də yenidən müvafiq ekspertiza keçirilməmişdir.

14. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvanın dəyişdirilməsinə əsas olaraq, Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 2478 nömrəli sərəncamında şərti ünvan “Köhnə bağlar” ərazisi kimi göstərilən 0,02 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı zaman təsdiq olunmuş yerləşmə cizgisindəki mövqeyinə uyğun olaraq xsi, T.Məmmədov küçəsi 1 ünvanı təyin edilmişdir. 15. xə torpaq sahəsi iddiaçının qardaşı X12 torpaq sahəsi ayrıldıqdan bir il sonra ayrılmışdır. Eləcə də, həmin torpaq sahəsi Cavabdeh sərəncamında 600 kv.m yazılsa da ekspert rəyinə əsasən faktiki olaraq 200 kv.m təşkil edir. Eləcə də x Cavabdeh başçısının X11nin xx.xx.2002-ci il tarixli yerləşmə cizgisini məhkəməyə təqdim etmişdir. Yerləşmə cizgisi sərəncamla eyni vaxta tərtib olunaraq vətəndaşa verilməli olduğu halda hazırki işdə xə yerləşmə cizgisi 7 ildən sonra tərtib olunmuşdur. Xüsusilə qeyd edilməlidir ki, xə torpaq sahəsinin ayrılması barədə sərəncamda 600 kv.m torpaq sahəsinin ayrılması qeyd olunsa da 7 il sonra tərtib edilmiş yerləşmə cizgisində torpaq sahəsi 200 kv.m göstərilmişdir. Bundan başqa, Cavabdeh başçısının X11nin xx.xx.2018-ci il tarixli 40 nömrəli məktubuna əsasən Cavabdeh başçısının 755 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaş X7 Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinə xx.xx.2002-ci il tarixdə qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib olunmamışdır. Həmin məktubda məlumat üçün bildirmiş lər ki, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən 20x10 (200 kv.m) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Cavabdeh Başçısının 2478 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə X12 ayrılmışdır.

16. Məhkəmə qərarını əsaslandırarkən Səbail Rayon Məhkəməsində tərəflər arasında olan başqa mülki mübahisəyə baxılarkən həmin məhkəmə heç bir hüquqi əsas olmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ünvan dəyişikliyi ilə bağlı qərar olmadan daşınmaz əmlakın dövlət reyestrində çıxarışda mübahisə predmeti torpaq sahəsinin ünvanı kimi xsi, T.Məmmədov küçəsi, 1 saylı sahə kimi qeyd edilməsini sənədlərin saxtalaşdırılması kimi qəbul edərək, göstərilən faktlarla bağlı təqsirkar şəxslərin hərəkətlərində cinayət tərkibinin əlamətləri olması nəzərə alaraq, bu barəd ə müvafiq araşdırmanın aparılıb hüquqi qiymət verilməsi üçün Bakı şəhər Səbail rayon Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərardadın çıxarılmasına istinad etmişdir. Lakin Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı əsasında Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılmış və qərardada göstərilən xüsusatlarda cinayət tərkibi olmadığından xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı tərəfindən heç bir sənəd saxatakarlığına yol verilməmişdir.

17. İşin hallarından və iş materiallarında olan ekspert rəyindən, DƏDRX-nin və X11nin məktublarından da göründüyü kimi iddiaçı tam qanuni əsaslarla mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisidir və üçüncü şəxs X1 isə tam qanunsuz və əsassızdır. b. şikayətə qarşı üçüncü şəxsin etirazları

18. Üçüncü şəxs A.Ə.Ağasiyev kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini göstərə bilməmişdir.

19. İş materialları ilə iddiaçının torpaq sahəsi ilə x ayrılan torpaq sahələrinin eyni olması təsdiqini tapmamışdır. Əksinə olaraq, iş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının müavini tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna verdiyi xx.xx.2018ci il tarixli cavab məktubundan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsi “Köhnə Bağlar” ərazisinə aid deyildir.

20. Bundan əlavə, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli 11291 nömrəli tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X12 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən A.Ə.Ağasiyev ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda ilkin olaraq xx.xx.2017-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış x ünvan 4 ünvanlar deyildir.

21. Göründüyü kimi, ekspert rəyi ilə təsdiq edilmişdir ki, x Səbail rayonu İcra Hakimiyyətinin başçısının 755 saylı, xx xxxx 1995-ci il tarixi sərəncamı ilə ayrılmış torpaq sahəsinin ünvanı ünvan 5ir. İddiaçının isə xx xxxxxxx 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışla mülkiyyətində olan sahəsi “Köhnə Bağlar” ərazisinə aiddir. c. məhkə mə icraatı iştirakçılarının izahatları

22. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

23. Üçüncü şəxs A.Ə.Ağasiyev və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə cavabdehin və digər üçüncü şəxsin iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üz rə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

25. Mülki Məcəllə: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əv əzedilməz əşyalar sayılır...

26. Torpaq Məcəlləsi: Maddə

4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağı dakı səbəblərdən irəli gəlir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: - “...iddiaçının xsində yerləşən 0,02 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etməsinə əsas qardaşı X14 tərəfindən Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsini iddiaçıya bağışlamasına dair xx xxxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi olmuşdur. Həmin bağışlama müqaviləsində torpaq sahəsinin ünvanı x göstərilsə də, lakin həmin torpaq sahəsi İddiaçı bağışlandıqdan sonra sonuncunun adına mülkiyyət hüququ qeydə alınarkən torpaq sahəsinin ünvanı ünvan 7ərilmişdir.”; - “...İddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsi ilk dəfə onun qardaşı Salman Rzayevin adına xx.xx.2017-ci ildə hüqu qi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilk dəfə qeydiyyata alınarkən ünvanı x idi. Lakin cəmi 13 gün sonra həmin torpaq sahəsi İddiaçı bağışlanmış və sonuncunun adına qeydiyyata alınarkən ünvanı ünvan 9”; - “Beləliklə məhkəmə tərəfindən ilkin olaraq Cavabdeh xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə X12 ayrılmış torpaq sahəsi ilə Cavabdeh xx xxxx 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X5 ayrılmış torpaq sahələrinin eyni torpaq sahələri olması öz təsdiqini tapmadığından, Cavabdeh Başçısı tərəfindən verilmiş xx xxxx 1995-ci il tarixli, 755 saylı sərəncamının və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunması üçün əsas müəyyən edilmədiyindən, mübahisələndirilən sərəncamın və yerləşmə cizgisini n ləğv olunması üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69-cu maddələrində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir.”.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini, bu qənaətin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmasını yuxarıda istinad edilən maddi hüquq normalarının və İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya və üçüncü şəxsə aid edilən torpaq sahələrinin eyni torpaq sahəsi olmadığına, buradan da iddianın əsassızlığına dair qənaəti onda irəli gəlir ki, bağışlama müqaviləsində torpaq sahəsinin ünvanı x göstərilsə də, lakin həmin torpaq sahəsi İddiaçı bağışlandıqdan sonra sonuncunun adına mülkiyyə t hüququ qeydə alınarkən torpaq sahəsinin ünvanı ünvan 7ərilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi işin materiallarını, o cümlədən işdə iştirak edən şəxslərin dəlillərini (o cümlədən, apellyasiya şikayətinin dəlillərini) işin digər halları ilə yanaşı Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbləri nəzərə alınmaqla araşdırılmalı və qiymətləndirməli idi.

35. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sah əsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

36. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, torpaq sahəsi, onun sərhədləri ilk növbədə ona verilmiş ünvanla deyil, torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində əks etdirilmiş əsas döngə nöqtələrinin koordinatları ilə müəyyən edilir. Torpaq sahəsinin xüsusi vasitələrin köməyi ilə müəyyənləşdirilən döngə nöqtələrinin koordinatlarından fərqli ola raq, torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Bu zaman nəzərə alınmalıdır ki, torpaq sahəsinə verilmiş ünvanın dəyişdirilməsi (yeni ünvan verilməsi) həmin torpaq sahəsinin yerləşmə vəziyyətini, onun əsas döngə nöqtələrinin koordinatlarını dəyişmir.

37. Hazırkı işdə də, vəziyyət məhz belədir. İddiaçıdan əvvəl torpaq sahəsinin mülkiyyətçisi olmuş X10 adına (“x” ünvanı ilə) tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ilə bağışlama müqaviləsindən sonra yeni ünvan üzrə (“xsi, T.Məmmədov küçəsi 1) İddiaçı adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları eynidir.

38. Göründüyü kim i, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinə yeni ünvan verilsə də, həmin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları (torpaq sahəsinin yerləşmə vəziyyəti) dəyişməyib.

39. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hazırkı iş üzrə üçüncü şəxslə iddiaçı arasında mülki mübahisəyə gəldikdə, həmin mübahisə üzrə Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından da göründüyü kimi, mübahisə predmeti iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata dair çıxarış olmuşdur. Həmin çıxarışın ləğv edilməsi, etibarsız sayılması, yaxud məhkəmə qətnaməsində göstərildiyi kimi “etibarsız hesab edilməklə ləğv edilməsi”(!) isə, iddiaçının bağışlama müqaviləsinə əsasən əldə etdiyi (bağışlayanın adına tərtib edilmiş “Torpaq sahəsinin plan ı və ölçüsü” sənədində əsas döngə nöqtələrinin koordinatları üzrə) torpaq sahəsi üzərində hüquqlarına təsir etmir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 20 20-ci il tarixli 21(103)-606/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar