Məhkəmə qərarları › İş №2-1(102)-1737/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1737/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1737/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: arxiv arayışı və əmək kitabçasında qeyd edilən iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İ ddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 2-1(107)-261/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il tarixində doğulmuş, 1974-1976-cı illərdə həqiqi hərbi xidmət keçmiş, 1992-1996-cı illərdə “X” kolxozunda, 06.02.1997-ci il tarixdən 19.07.2003cü il tarixinədək "xxxx" ASC-də işləmişdir.

2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə cavab dehə müraciət etmiş, cavabdeh 21.08.2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin uzun müddət fəaliyyəti olmadığı səbəbindən və maliyyə uçot sənədlərini rayon arxivinə təhvil vermədiyindən yoxlanması mümkün olmamışdır. Həmçinin, iddiaçının 1992-1996-cı illərdə keçmiş “X” kolxozunda işləməsi barədə qeydlər əmək kitabçasında olmadığından həmin illərin sığorta stajı kimi nəzərə alınması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı 23.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi arxiv arayışları və əmək kitabçasının surətinə əsasən tələb edilən 25 ildən artıq əmək stajı olması təsdiq olunur. İddiaçı həmin sənədləri cavabdehə təqdim etsə də, cavabdehə əsassız olaraq ona pensiya təyin edilməsindən imtina etmişdir. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, həmin hal qanunvericilikdə pensiya hüqu qlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının ümumilikdə sığorta stajı 17 il 4 ay 9 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. İddiaçının 1992-1996-cı illərdə “X” adına kolxozda çalışdığı müddətə dair 29.06.2020-ci il tarixli 220 saylı arxiv arayışına əsasən iddiaçı 1993 və 1994-cü illərdə minimum adam günü normasını yerinə yetirməmişdir. Eyni zamanda, arxiv arayışında edilmiş qeydə əsasən 1994-cü ilin işlənmiş adam günündə düzəlişin mövcud olduğu göstərilmişdir. Bu səbəbdən də həmin ilə dair qeydin mö təbərliyi şübhə doğurur və belə olan halda həmin ilin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçının 1993-cü ilə əsasən 3 ay stajı mövcuddur. Digər 1992, 1995 və 1996-cı illərdə iddiaçı minimum normanı yerinə yetirmiş və həmin illərə dair 3 il staj əldə etmişdir. İddiaçının sözügedən illərdə “X” adına kolxozda 3 il 3 ay sığorta stajı vardır. İddiaçının "xxxx" ASC-də çalışdığı 06.02.199719.07.2003-cü illərə aid iş stajının isə qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illərə dair əmək kitabçasında aparılan qeydlərin nəzərə alınması mümkün olmamışdır. Həmin müddət isə 6 il 5 ay 13 gün təşkil edir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərə əsasən cəmi 15 il 3 ay 17 gün, hərbi bileti üzrə 2 il 22 gün və arxiv arayışına əsasən 3 il 3 ay olmaql a, ümumilikdə 20 il 7 ay 9 gün iş stajı olduğundan iddia tələbi əsassızdır.

7. Şəki İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli 2-1(116)-228/2021 saylı qərarına əsasən (hakim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdehin üzərinə İddiaçı hüququnun yarandığı 23.06.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iş stajını təsdiq edən arxiv arayışı və əmək kitabçası təqdim etmişdir. Cavabdeh isə həmin sənədlərin mötəbərliyini şübhə altına alan heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddia tələbi əsaslıdır. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(107)-261/2021 nömrəli qərarı ilə (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli 2-1(116)-228/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarı cavabdehə 29.06.2021-ci il tarixində təqdim edilmişdir.

12. Cavabdeh 28.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 2-1(107)-261/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin əsasını imtina məktubunda və yazılı etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının əmək pensiyası təyin edilməsi üçün zəruri əmək stajı olmasa da, məhkəmə tərəfindən bu hal yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilər in yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 19. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

20. Həmin Qaydaların 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (01.01.2006-cı il tarixinədək qüvvədə olmuşdur) 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azər baycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 23. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilm əyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının zəruri sosial sığorta stajı olmadığını nəzərə almamışdır. Məhkəmə kollegiyası isə kassatorun dəlillərini əsassız hesab edir.

32. Belə ki, iddiaçının 06.02.1997-19.07.2003-cü illərdə "xxxx" ASC-də işləməsini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavab deh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

33. Hazırkı qərarın 17-22-ci bəndlərində göstərilən normaların məzmunundan, eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən isə görünür ki, iddiaçının 06.02.1997-19.07.2003-cü illərdə "xxxx" ASC-də işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

34. Bundan başqa, yuxarıda istinad olunan normalardan görünür ki, qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müə yyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

35. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1992-1996-cı illərdə “İşıqlı Ulduz” adına kolxozdakı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.

37. Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığ ı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).

38. Cavabdeh isə göstərilənlərə baxmayaraq müxtəlif əsaslarla (iş illərinin əmək kitabçasında qeyd olunmaması, qarşılıqlı yoxlama nəticəsində iş stajının təsdiq olunmaması) iddiaçıya pensiya təyin etməkdən imtina etmiş, onun iş illərini təsdiq edən əlavə sübutlar tələb etmiş, bununla da hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.

39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(107)-261/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(107)-261/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar