Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1737/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1989; FİN: xxxxxxx) cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ona aid olan hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(105)-406/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 01 dekabr 2015-ci il tarixli, 126 nömrəli sərəncamına əsasən Şamaxı rayonunun ərazisində X1ş otlaqları sahəsinin “Nəcəf” adlanan hissəsindən 65 ha torpaq sahəsi 01 dekabr 2015-ci il tarixindən 01 dekabr 2030-cu il tarixə kimi, yəni 15 il müddətinə icarə hüququ ilə onun istifadəsinə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış 07 dekabr 2016-cı il tarixli, Ş-031466 saylı bildirişdə qeyd olunmuşdur ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamına əsasən İcra hakimiyyəti ilə iddiaçı arasında bağlanmış torpaq icarəsi haqqında 01 dekabr 2015-ci il tarixli, 126 nömrəli müqavilə və həmin müqaviləyə aid Şamaxı rayon İcra Hakimiyyəti başçısının sərəncamı qüvvədən düşmüş hesab edilərək ləğv olunmuşdur. Qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə icarəsində olan 65 ha “Nəcəf” adlanan torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək X3 Torpaqları kateqoriyasına keçirilən qış otlaqlarının siyahısına daxil edilməmişdir. Cavabdeh tərəfindən 15 il müddətinə icarəyə verilmiş 65 ha torpaq sahəsinin geri alınması ilə əlaqədar 2016-cı ildən hazırkı vaxta qədər cavabdehə müraciət etsə də, müraciətlərinə cavab verilməmişdir.
3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaql a və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək X3 torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə, qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə qüvvədən düşmüş hesab olunmuşdur. Sahələr 2017-ci ildən etibarən "xxxx" MMC-nin icarəsindədir. İddiaçının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncama dair heç bir narazılığı olmamış və 2021-ci ilədək bununla əlaqədar rayon İcra Hakimiyyətinə müraciəti daxil olmamışdır. Hesab edirlər ki, 5 ildən sonra belə bir iddia tələbinin irəli sürülməsi əsassızdır.
4. İddiaçı həmçinin, vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin üzrlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, dəfələrlə Şamaxı rayon İcra Hakimiyyətinin başçısına müraciət etsə də, ona həmin otlaq sahəsinə və ölçüsünə uyğun başqa yerdən torpaq sahəsi ayrılacağına dair vədlər verilmişdir. Bu səbəbdən də o, məhkəmədə iddia qaldırmamışdır
5. Sumqayıt İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli, 2-1(118)-300/2022 nömrəli qərardadı ilə (hakim V.E.Əzizova) vəsatət təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
6. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən sərəncamın iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı həmin vaxtdan sərəncamdan xəbərdar olduğunu inkar etmir və başqa torpaq sahəsi ilə təmin olunacağına inanaraq məhkəmədə iddia qaldırmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər iddiaçının 5 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadını ləğv edilməsini, iddia müddətinin bərpası barədə vəsatətin təmin edilməsi, iddia tələbinin mümkün sayılaraq işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(105)-406/2022 nömrəli qərarı ilə (hakimlər H.Ç.Babayeva - sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassas iya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun tərtib olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
14. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində in zibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam v ə hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpası və iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq o lunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyə n olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, idd ianın növü ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Hazırkı mübahisə üzrə iddia tələbi sərəncamın ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir.
26. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının ona aid hissədə ləğv edilməsini tələb edir.
27. Həmçinin iş üzrə materiallardan görünür ki, 29 noyabr 2016-cı il tarixli sərəncam iddiaçı tərəfindən yalnız 5 il sonra, yəni 2021-ci ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, müddət məhd udiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
29. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozuldu ğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçiliyin və mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
30. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, id dia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 31. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riay ət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin veri lməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
33. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 24-27-ci bəndlərində artıq qeyd olunduğu kimi, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə mini r. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır.
34. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olmasına və məlumatlı olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, həmin sərəncamı mübahisələndirməmişdir. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçının mübahisələndirdiyi sərəncam cavabdeh tərəfindən 29 noyabr 2016-cı il tarixli qəbul edilmişdir. Mübahisələndirilən həmin sərəncamdan iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Bu barədə məlumatlı olduğu İddiaçının özü tərəfindən də etiraf olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair hər hansı məlumat aşkar edilməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlillər müddətin buraxılmasının və sərəncamın müddət ötürülməklə mübahisələndirilməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd olunan sərəncamın qəbul edildiyi tarixdən beş ildən çox müddət ərzində mübahisələndirilməməsi və nəticədə iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
35. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvinə yönəlmiş müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
36. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli 2-1(105)-406/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.