Məhkəmə qərarları › İş №2-1(102)-1737/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1737/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1737/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə D övlət Komitəsinə qarşı “pulun ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2364/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsinin məcburi köçkün və qaçqınlarına saxlamasına görə çəkdiyi xərclərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(112)-2546/2022 nömrəli qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-2546/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: O.Həsənov).

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2364/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.S. Hüseynov, hakimlər: A.Ə. Hüseyn və N.R.Həsənova) Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il ta rixli, 2-1(112)2546/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının vəkilinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Kassasiya şikayəti iddiaçının vəkili tərəfindən 13 aprel 2023-cü il tarixdə tərtib olunmuş, lakin elektron məhkəmə sisteminə əlavə olunmadığına görə kassasiya şikayətini elektron qaydada təqdim edə bilməmişdir. Bu səbəbdən də iş üzrə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət tərəfindən üzürlü səbəbdən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs i: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 31.1 İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2 Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

11. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2364/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadı 16 dekabr 2022-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi X1 təqdim edilmiş, sonuncu isə müvafiq məhkəm ə qəbzinə imza etməklə apellyasiya instansiyası məhkəməsinin qərardadını qəbul etmişdir (səh 173). İddiaçı həmin qərardaddan 28 aprel 2023-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçının vəkili ərizəsində də qərardadın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.

12. İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş olunur. İddiaçının vəkili və nümay əndə E.Vəliyev tərəfindən verilmiş ərizədə apellyasiya instansiyası məhkəməsinin qərardadının vəkil olaraq ona 12 aprel 2023-cü il tarixdə təqdim edilmiş, elektron sistemdə yaranmış nasazlıqlar üzündən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.

13. Məhkəmə kollegiyası vəkilin və nümayəndənin qeyd edilən dəlilini müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul etmir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxs ın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

15. Məhkəmə kolllegiyası hesab edir ki, mübahisələndirilən qərardad iddiaçının, xx.xx.2022-ci il tarixli etibarnaməyə (i.v.152) əsasən səlahiyyətli nümayəndəsi E.Vəliyevə 16 dekabr 2022-ci ildə sonuncuya (i.v.173) imza etdirilməklə təqdim edildiyindən kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürülmüşdür, buna görə də prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

16. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2364/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar