Məhkəmə qərarları › İş №2-1(102)-1738/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1738/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1738/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Ləman Musayevanın, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X4 və X1 iştirakı ilə) qarşı çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-186/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə xx xxx xxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı nnn 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atası X2 məxsus olması haqqında arayışın (çıxarışın) və həmin torpaq sahəsinin 5/8 hissəsinə onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(82)-1056/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın qismən təmin edilməsi, nnn 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsinin mərhum atası X2 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-186/2020 nömrəli (hakimlər Kəmalə Ab iyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-1056/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının yoxlanılan hissədə-iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “nnn 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atası X2 məxsus olması haqqında arayışın (çıxarışın) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-186/2020 nömrəli qərarından iddiaçı Ali Məhkəmənin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bu səbəbdən də kasasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmaq üçün proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə göstərilən kasasiya şikayətinin mümkünlük məsələsinə xx xxxxxx 2020-ci il tarixdə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizədə qeyd edilənlərə uyğun çıxış edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-186/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Abbas Müslümov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından kasasiya şikayəti verərək onun ləğv olunmasını və cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mərhum atası X2 adına arayışın (çıxarış) verilməsi vəzifəsinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətin qeyd hissəsində Qərarın surətinin onun faktiki yaşadığı ünvana-ünvan 2a və vəkilinə göndərilməməsini, yalnız vəkilinin yazılı müraciətindən sonra xx xxxx 2020-ci il tarixdə qərarın surəti ona göndərildiyi üçün tərəfindən kasasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan bir aylıq müddətin ötürülməməsini göstərərək, hansı səbəbdənsə məktubda qərarın guya TƏKRARƏN onlara göndərilməsinin qeyd olunmasını bildirərək qərarın o və ya vəkili tərəfindən qəbul olunmasına dair imzaları olan sənədin olmamasını bildirmişdir. Ona görə də kasasiya şikayətinə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verməmişdir. Belə ki, AR İPM-nin 94.1 maddəsinə görə kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim edildiyi gündən 1 ay müddətinə verilə bilər. Göründüyü kimi, qərarın surəti ona rəsmi olaraq 16 iyunda təqdim edilmiş, şikayət isə poçt vasitəsi ilə xx xxxx 2020-ci il tarixdə verilməklə qanunla müəyyən edilmiş müddətə əməl edilmişdir. Bütün yuxarıda qeyd edilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-1(103)-186/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 -1(103)-186/2020 nömrəli qərarının surətini xx xxxxx 2020-ci il tarixdə göndərilmişdir. İddiaçı həmin qərardan xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 1 aydan çox ötürmüşdür. Qeyd olunlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizə əsassızdır və formal xarakter daşıyır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən qərarının surəti iddiaçının iddia ərizəsində göstərildiyi ünvana göndərilmişdir.Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-186/2020 nömrəli qərarının sürətini alması barədə poçt qəbzi iş materiallarında mövcuddur (iş səh.226). Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəy yən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu səbəbdən Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı üzürsüz səbəbdən müddəti buraxmış və bu səbəbdən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçıya izah edilir ki, arzu etdiyi çıxarışın verilməsi barədə inzibati orqana müraciət etdikdən sonra və imtina aldığı halda məhkəməyə iddia ərizəsi verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar