Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1738/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçası Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X7, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödə nişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-212/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-ci il tarixdə ünvan anadan olmuş, 1979-1980-cı illərdə “N.Nərimanov” adına k olxozda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır.
2. İddiaçı əmək kitabçasına əsasən 1980-1985-ci illərdə “Çingiz İldırım” adına Politexnik İnstitutunda təhsil almış, təhsilini başa vurduqdan sonra 14 fevral 1986-cı il tarixdən BPO “Radiostroeniya”da gənc mütəxəssis kimi işə başlamışdır. Öz ərizəsi ilə 12 oktyabr 1987-ci il tarixdən işdən azad edildikdən sonra 14 oktyabr 1987-ci il tarixdə “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 1 sentyabr 1997-ci il tarixdən Şəki şəhər X1 dərnək rəhbəri vəzifəsində, 2 sentyabr 2002-ci il tarixdən Oxud kənd orta məktəbində laborant işləmiş, bir müddət sonra həmin məktəbdə dərs tədris etməyə başlamış və halhazırda yenidən laborant vəzifəsində işləyir.
3. İddiaçıya 11 fevr al 2020-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
4. X9 filialının iddiaçıya ünvanladığı 04.03.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Şəki Maddi texniki təchizat və mexanikləşdirilmiş istehsalat birliyinin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Həmçinin həmin tarixli və həmin nömrəli digər məktubda qeyd edilir ki, iddiaçı Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işləmişdir.
5. İddiaçı cavabdeh orqana ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 29.06.2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiya sı təyin olunması üçün tələb olunan sosial sığorta stajı 14 il 4 ay, pensiya kapitalı 25800 manatdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının 11 və 12-ci səhifələrdə iddiaçı barəsində olan işə girmə və işdən çıxma əmrlərinin il üzrə tarixlərində qaralama və düzəlişlər olmuşdur. Qeyd olunan nöqsanlara görə iddiaçının 01.01.2006-cı il tarixədək olan sosial sığorta stajının hesablanması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 31 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi işin hallarına uyğun tərtib edilmiş, iddianı maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 11.1, 12.1, 22-1.22-ci maddələrinə istinad edilmişdir.
8. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya TSEKin 11.02.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (11.02.2025-cü il tarixədək) İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra vətəndaşa “Sosial müavinətlər haqqında” Qanuna uyğun olaraq əlilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya əlillik 11.02.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları 11.02.2020-cı il tarixdə yaranmışdır. İddiaçının İİİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qü vvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunma sı üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçinin İİİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli 17 saylı qərarının 4.3.3-cü bəndinə əsasən: 58 il (yaş)15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay 172 ay: 12 ay = 14 il 4 aydır. Belə ki, iddiaçıya əlillik təyin olunarkən 58 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 14 il 4 ay sosial sığorta stajı və 25800 manat (58 yaş -15 = 43 x 4 = 172 /192 x 144 = 129 x 200 = 25800 manat) pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçası (02.04.1992-ci - 01.09.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən 01.01.2006-cı il tarixədək cəmi 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, 01.01.2006-cı il tarixində n 01.02.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Həmçinin arxiv arayışına əsasən 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddət əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil etmək mümkün deyildir. Həmin dövrlər daxil edilsə belə indeksləşdirmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edəcəkdir və həmin məbləğ pensiya kapitalına əlavə edildiyi halda belə tələb olunan pensiya kapitalı ödənilməyəcəkdir. Yuxarıdakılara əsasən, ümumilikdə şəxsin 28 il 1 ay sığorta stajı və 17407.71 manat pensiya kapitalı vardır. İddiaçının təqdim etdiyi İT-№1411450 əmək kitabçasının surətində 11-ci və 12-ci qeydlərdə işdən çıxma, işə daxil olma tarixləri və əmrlərinin ilində qaralama-düzəliş olmuşdur. Buna görə də 01.04.1992-ci ildən 02.09.2002-ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmin əmək kitabçasının 10-cu və 11-ci qeydlərini təsdiq edən möhür Azərbaycan Kənd təsərrüfatı və Ərzaq Nazirliyinin rəsmi möhürüdür. Bilindiyi kimi, 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini indiki dövrə qədər davam etdirir. Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin fəaliyyət dövrü 1992-1993-cü illər olduğu halda, iddiaçının əmək kitabçasında 01.10.1996-cı il tarixli fəaliyyəti həmin Nazirliyinin möhürü ilə təsdiq olunmuşdur. Buradan aydın olur ki, əmək kitabçasında düzəlişlər edilmiş və gerçəyi əks etdirməyən, əmək stajının müddətinin və pensiya kapitalının məbləğinin artırılması üçün yalan məlumatlar daxil edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-191/2021 saylı iş) 26 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsi X9 filialının 04.03.2020-ci il tarixli 210 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Qanunun 19cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavab deh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kitabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdim edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Baxılan işdən cavabdehin araşdırma aparması müəyyən olunmur. Əksinə iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi əmrlərin surətindən müəyyən olunur ki, “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsinin 1994-cü il tarixli 21 nömrəli əmri ilə körpə uşağı olduğu üçün öz hesabına məzuniyyət buraxılmış, 02.09.1995-ci il tarixli 59 nömrəli əmrlə 3 ay müddətinə öz hesabına məzuniyyətə buraxılmışdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b ) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X5 və X6, 2-1(107)-212/2021 saylı iş) 18 iyun 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 29 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 28 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Şikayətin dəlilləri iddiaya dair etirazın dəlilləri ilə ey nidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. (-); Maddə 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaş ması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67....Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda möv cud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu: 67-ci maddənin birinci hissəsi. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşd ür): 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, ba xılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
87. Apelya siya instansiyası məhkəməsində icraat (-). 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olundu ğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. İddiaçı işlədiyi illər sosial sığorta stajına daxil edilməklə İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, zəruri miqdarda sığorta stajı və pensiya kapitalının olmadığını bildirən cavabdeh əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
28. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının əmək kitabçasında qaralama-düzəliş aparıldığına görə 01.04.1992-ci il tarixdən 02.09.2002-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməmiş, nəticədə iddiaçının zəruri miqdarda pensiya kapitalı mövcud olmamışdır.
29. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 30. “Əmə k pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələbinə görə İİİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:
1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;
2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu araşdırılmalıdır.
31. Cavabdeh hesab edir ki, iddiaçının əlilliyi 58 yaşında müəyyən edilmişdir. Əmək qabiliyyətli yaş dövrü 43 ildir. 14 il 4 ay sosial sığorta stajı və 25.800 manat pensiya kapitalı olduğu halda əlilliyə görə pensiya hüququ yarana bilər. Əmək kitabçasında olan 1992-2002-ci illər nəzərə alınmadığından və kolxozda işlədiyi illər əmək kitabçasında göstərilmədiyindən zəruri miqdarda sığorta stajı və pensiya kapitalı mövcud olmamışdır.
32. X9 filialının iddiaçıya ünvanladığı 04.03.2020-ci il tarixli 210 nömrəli məktubundan müəyyən edilir ki, Şəki Maddi texniki təchizat və mexanikləşdirilmiş istehsalat birliyinin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Həmçinin həmin tarixli və həmin nömrəli digər məktuba əsasən müəyyən edilir ki, iddiaçı Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işləmişdir.
33. İddiaçının işlədiyi vaxt qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
34. İddiaçının 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işlədiyi dövr faktik olaraq onun sığorta stajına daxil edilməli olduğundan bu hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. İddiaçının 1992-2002-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması 1986-cı ildə tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunur.
36. Lakin əmək kitabçasında olan məlumatlardan görünür ki, 11 və 12-ci səhifələrdə iddiaçı barəsində olan işə girmə və işdən çıxma əmrlərinin il üzrə tarixlərində pozuntu aparılmışdır.
37. Cavabdeh bu barədə apelyasiya şikayətində də bildirmiş, lakin apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinin əksinə olaraq şikayətin dəlilinə münasibət bildirməmişdir.
38. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
39. İddiaçının 1992-2002-ci illərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası olmuşdur. Lakin əmək kitabçasında iddiaçının fəaliyyətini göstərən hə min dövrə aid məlumatlarda pozuntu aparıldığına görə həmin məlumatların həqiqətə uyğun olubolmaması araşdırılmalı, zərurət olarsa arxiv müəssisələrinə, iş yerlərinə, yuxarı tabe orqanlara sorğu edilməlidir.
40. Qanunvericiliyə görə iddiaçı əlilliyə görə lazım olan sığorta stajına malik olsa da, cavabdehin qeyd etdiyi kimi, 1992-2002-ci illər iddiaçının sığorta stajına daxil edilmədiyi halda onun tələb olunan pensiya kapitalı mövcud olmayacaqdır.
41. Odur ki, əmək kitabçasında göstərilən 1992-2002-ci illərin iş stajının həqiqiliyi yoxlanılmalı olduğundan cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsind ə şikayət təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-212/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.