Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1738/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli iş stajı ilə bağlı işin hallarının tam araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx. 1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddət güzəştli şərtlərlə iş stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(107)-69/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, təhsil almış, hərbi xidmətdə olmuş və xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək kimya sexində 4-cü dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək kimyəvi su təmizləmə üzrə 4-cü dərəcə aparatçı vəzifələrində işləmişdir və xx.xx.1989-cu il tarixdən növbə rəisi vəzifəsində işləyir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahısında nəzərdə tutulmamışdır. İddiaçının güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş müddətdən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddət güzəştli şərtlərlə iş stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Ağdaş rayonunun Ərəb kəndində doğulmuş, xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək Bakı Politexnik Texnikumunda təhsil almış, xx.xx.1980-cı ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1982-ci ildə hərbi xidmətdən qayıtmışdır. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Kimya sexinin “Əməliyyat heyətində” Sənaye tullantılarının kompleks təmizlənməsi sahəsində 4-cü qrup çilingər vəzifəsinə başlamışdır. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kimya sexinin “Əməliyyat heyətində” 4-cü dərəcəli elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə “Əməliyyat heyətində” elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə 4-cü qrup aparatçı vəzifəsində işləmişdir. Bütün bunlar nəzərə alınaraq xx.xx.1982-ci il tarixdən hal-hazıradək işlədiyi vəzifələr ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, xidməti yoxla ma zamanı müəyyən edilmişdir ki, iddiaçının Mərkəzi Filialla təqdim etdiyi "xxxx" ASC "xxxx" MMC-nin 07-122 və 07-123 nömrəli arayışlarında onun sözügedən müəssisədə işlədiyi sahə və vəzifələrin Siyahıda işlədiyi sahəyə və vəzifəyə uyğun olması barədə məlumat göstərilməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1982-ci il tarixindən bü gunədək işlədiyi “Azərbaycan DRES”in Kimya sexində Sənaye tullantılarının kompleks təmizlənməsi sahəsində çilingər, elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər, kimyəvi su təmizləmə üzrə aparatçı və Kimya sexinin növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası hüququ verən islahatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır.
6. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 18 oktyabr 2023-cü il tarixli, 21(116)-1906/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddət iddiaçının güzəştli iş stajına daxil edilməklə, ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-cı ildə doğulmuş və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Eyni zamanda, iddiaçı xx.xx.1982-ci il tarixdən hazırkı vaxtadək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışır. İddiaçının əmək fəaliyyəti müddəti tələb olunan – ümumi və xüsusi müddətdən çoxdur. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər iki tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili iddiaçının güzəştli iş stajının müəyyən edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin həmin dəlillini əsassız hesab etmişdir. Belə ki, iddiaçının xx.xx.1982-ci ildən “Azərbaycan DRES”-nin ("xxxx" MMC) Kimya sexində işlədiyi müxtəlif peşələr güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin altqrupunda, 2140200b—24043 kodu altında “növbə rəisləri” peşəsi qeyd olunmuşdur. İddiaçının əmək fəaliyyəti qazan turbin sexinin işini təmin edən kimya sexi ilə əlaqədar olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1989-cu ildən hazırkı tarixədək “növbə rəisi” vəzifəsində işlədiyi müddət ona güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj sayılmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İşin xarakteri” haqqında arayışda gös tərilmişdir ki, 8 saatlıq iş günü ərzində 1-2-3-4-cü sinif təhlükəli,səs-küylü,havanın hərəkət surəti,iş yerində havanın temperaturu, CO2, karbon qazı, titrəmə, lokal, ümumi əməyin yeknəsəkliyi, əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. Buna görə də iddiaçının işlədiyi müddət ərzində xx.xx.1982-ci il tarixdən xx.xx.1990-ci ilədək “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona 16% və xx.xx.1990-ci ildən hazırkı vaxtadək 12% miqdarında əlavə əmək haqqı ödənilir.
9. Sonda məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əs as yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçası məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul etmiş və hesab etmişdir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ R.R.Rəfiyev və G.İ.Cavadova) 22 fevral 2024-cü il tarixli, 21(107)-69/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilmə məsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşd ırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv e dilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, yaş həddi, eləcə də ümumi və güzəştli iş stajının minimum müddəti ilə bağlı qanunla müəyyən edilmiş tələbləri ödəmiş olmalıdır. Odur ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının qanunla müəyyən edilmiş yaş həddinə çatması, eləcə də qanunla müəyyən edilmiş müddətdə ümumi və güzəştli iş stajına malik olub-olmamasına dair şərtlər birlikdə yoxlanılmaqla hüquqi qiymətləndirilmə aparılmalıdır.
20. İdd iaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanuvericiliklə müəyyən edilmiş yaş həddinə çatması və ümumi iş stajına dair tələbi ödəməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməməklə, bu şərtlərin ödənilməsi iş materiallarında olan sənədlərə əsasən də öz təsdiqini tapır.
21. Hazırkı mübahisə üzrə araşdırılmalı olan hal iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajını toplaması, yəni güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq Siyahı üzrə) azı 12 il 6 ay iş stajına malik olmasının müəyyən edilməsindən ibarətdir. 22. 11 dekabr 2017-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bi r növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericililiklə təsbit olunmuş istinad edilən tələbə uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində çalışmasına dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
23. Bu arayışın tələb olunmasında məqsəd, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin yuxarıda istinad olunan siyahılarda nəzərdə t utulmuş zərərli istehsalat sahələri ilə və ya peşələrlə uyğunluğunu dəqiqləşdirməkdir. Nəzərə almaq lazımdır ki, həmin arayışda məzmun baxımından sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasının qeyd edilməsi yetərli sayıla bilməz. Arayışda həmçinin, işçinin gördüyü işin siyahılara uyğunluğunu məhkəmə tərəfindən qiymətləndirməyə və bununla bağlı müəyyən nəticəyə gəlməyə imkan verən verən zəruri istehsalat-texnoloji məlumatlar, eyniləşdirmə üçün zəruri olan meyarlar əks etdirilməli və əsaslandırılmalıdır.
24. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləm əsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmununu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyini mö təbər qaydada müəyyən etməlidir.
25. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, ş əxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
26. Həmçinin qeyd olunmalıdır ki, istinad olunan arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verən məzmunda olmalıdır.
27. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İşin xarakteri” haqqında arayışına istinad edərək iddiaçının "xxxx" MMC-nin kimya sexində sənaye tullantıların, kompleks təmizlənm əsi sahəsi üzrə çilingər, elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı və növbə rəisi kimi işlədiyi dövrləri güzəştli iş stajı kimi nəzərə alaraq iddianı təmin etmişdir. Halbuki, həmin arayış kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun formada tərtib edilməmişdir.
28. Eyni zamanda, işin apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 13-9/100/01-07-21 nömrəli məktubun sonuncu abzasında qeyd olunmuşdur ki, iddiaçının "xxxx" MMC-nin kimya sexində işlədiyi sənaye tullantıların, kompleks təmizlənməsi sahəsi üzrə çilingər, elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı və növbə rəisi vəzifələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qər arı ilə təsdiq olunmuş siyahının 13-cü bölməsinin a və b bəndlərində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahının 24-cü bölməsinin a və b bəndlərində uyğun xüsusiyyətə malik vəzifələr nəzərə alınmamışdır.
29. Apellyasiya instansiya məhkəməsi isə həmin məktuba istinad etməklə, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
30. Halbuki, həmin məktubun məzmunundan belə görünür ki, iddiaçının "xxxx" MMC-nin kimya sexində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı, istərsə də, xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin siyahısında nəzərdə tutulmamışdır.
31. Göründüyü kimi, iddiaçının zərərli iş stajı ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışda qeyd edilənlər, həmin MMC tərəfindən verilmiş məktubun məzmunu ilə ziddiyyət təşkil edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətli məqamlara aydınlıq gətirməmiş və iddiaçının güzəştli iş stajı ilə bağlı mövcud məhkəmə təcrübəsinə uyğun, tam və hərtərəfli araşdırma aparmadan qərar qəbul etmiş, bununla da İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərini pozmuşdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajı ilə bağlı tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli və hazırkı qərarda əks olunan hüquqi mövqeni nəzərə almaqla, iddiaçıya güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə hüquqi qiymət verməlidir.
33. Qeyd edilməlidir ki, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apelyasiya baxışına göndərildiyindən, şikayət iddianın rədd edilməsi hissəsində təmin edilə bilməz.
34. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(107)-69/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.