Məhkəmə qərarları › İş №2-1(102)-1739/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1739/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1739/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ torpaq sahəsinə hüququn qeydə alınması, maraqlarına toxunan şəxsin cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, ərizəçi X3, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsə lələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə(bundan sonra cavabdeh) qarşı (ərizəçi X3, bundan sonra ərizəçi) “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1134/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından ərizəçinin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Goradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0,12 ha torpaq sahəsində yerləşən 351B saylı bağın 37 7 kv.m sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmişdir.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan və ona əlavə edilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, məhkəmənin qərarı xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı onun hüquqlarına toxunmaqla çıxarıldığından və üçüncü şəxs qismində cəlb edilmədiyindən, həmin qərarın ləğv edilərək işə yenidən baxılması və onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı əsasında mübahisəli torpaq sahəsinə çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyə n edilmişdir ki, 361F saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə 352B saylı bağ sahəsi kimi göstərilmişdir. Bu isə artıq onun bağ sahəsi olduğundan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı onun hüquqlarına toxunur və hakim həmin işə baxarkən mübahisəli torpaq sahəsinin hazırda başqa vətəndaşın istifadəsində olmasını araşdırmadan, iş üzrə üçüncü şəxsi cəlb etmədən formal araşdırma aparmaqla qərar qəbul etmişdir. Artıq 15 ildir ki, o, həmin bağ sahəsini almışdır. Bağlar idarəsinin 2 əməkdaşı gəlmiş və yerində baxış keçirilmiş, 3.5 sot yer olmuşdur, o, həmin sahənin də pulunu ödəmişdir. Lakin həmin sahəyə çıxarış almamışdır. Ərizəçi hesab edir ki, həmin torpaq da onundur, lakin məhkəmə bunu araşdırmadan və onu işə cəl b etmədən əsassız olaraq iddiaçının adına çıxarış verilməsini qərara almışdır.

5. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə çıxarışın verilməsi nəzərdə tutulan sahənin ərizəçinin sahəsinə hər hansı formada aidiyyəti yoxdur. Ərizəçi öz sahəsini və həmin sahədən əlavə sahəni də hasara alıb, lakin ərizəçinin hasara aldığı əlavə sahə onlara məxsusdur, ərizəçinin həmin sahəyə mülkiyyət hüquqları yoxdur. Sadəcə olaraq ərizəçi onlara məxsus sahəni hasara alıb ona məxsus olduğunu iddia edir, rəsmi sənədi isə yoxdur. Mübahisələndirilən məhkəmə qərarı ərizəçinin maraqlarına toxunmur.

6. Məhkəmə iclasında iştir ak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı artıq icra olunmuşdur, qərarın icra olunmasına maneçilik törədən hal mövcud olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(81)-4321/2018 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iş materiallarından göründüyü kimi, məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunmur və eyni zamanda ərizəçi məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Ərizəçi həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X6 və X7, 2-1(103)-1134/2020 saylı iş) 11iyun 2020-ci il tarixli qərardadla ərizəçinin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.

11. Ərizəçi Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadını x xxxx 2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. O, qər ardadın ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməklə işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. Məhkəmə tikinti texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, 361F saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə 352B saylı bağ sahəsi kimi göstərilmişdir. Bu isə ərizəçiyə məxsus bağ sahəsi olduğundan hesab edir ki, 1 saylı İnzibati İqtisad Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı onun hüquqlarına toxunur. Çünki, 361F saylı bağ sahəsi ərizəçiyə məxsusdur.

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında ərizəçinin şikayətinə baxılarkən kolleg iya onu dinləməmiş, iş materiallarını araşdırmamış, şikayətdə göstərdiyi xüsusatları və şikayətə əlavə etdiyi sənədləri formal araşdırmışdır.

14. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, guya şikayət edilən qərar ərizəçinin hüquqlarına toxunmur. Məhkəmə kollegiyası özü qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi hal-hazırda ərizəçinin istifadəsindədir. Belə olan halda, ərizəçinin istifadəsində olan torpaq sahəsinə hər hansı digər üçüncü şəxsin mülkiyyət hüquqlarının tanınması barədə çıxarılan qərar birbaşa onun hüquqlarına toxunduğundan ərizəçi həmin işə üçüncü şəxs kimi cəlb edilməli və araşdırma onun iştirakı ilə aparılmalıdır.

15. Məhkəmə tikinti ekspertizasının rəyində göstərilən bağ sahələrinin üst-üstə düşməsi heç bir sxematik xəritə i lə öz təsdiqini tapmır və həmin xəritə rəyə əlavə edilmiş ekspertin verdiyi rəy hakim üçün məcburi qüvvəyə malik olmadığı halda, heç bir hakim həmin verilmiş rəyin doğruluğunu yoxlamaq məqsədilə əlavə tədbirlər görmür və bununla da maddi və prosessual hüquq normalarının kobud surətdə pozulmasına gətirib çıxarır.

16. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 28, 28.2-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Ərizəçinin vəkili kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)...

22. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 2 8.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı m addəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. V.İbrahimovun kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilmişdir.

27. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. İddiaçı Bakı şəhəri, Goradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0,12 ha torpaq sahəsində yerləşən 351B saylı bağın 377 kv.metr olan sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir.

30. Bundan sonra V.İbrahimov xx.xx.2018-ci il tarixli qərarı onun hüquqlarına toxunmaqla çıxarıldığından və üçüncü şəxs qismində cəlb edilmədiyindən, həmin qərarın ləğv edilərək işə yenidən baxılması və onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. V.İbrahimov hesab edir ki, hakim həmin işə baxarkən mübahisəli torpaq sahəsinin hazırda başqa vətəndaşın istifadəsində olmasını araşdırmadan, iş üzrə üçüncü şəxsi cəlb etmədən formal araşdırma aparmaqla qərar qəbul etmişdir. Artıq 15 ildir ki, o, həmin bağ sahəsini almışdır. Bağlar idarəsinin 2 əməkdaşı gəlmiş və yerində baxış keçirilmiş, 3.5 sot yer olmuşdur, o, həmin sahənin də pulunu ödəmişdir. Lakin həmin sahəyə çıxarış almamışdır. Hesab edir ki, həmin torpaq da onundur, lakin məhkəmə bunu araşdırmadan və onu işə cəlb etmədən əsassız olaraq iddiaçının adına çıxarış verilməsini qərara almışdır.

32. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 377 kv.m bağ sahəsinə hüquq əldə etdi kdən sonra V.İbrahimovun ona məxsus bağ torpaq sahəsindən çıxarılması barədə iddia ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinin Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********21 saylı məktubdan müəyyən olunur ki, mübahisəli əraziyə texniki baxış keçirilərkən müəyyən olunmuşdur ki, “351b” saylı bağ sahəsi “361f” saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və ümumi hasar daxilində 1.577 kv.m təşkil edir. Ümumi sahədən 377 kv.m hissəsi “351b” saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1.200 kv.m-dir), “361f” saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1.200 kv.m-dir. “351b” saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 377 kv.m sahədə tikili yoxdur, “361f” saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 1.200 kv.m olan hissədə 1 mərtəbəli yaşayış evi və həyət tikintisi mövcuddur. Mübahisəli predmeti olan və faktiki vətəndaşın istifadəsində olan “361f” saylı bağ sahəsi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə “352b” saylı bağ sahəsi kimi qeyd edilmişdir.

33. Mütəxəssis rəyi ilə oxşar olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi də eyni rəy vermişdir.

34. Mütəxəssis, ekspert rəyləri və cavabdehin məktubu ilə təsdiq edilir ki, mübahisəli ünvanda 1.577 kv.m torpaq sahəsi mövcuddur, onun 377 kv.m sahəsinə məhkəmə qərarı ilə iddiaçının mülkiyyət hüququ tanınmış, həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Qalan 1.200 kv.m hissəsindən isə V.İbrahimov istifadə edir. Məhkəmə araşdırması zamanı V.İbrahimovun iddiaçının mülkiyyətin də olan 377 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmadığı müəyyən edilmişdir.

35. Konstitusiya Məhkəməsi xx xxxxx 2017-ci il tarixli qərarında vurğulamışdır ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edi lməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.

36. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona han sı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.

37. V.İbrahimov 377 kv.m torpaq sahəsinin ona məxsus olmasına dair sübut təqdim etməmiş, məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir.

38. Məhkəmə araşdırması zamanı qanuni qüvvəyə minmiş məhkəmə qərarının V.İbrahimovun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması təsdiqini tapmamışdır.

39. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıdakı əsaslara görə düzgün olduğundan şikayət təmin edilə bilməz.

40. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 iyun tarixli 21(103)-1134/20 20 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar