Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1739/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; şərti rentabellik, əlavə yoxlamanın qeydiyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lo kal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-613/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh inzibati orqanın 3 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin 1 iyun 2011-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.
2. Yoxlama 4 iyul 2018-ci il tarixdə başlanmış, 14 fevral 2020-ci il tarixdə başa çatdırılmış və 17 fevral 2020-ci il tarixli ak tla rəsmiləşdirilmişdir.
3. Həmin akt əsasında cavabdeh tərəfindən 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2011-ci il üzrə 37.531,18 manat mənfəət vergisi, 2012-ci il üzrə 36.823,75 manat mənfəət vergisi, 2013-cü il üzrə 41.280,24 manat mənfəət vergisi, 2014-cü il üzrə 27.653,35 manat mənfəət vergisi, 2015-ci il üzrə 69.576,63 manat mənfəət vergisi, 2016-cı il üzrə 16.145,88 manat mənfəət vergisi, 2017-ci il üzrə 168 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üzrə 42 manat ödəmə mənbəyində tutulan vergi məbləğləri hesablanmış, həmin ödəmə mənbəyində tutulan vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 50% həcmində, eləcə də həmin Məcəllənin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatlarının vaxtında təqdim olunmamas ına görə 240 manat (6 hesabata görə) maliyyə sanksiyaları tətbiq edilmiş, bundan başqa, 2012 – 2016-cı illər üzrə 6.771,52 manat ƏDVnin artıq hesablanması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 18 may 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarın 6.771,52 manat ƏDVnin artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsni xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı vergi yoxlamasını qanunla müəyyən edilmiş müddət kriteriyal arını pozmaqla həyata keçirmiş, yoxlama zamanı vergi orqanı əməkdaşlarına müəssisənin bütün gəlir və xərc sənədləri təqdim olunduğu halda, onlar nəzərə alınmadan şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmış, yoxlamanın gedişində qəbul olunmuş qərarlar və tərtib edilmiş sənədlərin hamısı müəssisəyə (iddiaçıya) təqdim edilməmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 1) yoxlama zamanı iddiaçı ilkin sənədləri təqdim etmədiyindən, vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik tətbiq edilməklə müəssisənin çəkdiyi xərcləri əsasında 2011 – 2016-cı illər üzrə m ənfəət vergisi hesablanmış, 2017-ci ilin İ – İV rübləri və 2018-ci ilin İ rübü üzrə müəssisənin icarəyə götürdüyü obyektin icarə haqqı üzrə müvafiq vergi hesabatları təqdim edilmədiyindən, həmin dövrə görə 210 manat ödəmə mənbəyində tutulan vergi hesablanmış, hesablanmış ödəmə mənbəyində tutulan vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə, eləcə də müvafiq hesabatların (6 dövr üzrə hesabat) vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 345 (105 + 240) manat maliyyə sanksiyası tətbiq edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-235/2022 nömrəli qərarı (hakim: Kərimli Rüstəm Lətif oğlu) ilə iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 aprel 2020-ci il tarixl i **********199003 nömrəli qərarı “mənfəət vergisi” hissəsində ləğv edilmişdir. İddia digər hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin 16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərarı qismən, yəni “mənfəət vergisi” hissəsində qanuna ziddir. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarında n görünür ki, səyyar vergi yoxlaması 19 aydan artıq vaxt davam etmiş və bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 16 aprel 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Vergi yoxlamasının nəticələri üzrə 17 fevral 2020-ci il tarixli aktda ekspertiza təyin edildiyi, lakin ekspertin rəyinə zərurət yaranmadığı qeyd olunmuşdur. Bundan başqa, hazırkı işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddət keçdikdən “bir neçə gün” s onra artırmışdır.
9. Həmçinin vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2011 – 2016-cı illər üzrə mənfəət vergisinin məbləğləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitus iyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 3 iyul 2018-ci il tarixdə qəbul olunmuşdur.
10. Bundan başqa cavabdeh (vergi orqanı) mübahisələndirilən 16 aprel 2020-ci il tarixli qərarın “mənfəət vergisi” hissəsini vergi ödəyicisi kimi hazırkı iddiaçının müvafiq dövr üzrə gəlir və xərc sənədlərinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 83.9-cu maddəsi üzrə şərti rentabellik tətbiq etməklə əsaslandırsa da, məhkəmə bu zərurəti adekvat qiymətləndirmir və qeyd edir ki, Məcəllənin həmin maddəsinin üzrə Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun şərti rentabelliyin tətbiqi gəlir və xərc sə nədlərinin yalnız birinin olmadığı halda yolveriləndir. Gəlir və xərc sənədlərinin hər ikisinin olmadığı təqdirdə, Vergi Məcəlləsi vergilərin 67.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq ardıcıllığa riayət olunmaqla əlaqəli məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Lakin hazırkı iş üzrə tədqiq edilmiş ekspertiza rəyi ilə də müəyyən edilir ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlər müvafiq dövr üzrə mənfəəti müəyyən etmək üçün gəlir və xərcləri tam əhatə edir. Bu isə, cavabdeh inzibati orqanın maddi hüquq norması kimi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrini tətbiq etməklə mənfəət vergisini hesablanmasının qanunsuzluğuna dəlalət edir.
11. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-yə ödəmə mənbəyində tutulan verginin hesablanması və V ergi Məcəlləsinin 57.1 və 58.1-ci maddələri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi qanunauyğun olmuşdur. Bu qənaət ondan irəli gəlir ki, hazırkı məhkəmə icraatında iddiaçı tərəf həmin vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı hər hansı sübut verməmiş və dəlil bildirməmişdir.
12. Həmçinin birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisələndirilən inzibati akt (16 aprel 2020-ci il tarixli **********199003 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddə sinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-613/2023 nömrəli qərarı (hakimlər: Hüseyn Aida Əli qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı, X1) ilə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı mübahisələndirilən dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, yoxlama zamanı müəssisənin yoxlanılan dövr üzrə əldə etdiyi mənfəət birbaşa müəyyən etmək mümkün olmadığından şərti rentabell ik səviyyəsi 20% götürülərək müəssisənin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmaqla) əsasında müəssisənin mənfəət vergisi hesablanmışdır. Bundan başqa səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyi barədə qeyd edilmişdi ki, aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 38.2 və 38.4-cü maddələrinin qarşılıqlı təhlilini düzgün aparmamışdır. Belə ki, həmin maddələrə əsasən, səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Həmçinin səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması ilə bağlı qeyd edilmişdi ki, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd olunanlara görə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)613/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 1 5.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; [269] 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya eks pertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti Maddə 56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyi cisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri ) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyas iya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüq uq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası mübahisələndirilən inzibati aktın qanuniliyi və kassatorun “apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmaması, işin hallarına düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, kassasiya instansiyasının baxış həddi iddia tələbinin təmin edilmiş hissəsidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin təmin oluna bilməməsi, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanunsuz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.
30. Cavabdeh vergitutma obyektinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamışdır
31. İstinad edilən Qaydaların birbaşa tətbiqi üçün inzibati orqanın hüquqi əsası olmamışdır. Belə ki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbi, ilk növbədə vergi ödəyicisinin həm gəlirinin, həm də xərclərinin, buradan, vergitutma obyektinin müəyyənləşdirilməsinə yönəlmişdir. Vergi orqanı da bu nəticəyə nail olmaq üçün həmin normalarda təsbit olunmuş şərtlərə uyğun davranmalı, yalnız bundan sonra, vergi ödəyicisinin eyni vaxtda həm gəlirlərini, həm də xərclərini müəyyən etmək mümkün olmadıqda, lakin onlardan yalnız birini - gəliri və ya xərcləri müəyyən etdikdə mənfəət (gəlir) vergisini Vergi Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablaya bilər (VM-in 67.14-cü maddəsi). Hazırkı halda, vergi orqanının məhz yuxarıda qeyd olunan qaydada davra ndığı müəyyən edilməmişdir.
32. Beləliklə, İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Cavabdehin mübahisələndirilən qərarı qanunazidd olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur.
33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi üzrə mənfəət vergisinin məbləği Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 3 iyul 2018-ci il tarixdə qəbul olunmuşdur. 34.Bundan başqa, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qeydiyyatdan keçməmişdir. 35.Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərd ə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur. 36.Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. 37.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. 38.Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. 39.Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı ye nidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır. 40.Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçi rildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. 41.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yoxlama zamanı Vergi Məcəlləsinin 38.2, 38.7 və 39-cu maddələrinin tələbləri pozulmuşdur. 42.Vergi Məcəlləsinin 38.2 və 38.7-ci maddələri vergi orqanına səyyar vergi yoxlamasının müddətinin artırılması və dayandırılması ilə bağlı hüquqi imkan tanıyır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə (yoxlamanın keçirildiyi vaxt qüvvədə olan redaksiyasına) görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və yalnız müstəsna hallarda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məc əllənin 38.7-ci maddəsində isə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın dayandırılmasının mümkün olduğu hallar təsbit edilmişdir. 43.Bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilik tərəfindən yoxlama müddətinin uzadılması və yoxlamanın dayandırılması imkanlarının nəzərdə tutulması yoxlama zamanı tam və hərtərəfli araşdırmanın, başqa sözlə, yoxlama ilə bağlı inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinin təmin edilməsi məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan, o cümlədən, inzibati orqanlar tərəfindən əsassız olaraq uzun müddət davam edən yoxlamalarla vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsinin, eləcə də sahibkarlıq fəaliyyəti üzərində nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. 44.Bu baxımdan qanunverici cavabdeh tərəfindən yoxlama müddətinin uzadılması və yoxlamanın dayandırılması hüququndan istifadə imkanlarını konkret hallarla məhdudlaşdırmışdır və belə məhdudlaşdırma qanunvericinin güddüyü məqsədlərə xidmət edir. 45.Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normaları ilə vergi ödəyiciləri barəsində aparılan yoxlamaların müddətini dəqiq müəyyən edilmişdir. Belə ki, Vergi M əcəlləsinin 38.2-ci maddəsinə görə, yalnız müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunverici yalnız “müstəsna hallarda” ifadəsindən istifadə etməklə, vergi orqanının istədiyi sıradan bütün hallarda deyil, yalnız bunun həqiqətən zəruri olduğu, həm də iş üzrə obyektiv düzgün qərarın qəbulu baxımından zəruri olduğu hallarda yoxlamanın müddətinin uzadılmalı olduğunu nəzərdə tutmuşdur. 46.Məhkəmə kollegiyası qeyd edir ki, “müstəsna hallarda” ifadəsi qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Belə anlayışlar tam aydın olmayan, qeyri-dəqiq və qeyrimüəyyən məzmuna malikdirlər. Bununla belə, qanunun tətbiqi zamanı inzibati orqanlar təcrübədə həmin anla yışlara əməl etməyə və onların müəyyən təfsiri və ya interpretasiyası əsasında qərar qəbul etməyə məhkumdurlar. Bu kateqoriyadan olan anlayışlar qiymətləndirmə tələb edir və qiymətləndirilmə zamanı inzibati orqanlar (o cümlədən cavabdeh) müəyyən hədlərdə qiymətləndirmə azadlığına malikdirlər. Buna rəğmən, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “müstəsna hallarda”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır. Məhkəmə həmçinin hansı halların müstəsna hal kimi qiymətləndirilmə si əsaslarını və kriteriyalarını da yoxlamağa haqlıdır. 47.Uzadılmaya münasibətdə isə həmin maddədə inzibati orqanın diskresion səlahiyyətləri nəzərdə tutulmuşdur (yalnız müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər). İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bununla bağlı nəzərə almaq lazımdır ki, yoxlama müddətinin uzadılması barədə qərar qəbul edərkən vergi orqanı bununla bağlı diskresion səlahiyyətlərindən düzgün və həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etmək öhdəliyi daşı yır və bu öhdəlik yoxlama müddətinin uzadılması barədə qərarın cavabdeh tərəfindən əsaslandırılmasını, yoxlama müddətinin uzadılmasını zəruri edən müstəsna halların tərkibini və açıqlanmasını şərtləndirir. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. 48.Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyat a keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. 49.Bu mənada yoxlama müddəti həqiqətən müstəsna halların mövcud olduğu təqdirdə uzadılmalıdır. Müstəsna halların qeyri-müəyyən anlayış olmasına rəğmən, vergi orqanının yoxlama müddətinin uzadılması barədə qərarında istinad etdiyi hallar (əsaslar) ağlabatan olmalı, zərurətdən irəli gəlməli və mütənasiblik prinsipinə (inzibati icraatda işin hallarının araşdırılması zərurəti ilə sahibkarlıq fəaliyyətinə müdaxilə arasındakı balansın qorunması) cavab verməlidir. Nəzərə alınmalıdır ki, qanunverici tərəfindən işin faktiki hallarına münasibətdə qeyri-müəyyən a nlayışlardan istifadə olunması vergi orqanını müddətin uzadılması barədə qərarın qəbulunu zəruri edən halları əsaslandırmaq və sübuta yetirmək vəzifəsindən azad etmir. 50.Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 2 qərarında müddətin uzadılmasının zəruriliyini yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsi, əldə edilmiş məlumatların, eləcə də qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılması üçün əlavə vaxtın tələb olunması ilə əlaqələndirmişdir. 51.Lakin həmin qərarlarda vergi orqanı qanunvericiliyin ona verdiyi müddətdə (30 gün) yoxlamanın obyektiv və dolğun keçirilm əsi üçün tələb olunan bütün lazımi tədbirlərin görüldüyünü, məlumatların əldə edilməsi və araşdırılması üçün zəruri addımların vaxtında atıldığını və müvafiq qərarların qəbul edildiyini, lakin bununla belə qanunla müəyyən olunmuş müddətdə obyektiv qərarın qəbulunun mümkün olmadığını və əlavə vaxta həqiqətən ehtiyac olduğunu əsaslandırmamışdır. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə yoxlama müddətinin uzadılmasını zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Bu baxımdan cavabdeh tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı (yoxlama müddətinin dayandırılması barədə qərar qəbul edilən zaman) mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu iş üzrə iş üzrə materiallardan müəyyən olunmamışdır. 52.Qeyd edilənlər cavabdeh tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” 10 ədəd qərarlara da şamil olunur. Belə ki, vergi qanunvericiliyi səyyar vergi yoxlaması müddətinin uzadılmasına əsas verən müstəsna halları açıqlamadığı və dəqiq müəyyənləşdirmədiyi halda, Vergi Məcəlləsinin 38.7-ci maddəsi yoxlamanın dayandırılmasının mümkün olduğu halların dairəsini dəqiq təsbit etmişdir. 53.Məhkəmə kollegiyası bir daha qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yo xlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biridir. 54.Beləliklə, aparılan səyyar vergi yoxlamasının müddətləri ilə bağlı tələblərə cavabdeh vergi orqanı tərəfindən riayət edilməmiş, yoxlamanın uzadılması və dayandırılması ilə bağlı qərarların qəbulunu n zəruriliyi və onu zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. 55.Hazırkı mübahisəyə münasibətdə vergi yoxlamasının keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın müddətinin uzadılması və dayandırılması üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. 56.Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı aşağı instansiya məhkəmələrinin nəticəsi düzgün olmuşdur. 57.Cavabdeh iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edərkən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əməl etmədiyindən, cavabdehin kassasiya şikayətinin digər dəlillərinin yoxlanılmasına zərurət qalmır. 58.Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-613/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.