Məhkəmə qərarları › İş №2-1(102)-1739/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1739/2024

28.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1739/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə fəaliyyəti, bazar mülkiyyətçisinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmasına dair göstərişlə bağlı qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2-1(103)232/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (əvvəlki adı "xxxx" X15 Cəmiyyəti) xx.xx.2000-ci ildə ********** VÖEN-lə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı nizamnaməsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. 3. 05.01.2023-cü il tarixdə bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrə əsasən, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən bazarda qeyri-yaşayış sahələri malların satışı məqsədilə X7, X3, X1, X2, X9, X10 və X6 icarəyə verilmişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə bu barədə məlumat daxil edilməklə cavabdehin “Yoxlamanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, YP-0247 nömrəli qərarına əsasən, iddiaçıya münasibətdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində aşağıdakı suallar üzrə planlı yoxlama təyin olunmuşdur. - 482 -

18. Yeyinti məhsullarının satışı zamanı icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ticarət qaydalarına riayət olunurmu? - 483 -

2. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida təhlük əsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunurmu? - 485-1. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmışdırmı? - 529-52. Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və vəzifəli şəxslər sanitariya normaların və qaydalarına, gigiyena normativlərinə əməl edirlərmi?

5. Cavabdeh tərəfindən tərtib olunmuş “Sahibkarın obyekt(lər)inə baxışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, YP0247 nömrəli protokolda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 7 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bazar ümumi olaraq təqribən 65 sot ərazini əhatə edir. Bazar qida və qeyri-qida məhsullarının satışı üzrə fəaliyyət göstərir. Bazarda təşkil edilmiş tikilidən ibarət mağazalar və piştaxtalar müqavilə əsasında müxtəlif şəxslərə icarəyə verilmişdir. Bazarda aparılan yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, "xxxx" ASC-yə məxsus bazar qida məhsulları sahəsində fəaliyyət göstərən obyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan nöqsan “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə ziddir. Bununla bağlı xx.xx.2022-ci il tarixli, YP-0247 nömrəli yoxlama aktı tərtib edilmişdir.

6. Cavabdehin “Yoxlamanın nəticələri üzrə” xx.xx.2022-ci il tarixli, YP-0247 nömrəli qərarı ilə, iddiaçı ona məxsus bazarda qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı və “Yeyinti məhs ulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci bəndinin tələblərini pozduğu üçün, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.4-cü maddəsinə əsasən, iddiaçı tərəfindən aşkar olunmuş pozuntuların xx.xx.2022-ci il tarixinədək aradan qaldırılması və bu barədə cavabdehə məlumat verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun ill ərdir ki, fəaliyyət göstərir, əsas fəaliyyət istiqamətini mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müvafiq icarə müqavilələri əsasında icarəyə verilməsi təşkil edir. İddiaçı həmin fəaliyyət növünə uyğun müvafiq fəaliyyət kodu üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyində, hazırda isə Vergi Xidmətində qeydiyyatdadır. Bütün vergilər də məhz həmin fəaliyyət növü üzrə hesablanaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilir. Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ərazisində yoxlama aparılmış və xx.xx.2022-ci il tarixli qərarla iddiaçının fəaliyyəti düzgün qiymətləndirilməyərək, onun qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınması tələb edilmişdir. Lakin qeyd olunduğu kimi, iddiaçı qida sahə sində fəaliyyət göstərmir. Belə olan halda iddiaçının qeydiyyatı da tələb edilə bilməz.

9. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 16 may 2023-cü il tarixli, 2-1(112)-3020/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qida və qeyri-qida məhsullarının satışı üzrə fəaliyyət göstərdiyi halda, qida məhsulları sahəsində fəaliyyət göstərən obyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi qərar həm formal-hüquqi baxımdan, hə m maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 30 yanvar 2024-cü il tarixli, 2-1(103)-232/2024 nömrəli qərarı ilə iddiaçını n apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, cavabdehin “Yoxlamanın nəticələri üzrə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2022-ci il tarixli qərar iddiaçıya münasibətdə qanunsuz inzibati aktdır. Qanunvericiliyə əsasən, iddiaçı qida zəncirinin heç bir mərhələsinin iştirakçısı, beləliklə qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyekt deyildir. İşin hallarından müəyyən olunur ki, iddiaçı yalnız obyektlərin icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur, vergi orqanında qeydiyyata alınmış fəaliyyət növü də obyektl ərin icarəyə verilməsidir. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” işdə olan müqavilələrdən görünür ki, iddiaçı icarəçinin icarə verilən sahədə göstərdiyi fəaliyyətindən irəli gələn öhdəliklərə görə aidiyyəti orqanlar qarşısında (Vergi, DSMF, maliyyə, sanitar, epidemiologiya, əmək müfəttişliyi və sair nəzarətedici orqanlar qarşısında) məsuliyyət daşımır. Həmçinin, cavabdeh tərəfindən tərtib edilmiş “Sahibkarın obyekt(lər)inə baxışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, YP0247 nömrəli protokolda da inzibati orqan iddiaçının bazar ərazisində olan tikili və piştaxtaları icarə müqaviləsi əsasında müxtəlif şəxslərə icarəyə verdiyini göstərsə də, iddiaçının qida məhsulları sahəsində fəaliyyət göstərən obyekt kimi qeydiyyata alınmalı olmasına istinad etmişdir.

15. Cavabdeh in nümayəndəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.4.1-ci bəndinə əsasən bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət etməklə masaların, arabaların və digər ləvazimatların ticarət cərgələrində (zonalarında) yerləşdirilməsinin, həmçinin istehlakçıların və satıcıların müstəqil hərəkəti üçün şəraitin yaradılmasının bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən təşkil edilməli olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin dəlillərdə istinad olunanlar hazırkı mübahisələndirilən inzibati aktın, yəni cavabdehin “Yoxl amanın nəticələri üzrə” xx.xx.2022ci il tarixli qərarının qəbul edilməsi əsaslarını təşkil etmir. Mübahisələndirilən qərarının qəbul edilməsi əsaslarını həmin qərarın qəbul edildiyi vaxt qüvvədə olan “Yeyinti məhsulları haqqında” Qanunun 1-ci və 7.1-ci maddəsi təşkil edir. Həmin normaların məzmununa əsasən subyekt məhz Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər olduqda, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektl ərə reyestrdən çıxarış verilir. Odur ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulsa da, birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gəlmişdir.

16. Cavabdehin nümayəndəsinin bəzi maddələr istisna olmaqla, xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Qanunda və mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan “Yeyinti məhsulları haqqında” Qanunda qida zəncirinin anlayışının eyni olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hər iki qanunda iddiaçının qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qeydiyyata alınmalı olmasına əsas verən norma nəzərdə tutulmamışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamas ını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, qanunvericiliyə əsasən bazarlar qida məhsullarının dövriyyəsinin, satışının, saxlanmasının və digər xidmətlərin həyata keçirildiyi yer olduqları üçün qida zənciri obyekti və ya qida obyekti hesab edilir, qida zəncirinin bir neçə mühüm hissəsini (qida məhsullarının satışı, dövriyyəsi, saxlanması və s.) əhatə edir. İddiaçının məsuliyyətdən yayınmaq üçün vergi qeydiyyatına və icarə müqavilələrinə istinad etməsi “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.4-cü və 22.5-ci bəndləri ilə ziddiyyət təşkil edir. Həmin bəndlərdə bazarların rəhbərləri (mülkiyyətçiləri) üçün imperativ norma lar müəyyən edilmişdir. Mübahisələndirilən qərar həm də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin bazarlara dair sanitar-gigiyenik normalar müəyyən edilən normativ hüquqi aktın – “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın bazarlara aidiyyətinin olmadığını qeyd etməsi isə, qanunvericiliyin yanlış təfsirindən irəli gəlir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. 01.01.2023-cü il tarixədək qüvvədə olmuş “Yeyinti məhsulları haqqında” Azərbaycan Respu blikasının Qanunu (xx.xx.2022-ci il tarixli, 523-VİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir.) Maddə

1. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: yeyinti məhsulları – ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsullar; qida məhsulları – insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar; yeyinti məhsullarının təhlükəsizliyi – qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə uyğunluğu; qida zənciri – qida məhsullarının tarladan süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşın ması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi mərhələlərinin məcmusu; qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr. Maddə

3. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir. Maddə 7.1. Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqs ədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Maddə 7.2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 7.3. Vergi uçotuna alınmasına baxmayaraq, qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağandır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydal arı” 2.1.4-1. bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksidir. 22.3. Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bazarın rəhbəri (mülkiyyətçisi) və onun ərazisində daimi fəaliyyət göstərən pərakəndə ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektləri arasındakı münasibətlər müqavilələr əsasında tənzimlənir. 22.4. Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən aşağıdakılar təşkil edilməlidir: 22.4.1. sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət etməklə masaların, arabaların və digər ləvazimatların ticarət cərgələrində (zonalarında) yerləşdirilməsi, həmçinin istehlakçıların və satıcılar ın müstəqil hərəkəti üçün şəraitin yaradılması; 22.4.4. ticarət obyektlərinin və digər tikililərin qüvvədə olan sanitariya, əməyin mühafizəsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, yanğından mühafizəsi, habelə malların istehsalı, saxlanılması və satışı üzrə tələblərə uyğun olaraq müvafiq avadanlıqlarla (tərəzilərin, sanitar geyimlərinin və digər ticarət inventarlarının kirayəyə verilməsi şərtilə) təmin edilməsi; 22.5. Bazarda aşağıdakılara yol verilmir: 22.5.1. qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışına; 22.5.2. satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışına; 22.5.3. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentli yi tərəfindən damğalanmamış tərəzidən və digər ölçü cihazlarından istifadəyə. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi i nzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi h üquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Yo xlamanın nəticələri üzrə” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayət inə münasibətdə əlavə olaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının qida zəncirinin bu və ya digər mərhələlərində fəaliyyəti bilavasitə həyata keçirən subyekt qismində deyil, belə fəaliyyətin həyata keçirildiyi ticarət obyektlərini icarəyə vermiş əmlak kompleksinin mülkiyyətçisi qismində çıxış etdiyi nəzərə alınmalıdır. Belə ki, iddiaçıya məxsus bazarın ərazisində icarəyə verilən sahədə icarəçi tərəfindən ticarət, ictimai iaşə və sair xidmətlər üzrə qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi onun qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyekt hesab edilməsini şərtləndirən hal kimi qiymətləndirilə bilməz.

32. Bazarın mülkiyyətçisi kimi, iddiaçının üzərində bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş müəyyən öhdəliklərin olması d a, onun qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyekt hesab edilməsi anlamına gəlmir. Cavabdehin kassasiya şikayətində istinad etdiyi və bu qərarın 21-ci bəndində qeyd edilən Qaydaların 22.3-cü bəndinə əsasən, bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bazarın rəhbəri (mülkiyyətçisi) və onun ərazisində daimi fəaliyyət göstərən pərakəndə ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektləri arasındakı münasibətlər müqavilələr əsasında tənzimlənir. İş materiallarında olan “Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında” müvafiq müqavilələrdən də görünür ki, iddiaçı icarəçinin icarəyə verilən sahədə həyata keçirdiyi fəaliyyətdən irəli gələn öhdəliklərə görə aidiyyəti orqanlar qarşısında (Vergi, DSMF, maliyyə, sanitar, epidemiologiya, əmək müfəttişliyi və sair nəzar ətedici orqanlar qarşısında) məsuliyyət daşımır.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

34. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2-1(103)-232/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar