Məhkəmə qərarları › İş №2-1(102)-174/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-174/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-174/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinə, 3-cü şəxs: AR Səhiyyə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-174/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kamaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinə, 3cü şəxs: AR Səhiyyə Nazirliyinə qarşı “əmək qabiliyyətinin olmamasına dair vərəqələr üzrə sosial sığorta ödənişlərinin həyata keçirilməsi və həmin məbləğin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)204/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2016-cı il xxxx tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X3 Hissəsində ambulator müalicə zamanı ona ve rilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini, 2013-cü ilin xxxx etibarən işlədiyi sığortaedən təşkilatın cavabdehə təqdim etdiyi X3 Hissəsində ambulator müalicə zamanı ona verilmiş *******nömrəli, 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından verilmiş ***** nömrəli, Bakı Sağlamlıq Mərkəzindən verilmiş ***** nömrəli, 2 saylı Şəhər Poliklinikasından verilmiş ****nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri əsasında sosial sığorta ödəmələrinin hesablanması zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 29-cu maddəsinə uyğun verilmiş ödənişsiz məzuniyyət dövrünə düşən iş günlərinin çıxılan iş günlərinə aid edilməsi əsasında hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan Əhmədli Tibbi Sanitar Hissəsində ambulator müalicə zamanı verilmiş ***************** nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri üzrə 14 təqvim günündən sonraya aid sosial sığorta ödənişlərinin həyata keçirilməsi qanunvericiliyə uyğun hesablamaqla) və ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 21(81)1376/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan X3 Hissəsində ambulator müalicə zamanı verilmiş ******** nömrəli əmək qabiliyyət inin olmaması vərəqələri üzrə 14 təqvim günündən sonraya aid sosial sığorta ödənişlərinin həyata keçirilməsi (qanunvericiliyə uyğun hesablanmaqla) və həmin məbləğin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-1828/2017 nömrəli qərarı ilə (sədrlik edən S.Q.Hüseynov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1927/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il xxxx tarixli 2-1(103)-1828/2017 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli 2-1(103)-204/2018 nömrəli qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1272/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən X.S.Məmmədov, hakimlər R.S.Nəbizadə və A.S.Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə s axlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xxxx 2018-ci il tarixli İcra vərəqəsi icra olunması üçün Binəqədi raron İcra Şöbəsinə göndərilmiş, həmin İcra şöbəsi tərəfindən xxxx 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi xxxx 2018-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-204/2018 saylı, xxxx 2018-ci il tarixli qərarının icrası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli 2-1(103)-204/2018 saylı, icra sənədinin icrası zamanı əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödəniləcək sosial sığorta ödənişlərinin məbləğinin verilməsi hissəsində ödən işsiz məzuniyyət müddətinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan dövrə aid olduğunun nəzərə alınmalı olub-olmaması barədə izahı verilməsini xahiş etmişdir. Həmçinin iddiaçı xxxx 2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, tarixli icra sənədinin icrası zamanı əmək qabiliyyəti olmamaq vərəqələri üzrə ödəniləcək sosial sığorta ödənişlərinin məbləğinin verilməsi hissəsində ödənişsiz məzuniyyət müddətinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan dövrə aid olduğunun nəzərə alınmalı olub-olmaması barədə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)204/2018 saylı qərardadı ilə (V.Ağayev sədrlik edən məruzəçi, hakimlər A.Nuriyeva, C. Yusifov) Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi və İddiaçı tərəfindən verilmiş ərizələr təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il xxxx tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin müddəaları əsas götürülməklə, əmək qabiliyyəti olmamaq vərəqələri üzrə ödəniləcək sosial sığorta ödənişlərinin məbləğinin verilməsi hissəsində ödənişsiz məzuniyyət müddətinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan dövrə aid olunduğunun nəzərə alınması barədə izah verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1( 103)204/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, məhkəmə qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı qanuni qüvvəsini aldığına görə icra olunması üçün Binəqədi icra və probasiya şöbəsinə göndərilmiş, tərəflərindən həmin icra vərəqəsi qismən icra edilmiş, qərarın qismən icra olunmasına baxmayaraq, Binəqədi icra və probasiya şöbəsi və İddiaçı ərizələrinə əsasən qərara izah verilmiş, xxxx 2006-cı il tarixdən DSMF tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənişi sığortaedən tərəfindən tərtib edilmiş haqq-hesab cədvəlinə əsasən həyata keçirilir, xxxx 2011-ci il tarixli, 113 nömrəli Nazirlər Kabinetinin qərarı ilə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ödənilən müavinətin hesablama qaydası dəyişdirilmiş, müavinətin məbləği işçinin əmək qabiliyyətini itirdiyi aydan etibarən əvvəlki 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilməsi və bir iş gününə düşən orta gündəlik qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilməsi və bir iş gününə düşən orta gündəlik qazancın işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son on iki təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməkl ə tapılması qərara alınmışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsi və 3-cü şəxs AR Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, hər hansı üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbay can Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsi və 3-cü şəxs AR Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq, işə onların iştirakları olmadan, kassasiya şikayətinin dəlilləri əsasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)204/2018 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi qərara izah verilməsi barədə ərizələr üzrə o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il xxxx tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin müddəaları əsas götürülməli, bu zaman ödənişsiz məzuniyyət müddətinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan dövrə aid olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məcəllənin 230.3-cü maddəsinə müvafiq olaraq qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı qanuni qüvvəsini aldığına görə icra olunması üçün Binəqədi icra və probasiya şöbəsinə göndərilmiş, tərəflərindən həmin icra vərəqəsi qismən icra edilmiş, qərarın qismən icra olunmasına baxmayaraq, Binəqədi icra və probasiya şöbəsi və İddiaçı ərizələrinə əsasən qərara izah verilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşaraq onu əsaslı hesab edir. Belə ki, hazırkı halda qərar cavabdeh tərəfindən qismən icra edildiyindən, Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə müvafiq olaraq onun izah edilməsinə yol verilmir. Bununla əlaqədar məhkəməyə lazım gəlirdi ki, qərara hər hansı formada onun məzmununu dəyişdirmədən izah verməzdən əvvəl cavabdeh tərəfindən onun icra edilibedilməməsini dəqiqləşdirsin, yalnız bundan sonra həmin qərara izah verilibverilməyəcəyini qərarlaşdırsın. İş materiallarından da göründüyü kimi məhkəmə tərəfindən qanunvericiliyin bu tələbinə riayət edilməmiş, qərarın icra edilib-edilməməsi dəqiqləşdirilmədən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi və iddiaçı tərəfindən verilmiş icra sənədinin izah olunması barədə ərizələrin təmin edilməsinə dair əsaslandırılmamış, prosessual qanunvericiliyə uyğun olmayan qərardad qəbul edilmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının icra edilib-edilmədiyi dəqiqləşdirilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinin müddəaları əsas götürülməklə apellyasiya məhkəməsinin qərarına və icra sənədinə izah verilməsi barədə ərizələrin qanuni həlli təmin edilməlidir. Beləliklə, işə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol veril diyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)204/2018 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)204/2018 saylı qərardadı ləğv edilsin. İş qərara və icra sənədinə izah verilməsi barədə ərizələrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X4 İdarəsinin kassasiya şikayəti təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar