Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-174/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: sərəncamın etibarsız hesab olunmasından imtina; əsas yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə (üçüncü şəxslər: X9, X4) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1631/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri 4 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1967-ci il tarixli bağışlama müqaviləsinə əsasən Ünvan1 mülkiyyətçisi A 1/3 hissəsini X12 bağışlamışdır. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixində qeydə alınmış və bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *** saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X7 və X2 qarşı yaşayış sahəsinin istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələbi rədd edilmişdir.
4. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *** saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı X9 və X1 cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan rədd, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər X9 və X3 qarşı Bakı şəhəri 4 saylı notariat kontorunda xx.xx.1967-ci il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir.
5. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin*** saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X9 və X1 cavabdeh İddiaçı, 3-cü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsinə dair iddia təmin edilərək xx.xx.2016cı il tarixində DƏDRX tərəfindən A-ya verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və həmin çıxarış əsasında xx.xx.2016-cı il tarixində İddiaçı verilmiş RX seriyalı ******* nömrəl i çıxarışı qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 tikilinin hüquqi qeydiyyata alınması barədə Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli 820 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.1967-ci il tarixli bağışlama müqaviləsinin tərəfləri, yəni hədiyyəni bağışlayan A vəfat etdiyindən hədiyyə bağışlanan X15 vəfat etdiyindən tərəflər arasında bağlanmış müqavilə etibarsızdır və onun mübahisələndirilməs inə yol verilmir. Etibarsız əqdlər isə hüquqi nəticələrə səbəb olmur. X15 ona bağışlanmış hədiyyəni qəbul etməmiş və həmin müqavilə rəsmiləşdirilməmişdir. Göründüyü kimi, həmin bağışlama müqaviləsi öz-özlüyündə etibarsızdır. Etibarsız əqdlər isə hüquqi nəticələrə səbəb olmadığından iddiaçı hesab edir ki, Bakı Şəhər Cavabdeh xx.xx.1997-ci il tarixli 820 nömrəli sərəncamı da etibarsız hesab edilməlidir.
8. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1397/2020 saylı qərardadına əsasən X9, X9 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1397/2020 nömrəli qərarına əsasən (hakim F.İ.Mədətli) iddianın rədd edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda Ünvan1 tikilinin hüquqi qeydiyyata alınma sı barədə Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli 820 nömrəli sərəncamının etibarsız hesab edilməsini xahiş etmiş və həmin sərəncamın qanuni olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən öz təsdiqini tapmışdır. Eləcə də, həmin sərəncam məhkəmə tərəfindən tədqiq edilərkən inzibati aktların etibarsız sayılmasının əsaslarından hər hansı birinə uyğunluğun olması aşkar olunmadı.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1631/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayət inin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1397/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
15. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd ed ilmişdir ki, məhkəmənin gəldiyi nəticə işin halları ilə ziddiyyət təşkil edir. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsində müəyyən edilən hallar sərəncamın mövcud olduğu halda iddiaçının adına tam mülkiyyət kimi çıxarışın verilməsi ilə əlaqədardır. Qətnamə ilə iddiaçıya məxsus evə dair verilmiş çıxarışın “B” tikilisinə aid hissəsi ləğv edilsə də, həmin “B” tikiliyə Rəna Mehdiyevanın hər hansı bir hüququ tanınmamışdır. Odur ki, iddiaçıya məxsus evə dair verilmiş çıxarışın “B” tikilisinə aid hissəsinin ləğv edilməsi, hazırkı iş üzrə mübahisə edilən sərəncamın etibarlığına əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasınd a vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inz ibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
21. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, hazırkı qərarın 20-ci bəndində qeyd olunan maddi hüquq normasında inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin.
27. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı inzibati aktın etibarsız sayılması üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə bilməmişdir.
28. Göründüyü kimi, iddiaçı sözügedən inzibati aktın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə araşdırmaları zamanı inzibat i aktın etibarsız hesab edilməsi üçün hazırkı qərarın 20-ci bəndində göstərilən hər hansı bir əsas aşkar edilməmişdir.
29. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı iş üzrə cavabdeh bunu sübut edə bilmiş, iddiaçı isə mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin olmasını sübut edə bilməmişdir.
31. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1631/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.