Məhkəmə qərarları › İş №2-1(102)-174/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-174/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-174/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Cavabdehnə (üçüncü şəxslər-Bakı şəhəri, Cavabdeh Başçısının Badamdar qəsəbə nümayəndəliyi və X5) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın və yerləşmə cizgisinin ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər-Bakı şəhəri, Cavabdeh Başçısının Badamdar qəsəbə nümayəndəliyi və X5) qarşı sərəncamın və yerləşmə cizgisinin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1167/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh Başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsi fərdi evin tikintisi üçün X7 ayrılmışdır. 2. “Köhnə Bağlar” ərazisində yerləşən, 0,02 ha ölçüdə torpaq sahəsi 14.10.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. İşdə olan 24 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini İddia çı bağışlamışdır.

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahədə yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi **********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 27.10.2017-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Cavabdeh Başçısının 09 mart 1995-ci il tarixli, 755 saylı sərən- camına əsasən Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi fərdi ev tikmək üçün X4 ayrılmışdır.

5. Cavabdeh Başçısının 755 saylı, 09 mart 1995-ci il tarixli sərəncamına əsasən X4 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək, Badamdar qəsəbə nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək üçünc ü şəxs X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 2017-ci il tarixdə X5 məhkəmədə ona qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair” iddia qaldıran zaman ona məlum olmuşdur ki, Cavabdeh Başçısının 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamına əsasən X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. 17 fevral 2002ci il tarixdə isə Badamdar qəsəbə nümayən dəliyi tərəfindən həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bu cizgidə isə həmin torpaq sahəsinin 200 kv.metrinin mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir. X1 adına sərəncam verilən vaxt Tofiq Səmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən (Köhnə Bağlar ərazisi) 20x10 (200 kv.metr) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Cavabdeh Başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə şəhid ailəsi kimi qardaşı X7 ayrılmışdır. Sözügedən sərəncama əlavə olaraq sərəncamla eyni tarixdə qardaşı X7 ayrılmış həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bundan sonra, həmin torpaq sahəsi özəlləşdirilmiş və özəlləşdirilərkən də torpağın koordinatları naturada müəyyən olunmuşdur. Belə olan halda, onun qardaşının qanuni istifadəsində olan və hazırda onun mülkiyyətində olan torpaq sahəsinin təkrar X4 verilməsi qanunsuzdur və onun mülkiyyət hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)3534/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh 28.07.1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsi ilə Cavabdeh 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X2 ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olması öz təsdiqini tapmadığından, Cavabdeh Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002ci il tarixli, 43 saylı yerləşmə cizgi sinin ləğv olunması üçün əsas müəyyən edilməmişdir.

10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 21(103)-606/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1737/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, K.Bədəlov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2-1(103)-606/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

15. Kassasiya instansiyasının mövqeyinə görə “mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinə yeni ünvan verilsə də, həmin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları (torpaq sahəsinin yerləşmə vəziyyəti) dəyişməmişdir. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi hazırkı iş üzrə üçüncü şəxslə iddiaçı arasında mülki mübahisəyə gəldikdə, həmin mübahisə üzrə Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından da göründüyü kimi, mübahisə predmeti idd iaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatına dair çıxarış olmuşdur. Həmin çıxarışın ləğv edilməsi, etibarsız sayılması, yaxud məhkəmə qətnaməsində göstərildiyi kimi “etibarsız hesab edilməklə ləğv edilməsi” isə, iddiaçının bağışlama müqaviləsinə əsasən əldə etdiyi (bağışlayanın adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əsas döngə nöqtələrinin koordinatları üzrə) torpaq sahəsi üzərində hüquqlarına təsir etmir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 21(103)-1167/2020 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi qeyd etm işdir ki, Cavabdeh 28.07.1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsi ilə Cavabdeh 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X3 ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olması öz təsdiqini tapmır.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğundur. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, X1 adına sərəncam verilən vaxt Tofiq Səmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən (Köhnə Bağlar ərazisi) 20x10(200 kv.metr) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Cavabdeh Başçısının 28 i yul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə şəhid ailəsi kimi qardaşı X7 ayrılmışdır. Sözügedən sərəncama əlavə olaraq sərəncamla eyni tarixdə qardaşı X7 ayrılmış həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi özəlləşdirilmiş və özəlləşdirilərkən də torpağın koordinatları naturada müəyyən olunmuşdur. Belə olan halda, onun qardaşının qanuni istifadəsində olan və hazırda onun mülkiyyətində olan torpaq sahəsinin təkrar X3 verilməsi qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllə Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki s ahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır...

22. Torpaq Məcəlləsi Maddə

4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

23. İnzibati Prosessual Məcəllə Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya mə hkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı mübahisə mahiyyət etibarı ilə X4 fərdi evin tikintisi məqsədləri üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv. metr torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamının və həmin sərəncam əsasında Cavabdeh Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 17 fevral 2002-ci il tarixdə tərtib olunmuş torpaq sahəsinin yerləşmə cizgisinin ləğv edilməsi ilə bağlıdır.

30. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsinin yerləşmə cizgisi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında tərtib olunur. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlər əsasında və həmin sənədlərə uyğun olaraq tərtib olunmuş torpaq sahəsinin yerləşmə cizgisinin ləğvi tələb oluna bilməz. 31. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmu nuna bağlıdır və ona uyğun davranmağa borcludur.

32. Bundan əlavə, torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olan orqanlar həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı yalnız qanunvericiliyin tələblərinə bağlıdırlar və torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun şəkildə ayrılması onların məsuliyyət sferasına aiddir. Bu baxımdan hər hansı şəxs müvafiq səlahiyyətli orqanlar tərəfindən üçüncü şəxslərə torpaq sahəsinin ayrılmamasını tələb etməkdə və ya üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayıla bilməzlər. Üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə inzibati aktın ləğv olunması barədə tələbin irəli sürülməsi yalnız o zaman və o hallarda mümkündür ki, həmin inzibati aktla başqasının istifadəsində və ya mülkiyyətind ə olan torpaq sahəsinə müdaxilə nəzərdə tutulmuş olsun.

33. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsi Cavabdeh Başçısı tərəfindən 28.07.1994-cü il tarixli, 2478 saylı sərəncamla əvvəlcə iddiaçının qardaşı X7 ayrılmışdır. Həmin torpaq Rzayev Salmanın adına 14.10.2017-ci ildə dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan həm həmin torpaq sahəsinin ayrılması barədə sərəncamda, həm həmin torpaq sahəsinə dair Rzayev Salmanın adına ilk dəfə verilmiş çıxarışda, həm də qeyd edilən torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair notarial qaydada bağlanmış bağışlama müqaviləsində torpaq sahəsinin ünvanının Bakı şəh əri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi qeyd olunduğu müəyyən edilmişdir. Lakin cəmi 13 gündən sonra bağışlama qaydasında iddiaçıya keçən həmin torpaq sahəsi onun adına qeydiyyata alınarkən və ona verilmiş çıxarışda daşınmaz əmlakın (həmin torpaq sahəsinin) ünvanı kimi ünvan 3 olunmuşdur.

34. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Cavabdeh Başçısının 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə üçüncü şəxs X4 fərdi evin tikintisi məqsədləri üçün Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin Cavabdeh Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 17 fevral 2002-ci il tarixdə yerləşmə cizgisi tərtib olunmuş və həmin torpaq sahəsinin Ba damdar qəsəbəsi, döngə 1 (Ə. Nəzərov və T.Məmmədov küçələrinin kəsişməsində) ünvanında yerləşdiyi qeyd edilmişdir.

35. Bakı şəhəri Cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmiş 24.04.2018-ci il tarixli məktubdan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofik Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsi “Köhnə Bağlar” ərazisinə aid deyildir. Eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazidə ünvan dəyişiklikliyinin olmadığı da iş üzrə materiallarla təsdiq olunur.

36. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin onun ayrılması barədə ilkin hüquqmüəyyənedici sənəddə qeyd edilən ünvanı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin fərqli ünvanlar olduğu nəzərə alındıqda, yuxarıda istinad olunan normalara əsas ən və qeyd edilən səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Odur ki, hazırkı mübahisəyə münasibətdə apelyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar düzgün və əsaslı sayılmalıdır.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1167/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar