Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-174/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi, kənd təsərrüfatına az yaralı torpaq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(105)-101/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 5.0 ha olmaqla 2-ci Nügədi Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
2. Qub a rayonu 2-ci Nügədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə 5.00 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya satılmışdır.
3. Həmin qərar əsasında xx.xx.2006-cı il tarixdə iddiaçı ilə Quba rayonu 2-ci Nügədi Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair Akt bağlanmışdır.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixli, JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir.
5. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən öz adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmayaraq o na bildirilmişdir ki, JN2813 KOD 30320018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməmişdir. Belə ki, həmin Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkə məsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DT və XK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2005-ci il tarixində onunla Quba rayonu 2-ci Nügədi Bələdiyyəsi arasında Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 5.00 hektar torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra, həmin torpaq sahəsinə dair onun adına 26 may 2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 27 noyabr 2019-cü il tarixind ə həmin torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq imtina etmişdir.
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus JN2813 KOD 30320018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməmişdir. Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3. 5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(118)-468/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 nömrəli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, Quba rayonu 2-ci Nügədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğunun göstərilməsi, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktının arxiv nüsxəsinin aşkar edilmə məsi, həmin Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmaması, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilməsi inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir.
12. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul ol unmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat
13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, m übahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən və bu qərara əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verildiyindən, cavabdeh qüvvədə olan həmin akta əsasən çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1082/2021 nömrəli qərarı ilə (hakimlər: K.Bədəlov – sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda həm də JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olduğunu qeyd etmiş, lakin iddiaçıya ayrılmış torpaq sahəsinin kateqoriyası məsələsi apellyasiya icraatında məhkəmə araşdırmasının predmeti olmamış, bununla da işin hallarının araşdırılm ası prinsipi pozulmuşdur. Belə ki, hazırkı iş üzrə iş materiallarında olan Quba rayonu 2-ci Nügədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarında iddiaçıya 5.0 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün ayrılması qeyd olunmuşdur. Lakin torpaq sahəsinin qaiməsində ayrılmış torpaq sahəsi “və sair sahələr”ə aid edilmiş, JN2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında isə bu barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Cavabdeh də hal-hazırda iddiaçıya JN2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktı ilə ayrılmış sahənin bir hissəsinin (3.5ha) kənd təsərrüfatı təyinatlı olduğunu bildirməklə bu halı mübahisələndirir. Lakin işə baxan apellyasiya məhkəməsi iş materiallarında olan bu ziddiyyətli hall arı aradan qaldırmaq istiqamətində və iş üzrə obyektiv həqiqətin əldə olunması üçün bütün addımları atmamışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(105)-101/2022 nömrəli qərarı ilə (sədrlik edən: Z.T.Məmmədov, hakimlər: İ.K.Dəmirov və E.G.Rəhimov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırma aparılmış, müvafiq sorğular verilərək torpaq sahəsinin ilkin torpaqayırma sənədləri, habelə kateqoriyası və təyinatı ilə bağlı mütəxəssis rəyi alınmışdır. Kollegiya qeyd edir ki, JN 2813 KOD 30320018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsi (sertifikatı) adlanan hissədə ayrılmış torpaq sahəsi “və sair sahələr”, torpaqğın adı “çəmən qəhvəyi”, keyfiyyət qrupu V, bonitet balı 20 kimi göstərilsə də, mütəxəssis rəyində göstərilmişdir ki, “iddiaçının iştirakı ilə iddia olunan torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturada plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş” və həmin torpaq sahəsinin bütövlükdə kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu müəyyən edilmişdir.
20. İddiaçı həmin qərardan kassasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun mülkiyyət hüququ hazırda qüvvədə olan, heç bir qurum tərəfindən mübahisələndiriməyən JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilir ki, həmin akt daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
22. Məhkəmənin gətirdiyi arqumentlərin heç biri JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını qüvvədən salmır və onu əhəmiyyətsiz etmir. Əvvəla ona g örə ki, xx.xx.2022-ci il tarixli, **********05 saylı mütəxəssis rəyinin özündə qeyd edilib ki, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№li Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı ərazi kimi qeydiyyata alınmışdır. Lakin məhkəmə kollegiyası Prezidentin Fərmanı ilə təsdiqlənmiş “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ni ciddiyə almayaraq, cavabdehin öz xeyrinə vermiş rəydəki informasiyanı təkzibedilməz həqiqət kimi qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdeh mübahisəli torpaq sahəsinin 1,50 ha hissəsini n meşə zolağı olduğunu iddia etdiyi halda, bu hal Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qətiyyətlə təkzib edildiyindən sonra həmin 1,50 ha torpaq sahəsi rəydə artıq örüş torpaqlarına “çevrilmişdir”.
23. İddiaçı həmçinin hesab edir ki, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.4-cü maddəsinin tələblərini pozmuşdur, belə ki, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırda qüvvədədir və hər hansı bir qurum tərəfineən mübahisələndirilmir. Ümumiyyətlə cavabdeh qurum istər iddiaçıya verdiyi cavabda, istərsə də məhkəməyə təqdim etdiyi izahat və etirazlarında öz imtinasını sözügedən qanunun 15-ci maddəsinin hər hansı bir bəndi ilə əsaslandırmamış dır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qan unla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
26. Torpaq Məcəlləsi: Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyy ələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər 27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələ diyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur..... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməs i bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
28. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:.... İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar....
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və ko operativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçü n Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.... İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır....
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir....
29. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:...
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə e dilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (m əlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 30. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı:...
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakim iyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respubl ikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər;
31. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı....
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyə ti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilm əli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhk əməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarını n tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
36. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə iddiaçıya Quba rayonu 2-ci Nügədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə iddiaçıya satılmış 5.00 hektar torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir.
37. Bu qərarın 25-26-cı bəndlərində qeyd olunan hüquq normalarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər.
38. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi üçün ayrıldığından hazırkı qərarın 27-ci bəndində istinad edilən Qanunun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Qub a rayon şöbəsinin rəyinin alınması şərt idi. Həmin vaxt torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etmək səlahiyyəti rayon torpaq şöbəsinə məxsus idi.
39. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən iddiaçıya satılmalı olan 5 ha torpaq sahəsinə dair müsbət rəy verilmişdir. Rəydə torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması qeyd edilməmişdir. Yəni Qanunun tələbinə görə kənd təsərrüfatına yararlı torpaq sahəsi alqı-satqının predmeti ola bilməz. Rayon torpaq şöbəsinin verdiyi rəydə iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin kəndin perspektiv inkişaf fonduna aid torpaq sahəsi olması qeyd edilmişdir. İstinad edilən Qanunda isə bələdiyyəyə məxsus kəndin perspektiv inkişaf fonduna aid torpaq sahəsinin alqı-satqının predmeti ola bilməsi nəzərdə tutulmuşdur.
40. Beləliklə işin mübahisə olunmayan hallarına görə iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi 8 sentyabr 2022-ci il tarixli qərar ilə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının iştirakı ilə iddia olunan torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturada plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş” və həmin torpaq sahəsinin bütövlükdə kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyas ı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan (İ cild, v. 176) Kənd Təsərrüfatı Nazirliyinin X1 İnkişaf Mərkəzi tərəfindən 2-ci Nügədi Bələdiyyəsinin sədrinə ünvanlanmış 1 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 5 ha torpaq sahəsinə baxış keçirilmiş və həmin sahə aşağı keyfiyyət qrupu torpaqlarına aiddir. Həmçinin həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının becərilməsi qeyri səmərəli və məqsədə uyğun hesab edilməməsi bildirilmişdir.
43. Həmçinin iş materiallarına əlavə edilmiş (İ cild, v.175) 2-ci Nügədi Bələdiyyəsinin 2 iyul 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, JN 2813 KOD 30320018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsi (sertifikatı) bölməsində həmin torpaq sahələri “və sair sahələr” qrafasında, yəni kənd təsərrüfatına yararsız torpaq kimi qeyd olunmuşdur. Bələdiyyə üzvlərinin iştirakı ilə əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi kənd təsərrüfatı məqsədi üçün tam yararsızdır.
44. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iş materiallarında olan (İİ cild, v.18) 2-ci Nügədi Bələdiyyəsinin qəbul etdiyi 30 dekabr 2005-ci il tarixli 19 nömrəli qərarından çıxarışda mübahisələndirilən torpaq sahəsi yararlı kimi qeyd olunsa da, bələdiyyə qərarının əsli apelyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilərək işə əlavə edilmişdir. Bələdiyyə qərarının əslindən görünür ki, qərarla çoxlu məsələlər gündəliyə salınaraq müzakirə edilmiş, gündəli kdə olan məsələlərdən biri də iddiaçıya torpaq sahəsi satılması barədə olmuş, bu məsələ ilə bağlı bələdiyyə üzvləri çıxışlarında iddiaçıya bələdiyyənin az yararlı torpaq sahəsinin satılması barədə fikirlərini bildirmiş, bələdiyyə qərarının nəticə hissəsində də bələdiyyənin az yararlı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Beləliklə, qərar 2-ci Nügədi Bələdiyyəsi üzrə keçirilmiş 30 dekabr 2005ci il tarixli iclasın nəticəsində qəbul edilmiş və həmin iclasın protokolunda (İİ cild, v.32) və iclas protokolundan çıxarışda (İİ cild, v.3) 2-ci Nügədi kənd sakini İddiaçı 2-ci Nügədi Bələdiyyəsinin az yararlı torpaq sahəsindən 5 hektar torpaq sahəsi sahibkarlıq məqsədilə satılması qeyd edilmişdir.
45. Bəhs olunanlara əsasən iddiaçının çıxarışın verilməsini istədiyi 5 ha torpaq sahəs i 2005-ci ildə ona satılarkən bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahəsi olmadığından, rayon torpaq şöbəsinin verdiyi rəyə əsasən alqı-satqının predmetinə aid torpaq sahəsi olduğundan, torpaq sahəsi satılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunduğundan və səlahiyyətli dövlət orqanı tərəfindən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair Dövlət aktı mövcud və qüvvədə olduğundan iddiaçının tələbi əsaslı, cavabdehin etirazı isə əsassız sayılır.
46. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyy ət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(105)-101/2022 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaç