Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-174/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan və ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2796/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı pensiyaya çıxdıqdan sonra işləyib qazandığı kapital əsasında pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının pensiyaya çıxdıqdan sonra işləyib qazandığı kapital əsasında pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-604/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə icra edilməsi cavabdeh inzibati orqana göndərilmişdir.
6. İddiaçı ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ər izə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(112)-6246/2021 saylı qərarına “iddiaçının xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” kimi izah verilmişdir.
8. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6246/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2796/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və qərara izah verilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.
14. İş Ali Məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şi kayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir.... 111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Şikayətdən imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı ( qərardadı) qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
18. Şikayətdən imtina həmin normanın, həmçinin İPM-in 97.2-ci maddəsinin tələblərinə uyğundur.
19. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin qaytarılması barədə ərizə təmin edilir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə kassasiya icraatına xitam verilir. İzah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir.