Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1740/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması, keçmiş feldyeger xidməti əməkdaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaç ı) cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-839/2020 saylı, x xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1962-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, 1987-ci ilin sentyabr ayından 2013-cü ilin noyabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2013-cü il tarixdə polkovnik-leytenant rütbəsi ilə tərxis olunmuş, ehtiyata buraxılarkən AR Naz irlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Ekspedisiya bölməsinin rəisi işləmişdir.. İddiaçının xidmət illəri təqvim ilə 32 il 08 ay 27 gün, imtiyazlı hesablama ilə isə 39 il 05 ay 23 gün təşkil etmişdir.
2. İddiaçıya xx.xx.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3771 nömrəli sərəncamı nəzərə alınmaqla, ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı x xxxxxx 2018-ci il tarixli məktubla əmək pensiyasına təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat iddiaçının sonuncu xidmət keçdiyi qurumdan daxil olmadığından, onun müraciə tinin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmək pensiyasının XDMX-nın X3 hal-hazırda fəaliyyət göstərən ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ilin sentyabr ayından 2013-cü ilin noyabr ayınadək Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində müxtə lif vəzifələrdə işləmişdir. 2013-cü ilin noyabr ayında feldyeger xidməti polkovnikleytenantı rütbəsində ekspedisiya bölməsinin rəisi vəzifəsində imtiyazlı xidmət illəri 39 il 5 ay 23 gün olmaqla pensiyaya çıxmışdır. xx xxxxx 2004-cü ildən Dövlət Feldyeger Xidməti Nazirlər Kabineti yanında müstəqil qurum kimi fəaliyyət göstərmişdir. xx xxxxxx 2016-cı il tarixdən Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində X6 kimi verilmişdir. 2017-ci ilin mart ayından DFX-nin əməkdaşlarının maaşı XDMX-nın əməkdaşlarının statusuna uyğunlaşdırılmışdır. İddiaçı pensiya məbləğinin XDMX-nın X3 hal-hazırda fəaliyyət göstərən ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması barədə müraciət etsə də müraciəti təmin edilməmişdir.
7. Cavabdeh iddiaya qar şı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddia, tələbə cavab verməli olmayan cavabdehə - İdarəyə qarşı qaldırılmışdır. Təminat xərcliyin hesablanması ilə bağlı məsələlər NK-nin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiqlənmiş “Təminat xərclərinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları” ilə tənzimlənir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyində baş vermiş artımlar barədə İdarədə hər hansı bir məlumat olmur. Həmin şəxslərin qulluq etdikləri orqanları tərəfindən müvafiq məlumat vərəqi İdarəyə göndərilməli və yalnız bundan sonra İdarənin müvafiq hesablamanı aparmaq imkanı yaranmalıdır. Bundan başqa iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı imtina məktubunu 2018-c i ilin noyabr ayında almış, məhkəməyə isə 2019-cu ilin aprel ayında müraciət etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-2945/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiatəmin edilərək, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləğinin XDMX-nın X3 hal-hazırda fəaliyyət göstərən ekspedisiya bölmə rəisinin vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həm XDMX-də xidmət edən hərbi rütbəli şəxslərə, həm də Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmət orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə pensiya təyin olunarkən təminat xərcliyin müəyyən edilməsi zəruridir və cavabdeh həmin məlumatları tələb etmək və müəyyən etmək hüquql arına və səlahiyyətlərinə malik olan dövlət orqanıdır. Belə olan halda isə məhkəmə cavabdehin iddiaya etirazda göstərilən dəlillərini əsassız hesab edir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X14-məruzəçi, X9 və X10, 2-1(103)-839/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, həm AR XDMX-də xidmət edən hərbi rütbəli şəx slərə, həm də AR Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmət orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə pensiya təyin olunarkən təminat xərcliyin müəyyən edilməsi zəruridir və cavabdeh həmin məlumatları tələb etmək və müəyyən etmək hüquqlarına və səlahiyyətlərinə malik olan dövlət orqanıdır.
13. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Cavabdeh Nazirlər Kabinetinin xx xxxxx 2019-cu il tarixli 170-7 nömrəli qərarına istinad edərək bildirir ki, iddi açının tutduğu vəzifənin uyğunlaşdırılacağı müvafiq vəzifə “idarə şöbəsinin bölmə rəisi” vəzifəsidir, məhkəmələr isə “ekspedisiya bölmə rəisi” vəzifəsinə uyğunlaşdırmaqla qərar qəbul ediblər. Bundan əlavə, məhkəmə aktlarında uyğunlaşdırma aparılarkən rəhbər tutulacaq vəzifə maaşına faiz nisbəti məqamı açıq qalıbdır. Nazirlər Kabinetinin sözügedən qərarına əlavəyə əsasən uyğunlaşdırılma aparılarkən Xüsusi Dövlət Mühafizə Xidmətindəki “idarə şöbəsinin bölmə rəisi” vəzifəsi üzrə vəzifə maaşının 100 faizi deyil, cəmi 30,3 faizi əsas alınmalıdır. Bu halda isə iddiaçının aldığı pensiya məbləğində ciddi dəyişiklik olmayacaqdır. Bundan əlavə, məhkəmələr pensiyanın hansı tarixdən yenidən hesablanmalı olduğu məsələsini də həll etməmişlər. Bu isə qərarın icrası zamanı əlavə mübahisə yaranmasına səb əb olacaqdır. İddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilədək olan dövr üçün yenidən hesablama tələbi irəli sürmək hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
16. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 17. ”Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artı mlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 18. “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 19. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən,…feldyeger rabitəsi orqanlarında…qulluq dövlət qulluğunun xüsusi növüdür.
20. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin X6 haqqında Əsasnamə”nin 5.1-ci bəndində deyilir ki, idarənin tərkibi hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində hərbi xidmət keçmiş şəxslər güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərə aid edilmişdir.
22. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1125 saylı, xx xxxxxx 2016-cı il tarixli Fərmanı ilə iddiaçının əvvəllər işlədiyi və pensiyaya çıxdığı Dövlət Feldyeger Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabe liyinə verilmişdir.
23. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2019-cu il tarixli 170-7 N-li Qərarı (həmin qərara əlavə) ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1-dən hesablanaraq ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bu qərarla iddiaçının işləmiş olduğu Dövlət Feldyeger Xidmətində olan “bölmə rəisi” vəzifəsi, Azə rbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində “idarə şöbəsinin bölmə rəisi” vəzifəsinə uyğunlaşdırılmış, uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti 30,3 müəyyən edilmişdir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlü yü, kasasiya baxışının hədləri
25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
28. Kasasiya şi kayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hüquq normalarına istinad etməklə, iddiaçıya təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılmış vəzifəsinin təminat xərcliyinə əsasən yenidən hesablanmalı olduğu nəticəsinə gəlməkdə haqlı olsa da, iddiaçının işləmiş olduğu vəzifənin mövcud vəzifəyə uyğun olması hissəsində səhvə yol vermişdir.
30. Nazirlər Kabinetinin adı çəkilən xx xxxxx 2019-cu il tarixli 170-7 N-li Qərarına əlavədə Dövlət Feldyeger Xidmətində mövcud olmuş “bölmə rəisi” vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq vəzifəsi “idarə şöbəsinin bölmə rəisi” kimi qeyd olunmuşdur. İddiaçı da əvvəllər Dövlət Feldyeger Xidmətində bölmə rəisi vəzi fəsində işləmişdir.
31. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının əvvəllər işləmiş olduğu vəzifə Xüsusi Dövlət Mühafizə Xidmətinin X3 hal-hazırda fəaliyyət göstərən Ekspedisiya bölmə rəisi vəzifəsinə uyğundur. Lakin apelyasiya məhkəməsi xx xxxxx 2019-cu il tarixli 170-7 N-li Qərara əlavədə “bölmə rəisi” vəzifəsinin “idarə şöbəsinin bölmə rəisi” vəzifəsinə uyğunlaşdırılmasını nəzərə almamışdır.
32. Odur ki, iddiaçının vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin X3 halhazırda fəaliyyət göstərən Ekspedisiya bölmə rəisi vəzifəsinə deyil, xx xxxxx 2019-cu il tarixli 170-7 N-li Qərara əlavədə göstərilən “idarə şöbəsinin bölmə rəisi” vəzifəsinə uyğunlaşdırıla bilər.
33. İddiaçıya yenidən hesablanacaq ödənişlərin hansı vaxtdan hesablanması da məhkəmə qərarında qeyd edilməmişdir. Nazirlər Ka binetinin sözügedən qərarında pensiyaların 2018-ci il martın 1-dən hesablanaraq ödənilməsinin təmin edilməsi əksini tapmışdır.
34. Bəhs olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməli, iddiaçıya təyin olunmuş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin “idarə şöbəsinin bölmə rəisi” vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalı, kasasiya şikayəti qismən təmin olunmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Ba kı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-839/2020 saylı x xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin “idarə şöbəsinin bölmə rəisi” vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X8 Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.