Məhkəmə qərarları › İş №2-1(102)-1740/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1740/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1740/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı İnzibati Məhkəməsinə qarşı cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-266/2013 saylı, 28 yanvar 2013-cü il tarixli qərarının icrası ilə bağlı hərəkətlərinin edilməsi və müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2-1(105)397/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyü məsələsinə 29 sentyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ:

1. İddiaçı cavabdeh Bakı İnzibati Məhkəməsinə qarşı cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-266/2013 nömrəli, 28 yanvar 2013-cü il tarixli qərarının icrası ilə bağlı hərəkətlərinin edilməsi və müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2020-ci il tarixli qərardadı ilə iş aidiyyət məsələsinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəm əsinə göndərilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin 04.08.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) göndərilmişdir.

4. Birinci instansiya məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(118)413/2021 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(118)-413/2021 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkə məsi) 29.06.2021-ci il tarixli, 2-1(105)- 397/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(118)-413/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsinin 29.06.2021-ci il tarixli, 21(105)-397/2021 nömrəli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir.

8. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Həmçinin kasasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatə t) təqdim edilməmişdir.

9. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 29 sentyabr 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kasasiya şikayətinin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu nöqsanlar aradan qaldırılmamışdır.

10. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

12. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qay da müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

14. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olun ur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kasasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

16. Azərbaycan Respublikası MPM-in 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Həmin Məcəllənin 133.1.-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Göründüyü kimi, iddiaçı tərəfindən kasasiya şikayətinin verilmə müddəti buraxılmış və buraxılmış müddətin bərpası barədə ərizə verilməmişdir.

19. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

20. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə maddəsini rəhbər tutaraq əsasən və Azərbaycan QƏRARA Respublikası İPM-nin 96.3-cü A L D İ: İddiaçının kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar