Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1740/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: işdən azad etmə barədə əmrin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)171/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 25 oktyabr 1991-ci il tarixdə Bakı Gömrüyünün inspektoru vəzifəsinə təyin edilmiş, 24 iyul 1996-cı ildə Bakı Baş Gömrük İdarəsi poçt göndərişlərinə nəzarət bölməsinin rəisi vəzifəsinə keçirilmiş, 14 avqust 2018-ci ildə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, 23 oktyabr 2019-cu il tarixdə “Gömrük Orqanlarında xidmət haqqında” əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqəda r xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Dövlət Gömrük Komitəsində qulluğa əsassız xitam verildiyinə görə məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı № 307 saylı əmrə əsasən xx.xx.1991-ci il tarixdən etibarən Bakı Gömrüyünün inspektoru vəzifəsində çalışmışdır. Çalışdığı dövrdə xx.xx.1994-cü ildə “Qaçaqmalçılığın yol verilməsinin qarşısının alınmasına görə” № 263 saylı əmrlə təşəkkür elan edilmişdir. İddiaçı xx.xx.1996-cı ildən etibarən Bakı Baş Gömrük İdarəsi poçt göndərişləri nə nəzarət bölməsinin rəisi vəzifəsində çalışmışdır. xx.xx.2018-ci il tarixdən etibarən Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdə № 1000/1288Ş saylı əmrlə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifəsinə xitam verilmişdir. İddiaçı xidmət illərində vəzifəsini icra edərkən icra intizamını, hər hansı müəssisədaxili intizam qaydalarını pozmamış, vəzifəsini düzgün və məsuliyyətli icra etmişdir. O, vəzifə mövqeyindən sui-istifadə etməmiş, xidmətli illərində nümunəvi gömrük əməkdaşı olmuş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində qeyd edi lən hallara uyğun olaraq (həmin əsasnamənin 16 və 44-cü maddələrinin pozulması, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsinin tələblərinə əməl etmədikdə) irad, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, aşağı vəzifəyə keçirilmə, xüsusi rütbənin bir pillə aşağı salınması, vəzifədən azad etmə və digər intizam tənbeh tədbiri tətbiq edilməmişdir və daha əvvəl qeyd edildiyi kimi fəaliyyətindəki uğurlara, intizama, məsuliyyətliliyinə müvafiq olaraq müvafiq mükafatlar, rütbələr verilmişdir. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə xidmətə xitam verilir. İddiaçının vəzifəsinə xitam verilərkən müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmiş, onun peşəkar keyfiyyətləri obyektiv dəyərləndirilməmişdir. Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən həmin Məcəllə hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Müvafiq olaraq iddiaçının işdən azad olunması həmçinin Əmək Məcəlləsinin tələbləri gözlənilmək lə həyata keçirilməli idi. Belə ki, Əmək Məcəlləsinin 83cü maddəsinə əsasən “ştat ixtisarı” əsası ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməli idi. İddiaçı müvafiq ərizə ilə Dövlət Gömrük Komitəsinə müraciət etmiş, lakin qurum həmin ərizəyə cavabda verilən qərarı əsaslandırmamışdır. Azərbaycan Respublikasının Prezidentinin 837 saylı, 21 dekabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddi təsdiq edilmişdir. Möhtərəm cənab prezident İlham Əliyev həmin sərəncama heç bir dəyişiklik etməmişdir və ya Dövlət Gömrük Komitəsinin ştat vahidləri barədə yeni sərəncam verməmiş dir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməsi üçün “Dövlət orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndində qeyd olunan digər əsaslarda (pensiya çıxmaq hüququ verən xidmət illəri, yaş həddi və s.) mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqan ın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 127-ci maddəsinə əsasən-gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.
4. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1288 Ş saylı əmrinin ləğv edilməsi, gömrük orqanlarında müvafiq vəzifəyə bərpa və DGK-də məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaya dair etiraz tə qdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanla rında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmri ilə Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunun inspektoru Quliyeva X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1288Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz.
6. Bakı İnzibati Mə hkəməsinin 2-1(112)-389/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı tələbi əsaslı deyil. Ona görə də cavabdeh inzibati orqanın mübahisələndirilən əmri qanunazidd deyildir.
8. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat:
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşı, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(112)-389/2021 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, məhkəmə tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə vakant vəzifələrin olub-olmaması, elə cə də iddiaçının digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması barədə hər hansı araşdırmanın aparılması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin, iddiaçının sərəncamda olduğu müddətdə struktur bölmə üzrə yeni işçinin işə qəbul olunubolunmaması da araşdırılmamışdır. c) birinci instansiyası məhkəməsindəki ikinci icraat:
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1288Ş saylı əmri ləğv edilmiş, iddiaçının gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, sərəncamda olduğu müddətdə iddiaçıya hər hans ı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina olunması haqqında da sübut yoxdur.
13. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1500/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və R.Ə.Səmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış v ə əlavə olaraq bildirmişdir ki, “cavabdehin hazırkı iş üzrə yeganə dəlili ondan ibarət olmuşdur ki, iddiaçının sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələrin mövcud olmadığından, onun başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli, 1000/1288Ş saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa edilməsi hissəsinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Belə ki, bu maddədə təsbit olunan gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə 13 halda xit am verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyrimümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə göstərilən normanın 3-cü şərtinə əməl edilmir. Belə ki, iddiaçıya hər hansı alternativ vəzifə təklif edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin iddiaçının gömrük orqanlarında xidmətinə xi tamla əlaqədar 1000/1288ş N-li ƏMR-i üzrə 2019-cu il, 23 oktyabr tarixli qərarını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Gömrük Komitəsinin verdiyi 23 oktyabr 2019-cu il tarixli. 1000/1288Ş №-li əmr qanunsuz olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur.”
16. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 130-132ci maddələrinə, “Gömrük orqanlarında xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasını n Dövlət Gömrük Komitəsi haqqında” Əsasnaməyə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7, 64.1, 68.2, 73.3.1 və 96.5-ci maddələrinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.
18. Belə ki, mübahisəli əmr maddi-hüquqi baxımdan qanunidir. Həmin əmr qəbul edilərkən qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olmuşdur.
19. Daha sonra qeyd edilmişdir ki, komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, istərsə də məhkəmə tərəfindən verilmiş sorğulara əsasən təqdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata k eçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncamın, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək m üqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılm asını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4. əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada ya zılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götür ə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata ke çirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hal larda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi il ə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edi lmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabili yyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orq anın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Maddə
75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqavil əsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.
4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.
5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən e də bilməzlər. 22. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:
1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tə nzimlənir.
50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır.
53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər: 1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi; 2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş hə ddinə görə digər vəzifəyə keçirilməsi; 3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslərin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə: səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə; intizam tənbehi qaydasında
114. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir. Attestasiya zamanı hər bir gömr ük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
115. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarını n vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. Hər bir gömrük orqanının vəzifəli şəxsinin beş ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər. Attestasiya olunan gömrük orqanının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:... 4) təşkilati-ştat tədbirlərin keçirilməsi il ə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə;... 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərlidir və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hall arı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, cavabdeh iddia tələbinə etirazda, apelyasiya və kassasiya şikayətlərində eyni mövqe sərgiləyərək bildirmişdir ki, iddiaçının sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmadığından, onun başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir.
29. Məhkəmə tərkibi aşağı instansiya məhkəmələrinin bu dəlillə bağlı mövqeyini qanuni və əsaslı hesab edərək bildirir ki, iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli, 1000/1288Ş saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa edilməsi hissəsi nin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Belə ki, bu maddədə təsbit olunan gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona t əklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır ki, cavabdeh də sonradan əmrinə bununla bağlı müvafiq dəyişiklik etmişdir. Odur ki, yuxarıda qeyd edilən normanın 3-cü şərtinə əməl edilmədiyindən cavabdehin mövqeyi qanuni deyildir.
31. Bundan əlavə cavabdehin iddiaçının gömrük orqanlarında xidmətinə xitamla əlaqədar 1000/1288ş N-li ƏMR-i üzrə 2019-cu il, 23 oktyabr tarixli qərarı da qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Gömrük Komitəsinin verdiyi 23 oktyabr 2019-cu il tarixli. 1000/1288Ş №-li əmr qanunsuz olmaqla Azərbaycan Respublikasını n Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur.
32. Cavabdeh təşkilat İddiaçı xidmətinə xitam verərkən 23 oktyabr 2019-cu il tarixli, 1000/1285Ş №-li əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin, cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötür ən müəyyən edir. Cavabdeh isə iddiaçının 23 illik iş təcrübəsi olduğunu, vəzifəsini məsuliyyətlə, vicdanla, dəqiqliklə və peşəkarlıqla yerinə yetirməsini nəzərə almamışdır.
33. Bundan əlavə iş materiallarından görünür ki, zamanda iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. Belə ki, iddiaçının xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlər inin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir.
34. Eyni zamanda, sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina olunması haqqında da sübut yoxdur.
35. Həmçinin kassator qeyd edir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir.
36. Bu mövqeyi də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, diskresionluq iş üzrə sübuta yetmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunda diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi açıqlanmışdır. Başqa ifadə ilə, diskresion səlahiyyət inzibati orqanın qanunun ona səlahiyyət verdiyi, amma dəqiq göstərmədiyi halda öz mülahizəsinə uyğun olaraq, həmçinin qanunun və konstitusiyada elan edilmiş dəyərləri rəhbər tutmaqla hərəkət növünü seçməsi deməkdir. Bu baxımdan, inzibati orqanın diskresion səlahiyyətlərindən bəhs edə bilmək üçün onun mövcud mübahisə üzrə digər hansı qərarları da qəbul etmək səlahiyyətində olduğu və bu alternativ imkanlar dəyərləndirildikdən sonra qəbul etdiyi yekun qərarın həmin situasiyada məhz ən düzgün qərar olduğu hüquqi baxımından normalarla, faktiki baxımdan isə mötəbər dəlillərlə sübuta yetirilməlidir.
37. Cavabdeh də nə əmrin əsasları (təşkilati-ştat tədbirlərinin həyata keçi rilməsi və digər vakant vəzifəyə keçirilmənin mümkün olmaması halları), nə də mübahisəli əmrlə yanaşı digər hansı qərarları da qəbul etmək səlahiyyətində olması və bu seçimdən sonra qəbul etdiyi mübahisəli əmrin həmin vəziyyətdə iddiaçıya münasibətdə ən optimal qanuni qərar olması ilə bağlı heç bir konkret sübut təqdim etməmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
39. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1500/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.