Məhkəmə qərarları › İş №2-1(102)-1740/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1740/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1740/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin məhkəmə prosesinə cəlb edilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2024-cü il tarixli, 21(103)-1895/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki istifadəsində olan Əzizbəyov Rayon Xalq Deputatları Sov eti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 23 saylı Qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün ona verilmiş, Mərdəkan qəsəbəsində MZ/448-ci sahə ünvanında yerləşən 635 kv.m. torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır).

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2023 nömrəli iş üzrə 11 oktyabr 2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 23 saylı Qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün İddiaçı verilmiş, Mərdəkan qəsəbəsində MZ/448-ci sahə ünvanında yerləşən 635 kv.m. torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ö hdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

3. Qərardan şikayət verilmədiyindən qanuni qüvvəsini alaraq icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. Cavabdeh ərizə verərək Bakı şəhər İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsini, məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İdarəyə ünvanlanmış 36/1421 saylı, xx.xx.2012-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Ə zizbəyov rayon XDS İK-nin 23 saylı, xx.xx.1990-cı il tarixli qərarı mövcud deyil. Əzizbəyov rayon XDS İK-nin 23 saylı qərarı 13 dekabr 1990-cı il tarixlidir. Bu qərarla isə vətəndaş İddiaçı Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılmamışdır. Sorğuya əlavə edilmiş kserosurət saxta sənəddir. Həmin sənəddə arxivin müdirinin və böyük arxivçinin imzaları, həmçinin möhür də saxtadır. Bu saxtalığı 23 saylı qərarın şrift fərqindən görmək olar. Bundan başqa, 2012-ci ilin iyul ayına qədər tərəflərindən verilən arayışlara möhürdən əlavə ştamp da vurulurdu. Bu ştampda arxiv arayışının verilmə tarixi və nömrəsi göstərilirdi. Sorğuya əlavə edilən kserosurətdə isə ştamp yoxdur. Verilən kserosurətdə nə Əzizbəyov rayon XDS İK-nin sədri, nə də katibin imzaları yoxdur. Halbuki onlar verdikləri kserosurətdə BŞİ H-nin arxivində qorunub saxlanılan sənədin əslindən verilir və həmin imzalar sənədin əslində var. 2012-ci ilin iyul ayından isə BŞİH Başçısı aparatında struktur dəyişilməsi ilə əlaqədar, arxiv arayışının forması da dəyişilib. Belə ki, vətəndaşlara təqdim olunan Əzizbəyov rayon XDS İK-nin qərarlarının kserosurətlərinə imza qoyulur, əsas yazılır və “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü vurulur. Bir daha bildirilir ki, göndərilən sənəd həqiqi deyildir və onların arxivi tərəfindən verilməmişdir.

6. İddiaçı ərizəyə qarşı yazılı etiraz təqdim edərək ərizənin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6358/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakim X1) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, Xəzər rayon İcra Hakimiyyəti (zəruri cəlbetmə qaydasında) və Bakı şəhər İcra Hakimiyyəti (adi cəlbetmə qaydasında) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

8. Məhkəmə qeyd etmişdir ki, X4 ləğv edildikdən sonra onları əvəz edən qurum yerli icra hakimiyyətləri orqanları olmuşdur. İddia edilən torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyətinin inzibati ərazisində yerləşir. Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş qərara istinad edilər ək arxiv sənədləri Bakı şəhər İcra hakimiyyəti olan və faktiki olaraq Xəzər rayon İcra Hakimiyyətinin hüdudlarında yerləşən torpaq sahəsinə dair sənədin mötəbərliliyinin mübahisələndirilməsi (saxta olmasının iddia edilməsi) müvafiq icra hakimiyyətlərinin hüquq və maraqlarına toxunur. Həmçinin qərarın Bakı şəhər İcra Hakimiyyətinin arxivindən verildiyi qeyd edilərək arxiv məlumatlarının (imza, möhür, ştampın olmaması və s.) saxtalaşdırılması iddia edilir. Bakı şəhər İcra Hakimiyyətinin həmin sənədi mübahisələndirməməsi, susması və DT və XK tərəfindən 2011-ci il tarixdə kadastr planının verilməsi iddiaçıya mülkiyyət hüququ vermir və məhkəmə təkrar olaraq qeyd edir ki, bu məsələlər işə mahiyyəti üzrə baxılan zaman həll edilməli olan məsələlərdir.

9. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehin ərizəsinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2024-cü il tarixli, 2-1(103)-1895/2024 nömrəli qərardadı (hakimlər X5 (məruzəçi), X6 və X2) ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “Bakı şəhər İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb edilməsi, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi”nə dair ərizəsi təmin edilməmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən ünvanlanmış üçüncü şəxs qismində cəlbetmə barədə ərizədə Bakı şəhər İcra Hakimiyyətinin hazırkı iş üzrə “zəruri” və ya “adi” cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməli olması qeyd edilməmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin mübahisələnidirilən qərardadında Xəzər rayon İcra Hakimiyyəti (zəruri cəlbetmə qaydasında) və Bakı şəhər İcra Hakimiyyəti (adi cəlbetmə qaydasında) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qeyd edilsə də, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarının Xəzər rayon İcra Hakimiyyətinin qanunla qorunan hansı hüquqlarına və mənafelərinə toxunması əsasl andırılmamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz olduğu bildirilərək qeyd edilir ki, məhkəmə kollegiyasının qərardadında əsaslandığı hal kimi cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin “zəruri” cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmə”sinin məhkəməyə təqdim olunan ərizəsində qeyd edilməməsi təşkil edir. Lakin qeyd olunan əsas formal xarakterlidir, çünki qeyd olunan halda məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 48.1-ci maddəsinə və “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci tarixli, 01/2022 saylı qərardadının 48-ci bəndinə əsasən xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməli və müvafiq maddələrdə göstərilmiş halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməli idi. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağ ı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməs i barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquq ları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildir ir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı qəbul edilə bilməz. Belə ki, hazırkı icraat üzrə düzgün qənaətə gəlmək üçün Xəzər rayon İcra Hakimiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin prosesə üçüncü şəxs qismində cəlbi zəruri dir.

23. Məhkəmə kollegiyası şikayətə hüquqi qiymət vermək üçün cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizənin də təhlil edilməsini məqsədə müvafiq hesab edir. Həmin ərizədə cavabdeh qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İdarəyə ünvanlanmış 36/1421 saylı, xx.xx.2012-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Əzizbəyov rayon XDS İK-nin 23 saylı, xx.xx.1990-cı il tarixli qərarı mövcud deyil. Əzizbəyov rayon XDS İK-nin 23 saylı qərarı 13 dekabr 1990-cı il tarixlidir. Bu qərarla isə vətəndaş İddiaçı Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılmamışdır. Sorğuya əlavə edilmiş kserosurət saxta sənəddir. Həmin sənəddə arxivin müdirinin və böyük arxivçinin imzaları, həmçinin möhür də saxtadır. Bu saxtalığı 23 saylı qərarın şrift fərqindən görmək olar. Bundan başqa, 2012-ci ilin iyul ayına qədər tərəflərindən verilən arayışlara möhürdən əlavə ştamp da vurulurdu. Bu ştampda arxiv arayışının verilmə tarixi və nömrəsi göstərilirdi. Sorğuya əlavə edilən kserosurətdə isə ştamp yoxdur. Verilən kserosurətdə nə Əzizbəyov rayon XDS İK-nin sədri, nə də katibin imzaları yoxdur. Halbuki onlar verdikləri kserosurətdə BŞİH-nin arxivində qorunub saxlanılan sənədin əslindən verilir və həmin imzalar sənədin əslində var. 2012-ci ilin iyul ayından isə BŞİH Başçısı aparatında struktur dəyişilməsi ilə əlaqədar, arxiv arayışının forması da dəyişilib. Belə ki, vətəndaşlara təqdim olunan Əzizbəyov rayon XDS İK-nin qərarlarının kserosurətlərinə imza qoyulur, əsas yazılır və “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü vurulur. Bir daha bildirilir ki, göndərilən sənəd həqiqi deyildir və onların arxivi tərəfindən verilməmişdir”.

24. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədən məlum olur ki, qeyd edilmiş xüsusatlar cavabdehə hələ 2013-cü il tarixdə məlum olmuşdur (Bakı şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş məktub xx.xx.2013-cü il tarixdə cavabdehin hüquqi ünvanına daxil olmuşdur ki, bu hal məktubun üzərində cavabdehə məxsus daxil olma ştampı ilə öz təsdiqini tapır) (iş vər 71).

25. Yəni hazırki işə mahiyyəti üzrə birinci instansiya məhkəməsinə baxılarkən cavabdeh ərizəsində göstərdiyi məqamlar haqqında məlumatlı olsa da hərəkətlisizlik göstərmiş, hazırda üçüncü şəxs qismində cəlb edilməsini tələb edilən inzibati orqanların məhkəmə prosesinə cəl b edilməsi üçün ərizə vermişdir.

26. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış mövqeyə uyğun olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsinin heç bir qanuni əsası mövcud deyildir.

28. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, qanunverici üçüncü şəxslərin cəlbi ilə əlaqədar olaraq zəruri və adi cəlbetmə kimi cəlbetmənin iki növünü fərqləndirmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmi ş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.

30. Məhkəmə kollegiyası qeyd edir ki, qəbul edilmiş qərar üçüncü şəxs qismində cəlb edilməsi təl əb edilən inzibati orqanların hüquqi maraqlarına və mənafelərinə zərər vurması əsaslandırılmadığından apelyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni olmuşdur.

31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1895/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar