Məhkəmə qərarları › İş №2-1(102)-1740/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1740/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1740/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli 2-1(103)-15 97/2024 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçiri lməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır.

2. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirmişdir. Göstərilən sərəncama əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Hal-hazırda mübahisəli yaşayış binası mülkiyyətçilərə kompensasiya ödənilməsi şərti ilə sökülmüşdür. 3. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli ümumi yığıncağının 36 nömrəli protokolundan çıxarışa əsasən, d övlət tərəfindən köçürülməsi və kompensasiya nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələri vətəndaşların (MTK üzvlərin) mülkiyyətindən əlavə olaraq hər bir mənzil sahibinin və qaraj sahibinin MTK-nın balansında olan 718,0 kv.m binada və 126,0 kv.m zirzəmi mərtəbəsində ümumi istifadə sahələri mövcuddur. Proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağı qərar verir ki, vətəndaşlara ümumi istifadə sahəsindən pay verilsin. Bu pay mənzilin tərkib hissəsidir və bu paya görə dövlət tərəfindən kompensasiya verilməlidir. 4. "xxxx" MTK-nın Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığı 31 mart 2022-ci il tarixli, 01 nömrəli məktubuna əsasən bildirilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrdən əlavə binada ümumi istifadə sahələridə mövcuddur. Bu sahələri MTK üzvləri arasında bölünməsi mə qsədi ilə "xxxx" MTK-nın 19 noyabr və 22 noyabr 2021-ci il tarixlərində MTK üzvlərinin ümumi yığıncağı keçirilib. Ümumi istifadə sahələri MTK üzvləri arasında bölüşdürülüb. Ümumi yığıncağın protokollarında və çıxarışların surətləri təqdim edilməklə, həmin sahələrə kompensasiya ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiaçıların ümumi paylı mülkiyyətində olan sahələrinin (İddiaçı1 18,6 kv.m, İddiaçı2 30 kv.m, İddiaçı3 85,8 kv.m, X1 18,6 kv.m) hər kv.m 2500 manatdan hesablanaraq iddiaçılara kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

6. İddia tələbi o nunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 1a və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının sakinləri mülkiyyətçiləri, həmçinin "xxxx" MTK-nin üzvləridirlər. xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin müavini Etibar Əhmədovun imzası ilə bina sakinlərinə bildiriş paylanmışdır. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlaşdırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərin ə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 (beş) gün müddətinə hüquqi sənədlərinizlə komissiyaya müraciət etməyiniz Sizdən xahiş olunur.” Bundan sonra bina sakinlərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlanılmış, 23 noyabr 2021-ci il tarixdə binanın həyətyanı sahəsinin hasarı uçurulmuş, 10 dekabr 2021-ci il tarixdə isə binanın elektrik təchizatı qanunsuz olaraq özbaşına şəbəkədən ayrılmışdır. Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları şifahi olaraq mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq yaşayış sahəsinin hər kv.m 2.200 manat, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə 2.500 manat pul ödəniləcəyini, ümumiyyətlə sakinlərin razılığının olubolmamasında asılı olmayaraq binanın sö küləcəyini bildirmişdirlər. Hal-hazırda mübahisəli çoxmənzilli yaşayış binasının söküntüsü həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılar mülkiyyətində olan yaşayış sahələrinə münasibətdə kompensasiyanı ayrı iddia qaldıraraq tələb edirlər. İddiaçılar hesab edir ki, onların təkcə mülkiyyətlərində olan yaşayış sahələrinə deyil, həmçinin ümumi paylı mülkiyyətdə olan digər sahələrə münasibətdə də kompensasiya almaq hüquqları vardır. Kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə bir mənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsini n təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, “kompensasiya” anlayışı özüözlüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğ inin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. Göründüyü kimi dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı mexanizm “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları üzərində qurulmuşdur ki, kompensasiyanın ödənilməsi əmlakın bazar qiymətinin müəyyən edilməsi əhəmiyyət kəsbedici amillərdən biridir. Ümumməlum olan arqumentdir ki, hər yaşayış binasında olduğu kimi - "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən yaşayış binasının 718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr mövcuddur. Həmin sahələr proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021 ci il tarixli 2021 -ci il tarixli ümumi yığıncağının 36 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021- ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur: X6 - 18,6 kv.m (ümumi) İddiaçı2 - 18,6 kv.m (ümumi) + 11,4 kv.m (zirzəmi) İddiaçı3 - 11,4 kv.m (zirzəmi) + 74,4 kv.m (ümumi) X3 - 18,6 kv.m (ümumi) Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proprosional bölgü əsasında ümumi istifadədə olan sahələr paylar şəklində iddiaçılar və digər yaşayış binasının sakinləri arasında bölünmüşdür. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin sahələr ümumi istifadə də olsa da, iddiaçılar həmin sahələrə münasibətdə kompensasiya tələb etmək hüququna malikdirlər.

7. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afıyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Göstərilən sərəncama əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. İddiaçıların iddia tələblərində mübahisələnd irdikləri ümumi paylı mülkiyyətdə olan sahələrə dair komissiyaya müraciət olunmamış və şəxsi mülkiyyətdə olan hüquqi sənədlərini təqdim etməmişdirlər. xx.xx.2022-ci il tarixli AN-1 № ******* və ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinə əsasən iş üzrə İddiaçı3 ilə müqavilə bağlanılmış və iddiaçıya ümumilikdə 92.036 (doxsan iki min manat otuz altı qəpik) kompensasiya onun bank hesabına köçürülmüşdür.

8. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)-3454/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki iddiaçıların kompensasiyanın ödənilməsini tələb etdikləri ümumi istifadə olunan sahələrə dair mülkiyyət hüquqları iddiaçıların adına dövlət qeydiyyatına alınmamışdır. Odur ki, cavabdehin hazırkı mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanunsuz olmadığından, qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçılara vurulmuş zərərin ödənilməsi öhdəliyi yaranmamışdır.

10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli 2-1(103)-1597/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, G.Abbasova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi “Torpaq ların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1, 4.1, 7.3, 7.3.1, 70.6-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, qanunvericilik torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyanın ödənilməsini kompensasiya iddiasında olan şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarının olması və bu hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış olması ilə şərtləndirmişdir. İddiaçıların kompensasiyanın ödənilməsini tələb etdikləri ümumi istifadə olunan sahələrə dair hüquqları iddiaçıların adına dövlət qeydiyyatına alınmamışdır.

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar. Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyət də olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Mənzil Məcəlləsinin 35.6-cı maddəsinin təhlili zamanı aydın olur ki, həmin maddə özündə çoxmənzilli binanın yaşıllaşdırma-abadlaşdırma məqsədləri ilə sökülməsinə məruz qaldığı məsələlərdə yaşayış binasının ümumi istifadədə olan sahələrin payçılar arasında saxlanılması, sahiblik etməsi, ondan istifadə etməsi və barəsində sərəncam verməsi hüququnu mülkiyyətçilərə vermişdir. Başqa sözlə desək həmin maddə dolayısı yolla söküntü işləri aparıldığı zaman ümumi istifadədə olan sahələrə münasibətdə mülkiyyətçilərə mülkü qanunvericiliyə uyğun olaraq sərəncam verməsi hüququ vermişdir. Bu nöqteyi-nəzərindən hesab olunur ki, iddiaçılar necə ki mülkiyyətlərində olan yaşayış sahələrinə, eləcə də onlara ümumi istifadədə olan sahələrdən ayrılmış sahələrə (ümumi paylı mülkiyyətdə olan) münasibətdə kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdirlər. Bunun üçün isə onlarm mülkiyyət hüquqlarının qeydiyyata alınmasına zərurət yoxdur.

15. İddiaçılar yaşayış binasında yerləşən mənzillərin mülkiyyətçiləri olduğundan, həmin yaşayış binasının tərkib hissəsinə daxil olan sahələr onların paylı mülkiyyətindədir. O da nəzərə alınmalıdır ki, ümumiyyətlə inzibati məhkəmə icraatı çərçivəsində baxılan "xxxx" mübahisələrdə MTK və ya MMC tərəfindən mənzilə dair alqı-satqı həyata keçirildiyi zaman, mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin satışı, o cümlədən yaşayış binasının sakinlərinin həmin sahələr üzərində mülkiyyət hüquqlarının ümumi paylı mülkiyyət hüququ kimi qey diyyata alınmasına rast gəlinməmişdir. Həmin sahələr mənzillərin hissəsi olmayan, lakin yaşayış binasının tərkib hissəsi olduğundan, həmin sahələr yaşayış binasının sakinlərinin istifadəsində olan paylı mülkiyyətdir.

16. Kassasiya şikayətinin əsasını Mənzil Məcəllə 35.1, 35.2, 35.6, 213.1, 213.2, 215.1, 215.3, 220.1, 220.2, 220.3-cü maddələri təşkil etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Məcəllə Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedi kdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dö vlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 19. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;... 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə raz ılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər;... 70.6. Alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir.

20. Azə rbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

22. Avropa İnsan hüquqları Məhkəməsinin Gürcüstana qarşı” 27 may 2010 tarixli qərarı “Saghinadze və başqaları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı qərarın 18-ci bəndində istinad olunan normalara görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranmas ı dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

33. Həmçinin qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müd axilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. 34. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar).

35. Yuxarıda qeyd edilənləri hazırkı i şin hallarına tətbiq edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

36. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə ko missiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirmişdir. Hal-hazırda mübahisəli yaşayış binası sökülmüşdür.

37. İddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquq maraqları mülkiyyətlərində olan yaşayış sahələrinə deyil, ümumi paylı mülkiyyətdə olmasına istinad etdikləri digər sahələrə (718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr) münasibətdə kompensasiyanın verilməsinə yönəlmişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-cu bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qa nunvericilik torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyanın ödənilməsini kompensasiya iddiasında olan şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarının olması və bu hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış olması ilə şərtləndirmişdir.

39. Lakin hazırkı halda, iddiaçıların kompensasiyanın ödənilməsini tələb etdikləri ümumi istifadə olunan sahələrə dair hüquqları iddiaçıların adına dövlət qeydiyyatına alınmamışdır.

40. Bu səbəbdən apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın hazırkı mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanunsuz olmadığından, qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçılara vurulmuş zər ərin ödənilməsi öhdəliyi yaranmamışdır.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-20a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli 21(103)-1597/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar