Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1741/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs “xxxxxxxxx” MMC olmaqla) “sərəncamın müvafiq bəndində qeyd edilən kirayə köçürülmə tapşırığ ının dəyəri qabaqcadan ədalətli ödənilməsi tapşırığı ilə əvəz edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-3007/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nərimanov RİH-nin 161 №-li, 21.06.19 tarixli sərəncamının 3.6-cı bəndində qeyd edilən “kirayə köçürülmə” tapşırığının ləğv edilərək (dəyişdirilərək), Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsində təsbit edildiyi kimi dəyəri qabaqcadan ədalətli ödənilməsi tapşırığı ilə əvəz edilməsinin Cavabdehə tövsiyə edilməsi haqqı nda qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə “xxxxxxxxx” MMC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3104/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
4. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3104/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3104/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
7. İPM-in 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan s onra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
8. İPM-in 23.1-cü maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
9. İPM-in 96.3-cü maddəsinə görə kassasiya mümkün sayıl madıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
10. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş müba hisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
11. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.
12. MPM-in 407.3-cü maddəsində qeyd edilir ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şika yəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır...
13. MPM-in 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi...əlavə olunur.
14. MPM-in 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi... əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin mümkünlüyü
15. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (İPM-in 94.1-ci maddəsi).
16. Kasasiya şikayəti iddiaçı tərəfindən vaxtında verilməmiş, həmçinin vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kasasiya məhkəməsinin mövqeyi
17. İddiaçı tərəfindən mübahisə olunan məhkəmə sənədi xx xxxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Ka sasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxxxxx 2020-ci ildə iddiaçı tərəfindən imzalanmış, xx xxxx 2020-ci il tarixdə poçta təqdim edilmişdir.
18. İddiaçının məhkəmə qərarından kasasiya şikayəti verilməsi ilə bağlı müddətin axımı xx xxxxxx 2020-ci il tarixdən başlamışdır.
19. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayətvermə müddəti (15 və xx xxxxxx 2020-ci il tarixləri qeyri-iş günləri olduğundan) xx xxxxxx 2020-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.
20. İddiaçı kasasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişdir.
21. Kasasiya şikayəti vaxtında verilmədiyindən, şikayət vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şika yətə əlavə edilmədiyindən qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
22. Yuxarıda göstərilənlərə və İPM-in 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-3007/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.