Məhkəmə qərarları › İş №2-1(102)-1741/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1741/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1741/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-968/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. P tipli 72 ******* nömrəli pasporta əsasən müəyyən edilir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

2. İddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsi verilmişdir.

3. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət edərək qaçqın statusunun verilməsini xahiş etmişdir.

4. Cavabdeh 24 yanvar 2023-cü il tarixli qərarla İddiaçı qaçqın statusunun verilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiy a məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli İQ-06/1 nömrəli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarının ləğv edilməsi və ona qaçqın statusunun verilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur, milliyyətcə azərbaycanlıdır. 1975-ci ildə Bakı şəhərinin 160 nömrəli orta məktəbini bitirmişdir. 1980-ci ildə Azərbaycan Neft-Kimya institutunu bitirmiş, mühəndis kimi Bakı şəhərində müxtəlif müəssisələrdə işləmişdir. 80-ci illərdə Politexnik İnstitutda müəllim olaraq dərs demişdir. 1990-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində ailə həyatı qurmuş, SSRİ-nın dağılmasından sonra orada pasport qeydiyyatında olması ilə əlaqədar Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Həmin vaxtdan parfumeriya və kosmetika sahəsində işləməyə başlayaraq, 2005-ci ildə "xxxx" MMC adlı şirkəti təsis etmişdir. Bu Firmanın nəzdində Moskva şəhərinin ərazisində tikdirdiyi 14 hektar sahədə yerləşən zavod fəaliyyət göstərirdi. Şirkəti tərəfindən RF-nın bir çox şəhərlərində Filiallar açmaqla, parfumeriya və kosmetika istehsalını həyata keçirərək, 1000 nəfərdən çox insanı işlə təmin etmişdir. 2010-cu ildə Rusiya Federasiyasında "alkoqol bazarının tənzim edilməsi" xidməti təsis edilmişdir. 2010-cu ildə həmin xidmətin rəhbəri erməni mənşəli şəxs təyin edildikdən sonra, həmin şəxsin və ətrafına topladığı erməni millətindən olan müavinlər və digər yaxın adamlarının müəyyən maraqlarının təmin edilməsi üçün işlərinə qanunsuz təsirlər edilməyə başlanılmışdır. Hətta ona 23 avqust 2014-cü il tarixdə gecə saat 00:30 radələrində Moskva şəhərinin mərkəzində, Profsoyuznaya küçəsi, 129 ünvanında yerləşən "Prints Plaza" ticarət mərkəzinin qarşısında avtomobilinə oturarkən ona odlu silahdan atəş açılmaqla həyatına sui-qəsd olunmuşdur. Atəş açılmazdan əvvəl cangüdəninin çevikliyi ilə aşağı əyilməsi nəticəsində açılan iki atəşdən yalnız biri həyat üçün təhlükəli olmayan çiyin-kürək nahiyyəsini zədələmişdir (odlu silahdan aldığı zədə ilə bağlı fakt hazırkı ərizəyə əlavə olunmuş tibbi sənədlərlə təsdiq edilir). Sonradan çoxsaylı təzyiqlər nəticəsində Bakıya gəlmişdir. Halhazırda, ağır ürək xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyində olan ağrılar, təngə nəfəsl ik, ümumi halsızlıqla bağlı hərəkətləri məhdudlaşmış və xx.xx.2022-ci ildə həkimə müraciət etmişdir. X4 verilmiş tibbi arayışa əsasən ağır fiziki işdən çəkinməli və daimi olaraq kardioloq müayinəsində, müşahidəsində olması məsləhət görülmüşdür (xx.xx.2022ci il tarixli tibbi arayışın əsli ərizəyə əlavə olunur). Azərbaycan Respublikasına qayıtdıqdan sonra burada yaşayan əvvəlki ailəsi ilə münasibətlərini bərpa edərək, 28 sentyabr 2021-ci ildə X5 ilə nikahları rəsmiləşdirərək, yenidən onunla ailə həyatı qurmuşdur. X5 ilə ümumi nikahlarından olan xx.xx.1982-ci il təvəllüdlü qızları Bağırova (Riçards) İrana Eminovna Azərbaycan Respublikasının vətəndaşıdır. Hal-hazırda, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rusiya Federasiyasına aid xarici pasportunun vaxtının qurtarması ilə əlaqədar yeni pasport almaq üçün Azərbaycan Respublikasında yerləşən Rusiya səfirliyinin Konsulluq bölməsinə müraciət etmişdir. Konsulluq Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Rusiya Federasiyasından çıxması müvəqqəti qadağan qoyulduğu üçün pasport verilməkdən imtina edilmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdə xarici pasportunun vaxtı qurtarmışdır (pasport verilməsindən imtina barədə xəbərnamə ərizəyə əlavə edilir). X10 Petroviç 1973-ci ildə, anası X3 isə 2006-cı ildə Bakı şəhərində vəfat etmişlər. Onun anası X1 atası X12 Azərbaycanın İrəvan xanı olan Əli Abbas xan İrəvanskinin oğludur. Göründüyü kimi, onun indiki halı da, dərin kökləri də, Azərbaycana bağlıdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Miqrasiya Xidməti iddiaçı ilə bağlı düzgün nəticəy ə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki:

1. Şəxs cinayət işi ilə əlaqədar yalnız şahid qismində cəlb edilmiş, barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir;

2. Vəsatətdə adı çəkilən şəxsin özü hazırda Monteneqroda siyasi sığınacaq almışdır və bununla da, iddiaçının həyatına hər hansı təhlükə mövcud deyil;

3. Vəsatətdə qeyd edilmiş 19000 manat məbləğində borc qalmışdır ki, bu məbləğin ödənilməsini təmin etməklə iddia etdiyi təqiblərdən azad oluna bilər;

4. Vəsatətdən göründüyü kimi, iddiaçı ibtidai istintaqın nəticələrini gözləmədən xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir.

5. İnternet resursları vasitəsilə axtarış zamanı müəyyən edilmişdir ki: a) Arbitraj Məhkəməsinin qərarının icrası məqsədilə A40148256/14 nömrəli iş üzrə borclu İddiaçı cavabde h qismində cəlb edilmişdir. Həmçinin, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmişdir; b) Qeyd etdiyi şəxsin erməni əsilli olması ilə bağlı hər hansı qeydə rastlanmamış; c) Şəxsin sui-qəsdə uğraması barədə hər hansı məlumata rast gəlinməmiş (baxmayaraq ki, Rusiya Federasiyasında cəmiyyətində nüfuzlu şəxslərdən biri olmuşdur.)

6. Şəxsin özü Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi, iddiaçı Rusiya Federasiyası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbayc an Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7195/2023 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia əsassızdır.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-968/2024 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X13 və X9) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7195/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkə məsinin gəlmiş olduğu nəticə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına və bu Konvensiyanın 1967-ci il Protokoluna ziddir. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə həqiqətən təqibə məruz qalmışdır. Lakin nə cavabdeh, nə də işə baxan məhkəmələr bu hala əhəmiyyət verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qa çqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; Maddə

10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvaf iq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının mü vafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Maddə

13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.

17. Azərbayca n Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə və satətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşru tları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkə t etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları nın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticəsi ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətində mübahisə edilən hallarla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.

26. İddiaçının əsas dəlili ondan ibarətdir ki, yaşadığı ölkədə biznes fəaliyyəti ilə əlaqədar olaraq təqiblərə məruz qalır və ona sui-qəsd edilmişdir.

27. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?

28. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, ölkəsində təqib və təhdid məruz qaldığını bildirmişdir.

29. Bu barədə yəni ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili cavabdeh tərəfindən aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Emin Bagirov ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı Rusiya Federasiyasında Alkoqol bazarının tənzimlənməsi xidmətini n rəhbəri İqor erməni əsilli şəxs tərəfindən Rusiyada təqib olunduğunu, ona qarşı sui-qəsd təşkil olunduğunu, şirkətinin iflasa uğradıldığını və vergi borcundan yayınması ittihamı ilə 19000 ABŞ dolları məbləğində cərimə olunduğunu qeyd etmişdir. Ona qarşı olunan sui-qəsd cəhdi ilə bağlı məlumat verən ərizəçi bu sui-qəsdin təşkilatçılarının hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilmədiyini, lakin özünün bu sui-qəsdin həmin şəxs tərəfindən təşkil olunduğuna əmin olduğunu qeyd etmişdir. Aparılan araşdırma zamanı deyilən şəxsin Rusiya Federasiyasında Alkoqol bazarının tənzimlənməsi xidmətinə 2009- 2018-ci illərdə rəhbərlik etdiyi, 2018-ci ildən etibarən Rusiyada yaşamadığı, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən hal-hazırda axtarışda olduğu məlum olmuşdur. Ər izəçi ərizə-anketinin qeydiyyatı zamanı pasportunun etibarlılıq müddəti bitdiyi üçün Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət etdiyini, səfirlik tərəfindən verilən məlumata əsasən pasportunu yenilənməsi üçün Rusiya Federasiyasına getməli olduğunu qeyd etmişdir. İddiaçı üzləşdiyi təhdidlərlə əlaqədar ölkəsinə qayıtmaqdan imtina etməsinə baxmayaraq, aparılan araşdırma nəticəsində, hazırda bu təhdid faktorlarının hazırda mövcud olmadığı məlum olmuşdur.

30. Göründüyü kimi, İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölk ədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.

31. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.

32. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.

33. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınla rın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

34. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Bu mənada, kasasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir.

35. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə əsaslı təqib olunması üçün yetərli sayıla bilməz.

36. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilm əsi üçün əsaslar yoxdur.

37. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-968/2024 saylı iş üzrə 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar