Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1742/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020ci il tarixli, 2-1(103)-1255/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşıonun ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 068 saylı, xx xxxx 2014-cü il tarixli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli,2-1(112)-284/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixliqərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini məh kəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1255/20 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) qərardadı ilə birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qeyd edilən qanunvericlik normalarının tələbləri açıq-aşkar şəkildə pozularaq, düzgün olmayan nəticəyə gəlinmiş, apelyasiya şikayətinin dəlillərinə hər hansı bir hüquqi qiymət verilməmişdir. Mübahisələndirdiyi əmr dəfələrlə müraciət etməyinə baxmayaraq ona təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi tərəfindən müraciətinə verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən əmr mahiyyətcə dövlət sirri təşkil etdiyindən vətəndaşlara surət və ya Çıxarışın verilməsi mümkün deyil. Mübahisələndirdiyi əmrin surəti cavabdeh təşkilat tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və bir neçə gün sonra tərəfindən iddia ərizəsinə müvafiq dəqiqləşmə verilərək, məhkəmədən cavabdehin 068 saylı, xx xxxx 2014-cü il tarixli əmrinin ləğv edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İK gəldiyi nəticəni əsaslandırarkən göstərmişdir: “İşin hallarından müəyyən olunur ki, iddiaçı xx xxxxxx 2005ci il tar ixli, 1472 ş/h №-li əmri hazırkı halda mübahisələndirməklə qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. " Hesab edir ki, məhkəmə kollegiyasının gəldiyi nəticə əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1255/20 qərardadının ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı İnizbati Məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmə lər) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxxxx 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessua l hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1255/20 nömrəli qərardadla, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 32.1, 35.1, 38.1, 70.-cü-ci maddələrinə, Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarına əsaslanmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kasasiya şikayətinin əksər hissəsi maddi və prosessual normalarının sadalamasına həsr edilmişdir, yegənə dəlili isə ondan ibarətdir ki, mübahisələndirdiyi əmr dəfələrlə müraciət etməyinə baxmayaraq ona təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi tərəfindən müraciətinə verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən əmr mahiyyətcə dövlət sirri təşkil etdiyindən vətəndaşlara surət və ya Çıxarışın verilməsi mümkün deyil. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldıraraq onun ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 068 saylı, xx xxxx 2014-cü il tarixli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzib ati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə idd iaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın büt ün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddia müddətinin ötürülməsi iddianın əsaslılığının araşdırılmasına imkan vermir. İş materiallarından göründüyü kimi, iddiaçının hərbi biletinin 10-cu vərəqində olan qeydə əsasən iddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli, 1472 ş/h saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. Daha sonra onun iddiası əsasında 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2 inz(81)-4219/2013 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h saylı əmrində dəyişiklik edilməsi, leytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “d” bəndi ilə (xidməti uyğunsuzluq) ehtiyata buraxılması əsaslarının dəyişdirilməsi (müvafiq əmrin verilməsi) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4219/2013 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarını icra edilərək xx xxxx 2014-cü il tarixli, 068 nömrəli əmri ilə İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması haqqındakı xx xx xxxx 2005-ci il tarixli, 1472 ş/h №-li əmrində “d” bəndinə (xidməti uyğunuzluğa görə) sözlərini “a” bəndinə (xidmət müddəti başa çatdıqda)” sözləri ilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində 2 inzibati akt mövcuddur ki, bunlardan birincisi, yəni xx xxxxxx 2005-ci il tarixli, 1472ş/h nömrəli əmrlə iddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, əmrdə tərxis əsası kimi “xidməti uyğunsuzluğ”a istinad edilmişdir. İddiaçı qeyd edilən həmin əmri 2013-cü ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirərkən əmrin bütövlükdə ləğv edilməsini və işə bərpasını deyil, yalnız ehtiyata buraxılmasının əsaslarını mübahisələndirmiş, əmrin həmin hissədə dəyişdirilməsini xahiş etmişdir. İddiaçı barəsində olan və hazırkı iddia il ə mübahisələndirilən ikinci inzibati akt xx xxxx 2014-cü il tarixli, 068 nömrəli əmri isə birinci əmrin əsaslarının dəyişdirilməsi ilə bağlı məhkəmənin adı çəkilən qanuni qüvvəsini almış qərarının icrası nəticəsində qəbul edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi əmr məhz onun iddiası əsasında qəbul edilmiş və beləliklə məhkəmə aktının icrası ilə bağlı olduğundan məhkəmələr haqlı olaraq hazırkı iddianı mümkün saymamışdır. Hazırkı iddiasında iddiaçı sonuncu inzibati aktı-xx xxxx 2014-cü il tarixli əmrin ləğv edilməsini mübahisələndirsə də, əsas hüquqi marağı onun hərbi xidmətə bərpa edilməsi olmuşdur. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması isə xx xxxx 2014-cü il tarixli əmrlə deyil, xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h saylı əmrlə baş vermişdir. xx xxxx 201 4-cü il tarixli əmr isə iddiaçının hüquqi marağı kimi xidmətə bərpa edilməsinə xidmət edən inzibati akt sayılmadığından iddiaçının çatmaq istədiyi hüquqi nəticə sonuncu əmrin ləğvindən asılı olmadığından həmin əmrə münasibətdə deyil, ilkin inzibati akta münasibətdə iddia müddətinin keçib-keçməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h №li əmri hazırkı halda mübahisələndirməklə qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati-Prose ssual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişd irilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1255/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1742/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1742/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver